From Wikipedia, the free encyclopedia
Qustav fon Şmoller (alm. Gustav von Schmoller; 24 iyun 1838[1][2][…], Heilbron[d] – 27 iyun 1917[1][2]) — Almaniya iqtisadçısı, tarixçisi.
Qustav fon Şmoller | |
---|---|
alm. Gustav von Schmoller | |
Doğum tarixi | 24 iyun 1838[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 27 iyun 1917[1][2] (79 yaşında) |
Elm sahəsi | iqtisadiyyat |
İş yerləri | |
Təhsili | |
Tanınmış yetirmələri | Verner Zombart |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Yeni tarix məktəbinin rəhbəri Q.Şmoller alman iqtisadçısı və tarixçisi, Almaniyanın dövlət və ictimai xadimi, Qall, Strasburq və Berlin Universitetlərinin professoru olmuşdur.
Şmollerin başlıca əsəri "Xalq təsərrüfatı haqqında ümumi təlimin əsasları" (1900-1904-cü illər) rus dilində tərcüməsi "Xalq təsərrüfatı, xalq təsərrüfatı haqqında elm və onun metodları: təsərrüfat, qayda-qanun və hüquq, əmək bölgüsü" Şmoller tarix məktəbinin ideyalarına əsaslanaraq iqtisadi təzahürlərə təsviri, empirik yanaşmaya və faktiki materialın toplanmasına üstünlük verərək elmi abstraksiyaların rolunu inkar edirdi.
Şmollerin rəyincə iqtisadçılar kifayət qədər faktiki material toplaya bilmədikləri üçün yalnız bir neçə yarım həqiqət və mübahisəli ümumiləşdirmə irəli sürə bilmişlər. Onlar həmçinin israr edirdilər ki, müasir iqtisad elmi iqtisadi təzahürlərin "Empiriya", "İncə təcrübi öyrənmə" mərhələsindədir. Yalnız çox illər keçdikdən sonra, material yığdıqca təcrübi məlumatların izahının ali səmərəli dövrü gələ bilər.
Şmoller hesab edirdi ki, iqtisadi nəzəriyyənin yaranmasından əvvəl konkret-tarixi tədqiqat aparılmalıdır, beləki, yalnız dərindən, genetik yanaşma sosial təzahürlərin səbəb bağlılıqlarını müəyyən etməyə imkan verir. Şmoller israr edirdi ki, iqtisad elmində tədqiqat obyekti təsərrüfat subyektlərinin niyyətləri, texnikanın inkişaf səviyyəsi, yanaşı fəaliyyət göstərən sosial institutların xarakteri, təbiət və başqa şərtlərdir, belə ki, iqtisadi subyektlərin hərəkəti müxtəlif amillərin qarşılıqlı təsirinin nəticəsidir. Şmollerin fikrincə, siyasi iqtisada psixologiya, sosiologiya, coğrafiya və s. daxildir, onun normativ xarakteri vardır və etik qiymətlər, praktiki tövsiyələrin mümkünlüyünü açır. O, israr edirdi ki, təsərrüfat həyatı yalnız təbiət və texniki tövsiyələrlə deyil, həmçinin mənəvi amillərlə müəyyən edilir: sərt qayda-qanunsuz nə bazar, nə pul mübadiləsi, nə əmək bölgüsü, nə də dövlət vardır. Şmoller milli iqtisadda etik prinsipdən irəli gələrək, sosial və sinfi fərqlərin mövcudluğuna bəraət verirdi. O, yazırdı ki, "Biz onları ədalətli hesab edirik, beləki onlar siniflərin keyfiyyətini bərabərliyi və fərqi cəhətdən bizim müşahidələrimizə uyğundur". Şmoller israr edirdi ki, əmlak bərabərsizliyi də çox zəruridir, belə ki, "müvəqqəti səhvlər istisna olmaqla, xalqın hissiyyatı həmişə əməlləri başqaları arasında müəyyən qədər seçilənlərə şərəf, sərvət və vəzifə verir".
Şmoller milli iqtisadiyyatı dəstəkləmək və sinfi ziddiyyətləri yumşaltmaq məqsədilə dövlətin təsərrüfat həyatına fəal müdaxiləsi uğrunda çıxış edirdi. Siyasi iqtisadın nəzəri problemlərindən imtina edilməsi nəinki Şmollerə, bütün yeni tarix məktəbinə xas idi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.