Qustav fon Şmoller (alm. Gustav von Schmoller; 24 iyun 1838[1][2][…], Heilbron[d], Ştutqart[d]27 iyun 1917[1][2]) — Almaniya iqtisadçısı, tarixçisi.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Qustav fon Şmoller
alm. Gustav von Schmoller
Thumb
Doğum tarixi 24 iyun 1838(1838-06-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 27 iyun 1917(1917-06-27)[1][2] (79 yaşında)
Elm sahəsi iqtisadiyyat
İş yerləri
Təhsili
Tanınmış yetirmələri Verner Zombart
Üzvlüyü
Mükafatları Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Fəaliyyəti

Yeni tarix məktəbinin rəhbəri Q.Şmoller alman iqtisadçısı və tarixçisi, Almaniyanın dövlət və ictimai xadimi, Qall, StrasburqBerlin Universitetlərinin professoru olmuşdur.

Şmollerin başlıca əsəri "Xalq təsərrüfatı haqqında ümumi təlimin əsasları" (1900-1904-cü illər) rus dilində tərcüməsi "Xalq təsərrüfatı, xalq təsərrüfatı haqqında elm və onun metodları: təsərrüfat, qayda-qanun və hüquq, əmək bölgüsü" Şmoller tarix məktəbinin ideyalarına əsaslanaraq iqtisadi təzahürlərə təsviri, empirik yanaşmaya və faktiki materialın toplanmasına üstünlük verərək elmi abstraksiyaların rolunu inkar edirdi.

Şmollerin rəyincə iqtisadçılar kifayət qədər faktiki material toplaya bilmədikləri üçün yalnız bir neçə yarım həqiqət və mübahisəli ümumiləşdirmə irəli sürə bilmişlər. Onlar həmçinin israr edirdilər ki, müasir iqtisad elmi iqtisadi təzahürlərin "Empiriya", "İncə təcrübi öyrənmə" mərhələsindədir. Yalnız çox illər keçdikdən sonra, material yığdıqca təcrübi məlumatların izahının ali səmərəli dövrü gələ bilər.

Şmoller hesab edirdi ki, iqtisadi nəzəriyyənin yaranmasından əvvəl konkret-tarixi tədqiqat aparılmalıdır, beləki, yalnız dərindən, genetik yanaşma sosial təzahürlərin səbəb bağlılıqlarını müəyyən etməyə imkan verir. Şmoller israr edirdi ki, iqtisad elmində tədqiqat obyekti təsərrüfat subyektlərinin niyyətləri, texnikanın inkişaf səviyyəsi, yanaşı fəaliyyət göstərən sosial institutların xarakteri, təbiət və başqa şərtlərdir, belə ki, iqtisadi subyektlərin hərəkəti müxtəlif amillərin qarşılıqlı təsirinin nəticəsidir. Şmollerin fikrincə, siyasi iqtisada psixologiya, sosiologiya, coğrafiya və s. daxildir, onun normativ xarakteri vardır və etik qiymətlər, praktiki tövsiyələrin mümkünlüyünü açır. O, israr edirdi ki, təsərrüfat həyatı yalnız təbiət və texniki tövsiyələrlə deyil, həmçinin mənəvi amillərlə müəyyən edilir: sərt qayda-qanunsuz nə bazar, nə pul mübadiləsi, nə əmək bölgüsü, nə də dövlət vardır. Şmoller milli iqtisadda etik prinsipdən irəli gələrək, sosial və sinfi fərqlərin mövcudluğuna bəraət verirdi. O, yazırdı ki, "Biz onları ədalətli hesab edirik, beləki onlar siniflərin keyfiyyətini bərabərliyi və fərqi cəhətdən bizim müşahidələrimizə uyğundur". Şmoller israr edirdi ki, əmlak bərabərsizliyi də çox zəruridir, belə ki, "müvəqqəti səhvlər istisna olmaqla, xalqın hissiyyatı həmişə əməlləri başqaları arasında müəyyən qədər seçilənlərə şərəf, sərvət və vəzifə verir".

Şmoller milli iqtisadiyyatı dəstəkləmək və sinfi ziddiyyətləri yumşaltmaq məqsədilə dövlətin təsərrüfat həyatına fəal müdaxiləsi uğrunda çıxış edirdi. Siyasi iqtisadın nəzəri problemlərindən imtina edilməsi nəinki Şmollerə, bütün yeni tarix məktəbinə xas idi.

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.