Qoşundaş
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Qoşundaş abidəsi — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-dan Sisian) rayonu ərazisində, rayon mərkəzi olan Qarakilsə qəsəbəsindən 3 km. aralıda e.ə. 2-ci minilliyə aid meqalit (iri daşlardan ibarət) tikili qalıqları.[1]
Qoşundaş | |
---|---|
erm. Զորաց Քարեր - Zorats Karer | |
39°33′02″ şm. e. 46°01′43″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Şəhər | Sisiyan, Sünik |
Yerləşir | Sisian |
Aidiyyatı | Orta Tunc dövrü - Dəmir dövrü |
Üslubu | Meqalit |
Sahəsi | 50 ha |
Vəziyyəti | muzey |
Rəsmi sayt | carahunge.com |
Ermənistanda qeydiyyata alınmış abidələr | |
İstinad nöm. | 9.6/6.1 |
Kateqoriya | Kompleks |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qoşundaş abidəsi şaquli vəziyyətdə cərgə ilə düzülmüş, elə buradan da Qoşundaş adını almış bu daşlar Neolit dövrü yadigarıdır. Daş düzümünün mərkəzində çox güman ki, sərdabə, ətrafında isə açıq havada məbədin divarları yerləşmişdir. Abidənin Qoşundaş adını isə ermənilər sətri tərcümə edərək Zorakarer adlandırmışlar.
Bu daş abidə eramızdan öncə ikinci minilliyə aid olub. Sisian rayonunda, köhnə Qarakilsə kəndi (indiki Sisian) ilə Qızılcıq kəndinin arasındakı yastı təpəlikdə yerləşir.[2]
Sisian azərbaycanlıları arasında yayılmış bir rəvayətə görə bu yerlərdə vaxtilə çox nəhəng və güclü insanlar yaşamışlar. Bu insanlar oğuzların ulu babaları imişlər. Qoşundaş isə bir döyüşdə həlak olmuş əsgərlərin qəbirləridir. Daş dairənin içərisindəki kurqanlar isə qoşun başçılarına məxsusdur.[3]
Qoşundaş abidəsinin ətrafında aparılan qazıntı zamanı burada müxtəlif insan sümükləri, məişət və döyüş alətləri tapılmışdır.
Bir para erməni alimləri isə Qoşundaşı qədim rəsədxana hesab edirlər. Guya ki, 2000 il öncə burada qeyd olunan daşların köməkliyi ilə ayı və günəşi müşahidə edirlərmiş. Ancaq Qoşundaşın hansısa astronomik məqsədlərlə yaradılması fikri ağlabatan deyildir. Ən azı ona görə ki, bu yer çox vaxt dumanla örtülü olur, həm də o qədər də hündürlükdə deyildir və ayın, yaxud günəşin daşlar vasitəsilə müşahidəsi barədə hələlik elmə məlum olan təcrübə yoxdur. Digər tərəfdən əgər bu daşlar astronomik rəsədxana məqsədi daşıyırdısa, onda kurqanlar qəbirlər və yaşayış məntəqələrinin qalıqları və s. elmi faktlar bu fikri nəinki təsdiq etmir, əksinə belə gümanları daha da zəiflədir.[4]
Şaquli vəziyyətdə cərgə ilə düzülmüş, elə buradan da Qoşundaş adını almış bu daşlar neolit dövrünün yadigarıdır. Daş düzümünün mərkəzində, çox güman ki, sərdabə, ətrafında isə açıq havada məbədin divarları yerləşmişdir. Daşların hündürlüyü təxminən 1,5–2,2 m, eni 60–80 sm-dir. Bəzi daşların üzərində bir, ya bir neçə dəlik açılmışdır. Çox güman ki, bu dəliklər həddindən artıq ağır olan daşların qoşqu qüvvəsi ilə dartılması üçün nəzərdə tutulmuşdur.[5]
Qoşundaş abidəsi çoxlu sayda yerə bitili və dik dayanmış nəhəng daşlardan ibarətdir. Daşlar dairəvi formada sanki iki min il öncə nəhəng insanların fövqəlinsan qüvvəsi ilə yerə "sancılmışdır". Daş dairənin içərisində alçaq kurqan vardır. Bu ərazidə bir neçə yerdə qazma damların qalıqları indi də qalmaqdadır. Damların divarları iri ağır qayalarla kifayət qədər səliqəli hörülmüş, üstü nəhəng sal daşlarla örtülmüşdür.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.