Remove ads
From Wikipedia, the free encyclopedia
Qonqurtay — Çingiz xanın soyundan gələn şahzadə və Elxanilər dövlətinin Anadoludakı canişini. Hülakü xanın Xitay tayfasından olan kəniz arvadından dünyaya gələn Qonqurtay birbaşa taxta iddia edə bilməmişdir, lakin hərbi və siyasi istedadına görə Elxanilər dövlətinin idarə olunmasında mühüm şəxslərdən olmuş, Əhməd Təkudarın 1282-ci ildə hakimiyyətə çıxmasında, onun Arqun tərəfindən 1284-cü ildə devrilməsi kimi hadisələrdə mühüm rol oynamışdır. Dövlət daxilində seçildiyi bir digər məsələ isə uzun müddət Elxanilər dövlətinin Anadolu canişini vəzifəsini yerinə yetirməsidir.
Qonqurtay | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | XIII əsr |
Vəfat tarixi | |
Vəfat yeri | Qarabağ, Elxanilər dövləti |
Vəfat səbəbi | Boynu sındırılaraq edam edilmə |
Həyat yoldaşı | Toqiyatay Xatu |
Uşaqları |
Əsən Teymur Xarbəndə Eldar |
Atası | Hülakü xan |
Anası | Açuça Aquçi |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Süvari |
Vəzifəsi | Anadolu canişini |
Qonqurtay Hülakü xanın Xitay tafasından olan kənizi Açuça Aquçi ilə olan izdivacından dünyaya gəlmişdi. Qonqurtay Hülakü xanın doqquzuncu oğlu idi və qardaşı Abaqanın hakimiyyəti dövründə əsas komandanlardan biri olaraq fəaliyyət göstərmişdi. O, iki dəfə Elxanilər dövlətinin Anadolu canişini olaraq təyin edilmiş, birinci canişinliyi Abaqa, ikincisi isə Əhməd Təkudar xan dövründə olmuşdur. Onun qışlağı Tokat yaxınlığındakı Kazova düzü, canişinliyinin mərkəzi isə Kayseri idi.
Qonqurtay 1277-ci ildə baş vermiş Əlbistan döyüşündən sonra Anadoludakı monqol ordusunun komandanı, Şəmsəddin Cüveyni də ona vəzir təyin edilmişdir. Bu təyinat zamanı ona Rum Səlcuqlu Sultanlığına qarşı üsyan qaldırmış türkman tayfalarına qarşı da mübarizə aparmaq tapşırılmışdı.[1] O, Səlcuqlu taxtına iddia edən Cimrini təqib etmiş və onun himayədarları olan Qaramanlılara hücum etmişdir. Nəticədə, Qaraman hökmdarı I Mehmed, onun oğlanları Mahmud və Qaraman əsir edilmiş və 1277-ci ilin okyabrında edam edilmişdirlər.[2] Qonqurtay daha sonra onun adından hərəkət etmək üçün Sahib Ataya səlahiyyət verdi. O, III Qiyasəddin Keyxosrova Qaramanoğullarını və Əşrəfoğullarını 1282-ci ildə tabe etməyə yardım etmişdir. Hər bir halda, Qonqurtay Abaqa xanın ölüm xəbərini eşitdikdən sonra Anadoludakı fəaliyyətlərinə ara verməyə məcbur oldu.
Abaqa xanın ölümündən sonra Qonqurtay Marağada taxt uğrunda Əhməd Təkudarın iddialarını dəstəklədi və bunun qarşılığında Təkudar ona 12 iyul 1282-ci ildə Toqiyatay Xatunu - Hülakü xanın Kereit kənizi və Doqquz Xatunun qardaşqızısı - verdi. Elə eyni gündə o, yenidən Anadolu canişini təyin edildi.[3] Lakin sonradan Təkudara qarşı taxta iddialı olan Arqunu dəstəkləməyə başladı və bu, Təkudarın ondan şübhələnməsinə səbəb oldu.
Təkudar tədricən köhnə monqol qrupu adlandırılan nestorian xristian və buddist[4] monqol elit təbəqəsi[5] arasında öz populyarlığını itirdi. İndi artıq Abaqa xanın oğlu və Təkudarın qardaşı oğlu Arqun daha çox sevilməyə başlanırdı.[5][6] Onlar özünün dövltə işlərinə müdaxilə edəcəyi ilə hədələyən ali monqol xaqanı Xubilaya Təkudarı şikayət etmişdilər və buna görə onlara qəzəblənən Təkudar nestorian Şərq Kilsəsini ittiham etdi, onun patriarxı III Yahballahanı həbsə atdırdı. III Yahballahanın həyatı nestorian olan Qutuy Xatun tərəfindən xilas edildi.[6] Arqun əvvəllər Təkudarı dəstəkləmiş Qonqurtayın da dəstəyini qazanmaqla taxt uğrunda mühüm irəliləyiş əldə etdi.[5] Buna cavab olaraq, Təkudar Qonqurtayı Alinaqla əvəz etdi və həm Qonqurtayın, həm də Arqunun həbs edilməsi əmrini verdi. Qonqurtay, Qarabağda Təkudarın qəbuluna çağırıldı. Xəyanətdə ittiham edilərək Təkudarın kürəkəni və Gürcüstan hakimi Alinaq tərəfindən həbs edilib 17 yanvar 12834-cü ildə boynu sındırılaraq edam edildi.[7] Arqunun ordusu 4 may 1284-cü ildə Qəzvin yaxınlığında Ağxoca adlanan yerdə məğlub edildi və o, təslim oldu.[6] Təkudar Arqunun taleyinə qərar vermək üçün anasının fikrini öyrənməyə vaxt sərf edərkən Arqun Alinaq tərəfindən həbsdə saxlanılırdı.[5] Lakin hərbi məsələlərdən qızışan səbəblər[6] nəticəsində saray çevrilişi baş verdi və Arqun 4 iyulda sərbəst qaldı. Təkudar öz ordusu tərəfindən 10 avqustda qətlə yetirildi. Arqun növbəti gün taxta çıxdı.[6] Arqun, Təkudarı Qonqurtayın edamına görə mühakimə etdi və sonda edam hökmü verildi..
Həmdullah Qəzvini onu öz əsəri olan Zəfərnamə əsərində ağıllı hökmda olaraq təsvir edir.[8] Kalavun isə onu yalnız şərəfsiz insan olaraq deyil, həm də qəddar insan olaraq təsvir edir.[9]
12 yul 1282-ci ildə Hülakü xanın Kereit kənizi və Doqquz Xatunun qardaşqızısı Toqiyatay Xatunla evlənmiş və bu evlilikdən dünyaya gələn uşaqlarından yalnız ikisi yetkinlik yaşına çata bilmişdir:[8]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.