From Wikipedia, the free encyclopedia
Qolf təbiətdə xüsusi olaraq düzəldilmiş bir sahədə qolf çubuqları və kiçik sərt bir topla oynanan bir oyundur. Oyunun məqsədi, sahənin təyin olunmuş 18 parkurunu (çuxurunu) qolf topuna ən az vuruş edərək tamamlamaqdır.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qolf | |
---|---|
Ümumi məlumatlar | |
Mənşə ölkəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu idman növünün vətəni Şotlandiya sayılır. Çobanlar tərəfindən yaradıldığı güman edilən qolf növündə əsas məqsəd ayrıca iştirakçılar və ya komandaların xüsusi ağaclarla müəyyən məsafəni minimal sayda zərbələrlə qət etməklə kiçik topu quyucuqlara salınmasından ibarətdir.
Hazırda dünya miqyasında isə qolf elitar növlərdən sayılır. Xüsusən, ABŞ-də populyar olan bu növ üzrə Tayger Vuds kimi məşhur idmançı yetişib. Vuds həm də dünyanın ən varlı idmançısıdır. Nüfuzlu "Forbes" jurnalının hesablamasına əsasən, 33 yaşlı idmançının illik gəliri 11,9 milyon dollardır. 1996-cı ildən qolfla məşğul olan Vudsun əmlakı 1 milyard dolları keçib.
Qolf 1900 və 1904-cü illərdə Yay Olimpiya Oyunlarının proqramında olub. Beynəlxalq Olimpiya Komitəsinin 2009-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə baş tutan 121-ci sessiyasında yenidən 2016 və 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.
Azərbaycanda ilk Qolf Klubu 2013-cü ildə Quba şəhərində açılmışdır. 2013-cü il Oktyabr ayında Bakıda Milli Qolf akademiyası açılmışdır.[1] Bakı Qolf Akademiyasının qolf meydançasının ümumi sahəsi 14,000 m²-dir. 2014-cü ilin iyun ayında ilk Milli Qolf Turniri keçirilib.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.