From Wikipedia, the free encyclopedia
Qazaxca ya da Qazax Türkcəsi (qaz. Қазақша, қазақ тілі / Qazaqşa, qazaq tili, قازاقشا، قازاق تىلى ) — türk dilləri ailəsinin qıpçaq qoluna aid dil, Qazaxıstan Respublikasının rəsmi dili və qazax xalqının doğma dili. Quruluş və tələffüz baxımından qaraqalpaq, noqay, və qırğız dillərini qazaxcaya ən yaxın olan türk dilləri olaraq hesab etmək olar.
Qazax dili | |
---|---|
Orijinal adı |
қазақ тілі қазақша Qazaq tılı قازاق ٴتىلى қазақ тілі[1] |
Ölkələr | |
Tənzimləyən təşkilat | Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi |
Danışanların ümumi sayı |
|
Təsnifatı | |
Yazı | kiril əlifbası, ərəb əlifbası, latın əlifbası |
Dil kodları | |
QOST 7.75–97 | каз 255 |
ISO 639-1 | kk |
ISO 639-2 | kaz |
ISO 639-3 | kaz |
Dilin strukturlarının dünya atlası | kaz |
Ethnologue | kaz |
IETF | kk |
Glottolog | kaza1248 |
Bu dildə olan Vikipediya | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsasən Qazaxıstan ərazisində, Monqolustanın qərbindəki Bayan-Ölgii aymağında (qazaxca "Bayölke", yəni "Bayölkə / Bəyölkə; varlı, bərəkətli diyar" deməkdir) və az sayda digər aymaqlarda, qismən olaraq Rusiyanın qazaxlar yaşayan bəzi sərhədyanı bölgələrində (Həştərxan vilayəti, Orenburq vilayəti, Altay Respublikasının cənubundakı Koş-Aqaç / Koş-Aqaş (yəni "Qoşaağac") rayonunda), Çinin qərbindəki Şincan Uyğur Muxtar əyalətinin şimalındakı Yili / İli Qazax Muxtar dairəsində (xüsusilə onun Taçenq / Tarbağatay və Altay dairələrində), Hami / Qumul dairəsinin Balıkun / Barköl Qazax Muxtar rayonu, Çanqji (uyğurca "Sanci", lakin böyük ehtimalla təmiz çincə toponimdir) Hui Muxtar dairəsinin Mulei / Mori Qazax Muxtar dairəsində, və həmçinin Qansu əyalətinin Ciutsuan şəhəri / Sucau bölgəsinə bağlı Akesai / Aqsay (yəni "Ağçay") Qazax Muxtar dairəsində geniş yayılmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.