From Wikipedia, the free encyclopedia
Qarahəmzəli, Qarahamzalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.[1] [2]
Tarixi Azərbaycan əraziləri | |
Qarahəmzəli | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Qərbi Azərbaycan |
Bölgə | Gərnibasar mahalı |
İndiki adı | Burastan |
Adının dəyişdirilmə tarixi | 1978 |
Əhalisi |
|
Saat qurşağı | |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Toponim İrəvan quberniyası İrəvan qəzasında qarahəmzəli nəsil adı əsasında əmələ gəlmişdir. Patronomik və sadə toponimdir. 1918-ci ildə kəndin adı dəyişdirilib Tamamlı, 1920-ci ildə yenidən dəyişdirilərək Burastan qoyulmuşdur. Yaxınlıqda yerləşən Tamamlı kəndi Qarahəmzalı kəndi ilə birləşdirilmişdir. Tamamlıda 1905-ci ildə 27 nəfər azərbaycanlı olmuşdur. Birləşdirilmiş kəndlər Burastan adlandırılmışdır. Erməni əhalisi buraya 1829-1830-cu illərdə İrandan gəlmişlər[3].
Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 4 km şimal-qərbdə kənd.
Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-ci ildən sonra İrandan köçürülmüşdür[4]. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 55 nəfər, 1873-cü ildə 192 nəfər, 1886-cı ildə 247 nəfər, 1897-ci ildə 269 nəfər azərbaycanlı yaşamışdır[5]. 1918-ci ilin fevral ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur[6]. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 143 nəfər, 1926-cı ildə 157 nəfər, 1931-ci ildə 167 nəfər azərbaycanlı yaşamışdır[5]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1953-cü illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilərək zorla Azərbaycana köçürülmüşdür. İndi burada ancaq gəlmə ermənilər yaşayırlar.[7]
XIX əsrin əvvəllərində əhalisi qarışıq idi. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır [8] [9]. 1590-cı ildən mə'lumdur[10] Еhtimal ki, Qars əyalətində Qara Həmzə kəndindən [11] [12] gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1728-ci ilə aid mənbəyə görə digər adı "Nəhri-Mustafa" idi[13]. 1935-ci ildə kənd Tamamlı, 1950-ci ildə ermənicə Burastan adlandırılmışdır. Qəryə (kənd) və Həmzəli etnonimindən ibarətdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.