Qara Nuru
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Qara Nuru (əvvəlki adları: Nikolayevka; Petropavlovka; Krasnoselski) — Azərbaycan Respublikasının Saatlı rayonu<nun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Saatlı rayonunun Krasnoselski kəndi Qara Nuru kəndi adlandırılmışdır.[2]
Qara Nuru | |
---|---|
39°55′06″ şm. e. 48°30′41″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 4918[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Krasnoselski olmuşdur. Kəndin keçmiş adlarından biri — Nikolayevka, rus çarı I Nikolayın şərəfinə qoyulmuşdu. Bu adın ona 1909-cu ildə verildiyi deyilir. Amma rusdilli əhalinin bura köçürülməsi 19-cu əsrin sonlarına təsadüf edir.
Qara Nuru kəndi Saatlının ən iri yaşayış məntəqələrindən biridir. Əhalisinin sayı 2009-cu ildə 6258 nəfərdir.[3] Sonrakı illərdə əhali sayı 7 min nəfəri keçmişdir. Əhalinin milli tərkibi də maraq doğurur. Kənddə azərbaycanlılardan başqa, az sayda Axısqa türkləri, ruslar, ukraynalılar, belaruslar da var.
Saatlı rayonunda kənd. Muğan düzündədir.
Çarizmin köçürmə siyasəti nəticəsində rus kəndliləri məskunlaşdıqdan sonra kəndin adı dəyişdirilərək Petropavlovka adlandırıldı. Sovet hakimiyyəti zamam inqilab rəmzi kimi kəndə Krasnoselski adı verildi. 1992-ci ildə kəndin əsl adı bərpa edildi. Ehtimal ki, kəndin adı Qara Nuru şəxs adındandır.[4]
Kənddə ümumi orta məktəb fəaliyyət göstərir. 2018/2019 tədris ilindən bu məktəbdə uşaqlarla yanaşı valideynlərə də dərslər keçirilir.[5]
Kənddə "Fatimeyi-Zəhra" məscidi dini icması fəaliyyət göstərir.[6]
Zahid Əskərov Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.