Remove ads
From Wikipedia, the free encyclopedia
Pop-art və ya pop sənəti (ing. pop art, popular art sözünün qısaldılmış forması — populyar və ya təbii incəsənət) — 1950–1960-cı illərdə Qərbi Avropa və ABŞ-də abstrakt ekspressionizmə əks reaksiya kimi meydana gəlmiş təsviri incəsənət istiqaməti[1], partlayış, şok effekti əmələ gətirən incəsənət[2].
"Pop-art" terminini ilk dəfə 1966-cı ildə ingilis kritiki Lourens Elleoueya işlətmişdir. Pop-art incəsənətdə bədii cərəyan kimi 1950-ci illərin 2-ci yarısından ABŞ və Qərbi Avropa ölkələrində meydana gəlmişdir. Cərəyanın əsasını ABŞ-də Robert Rauşenberq, Roy Lixtenşteyn[3], Casper Cons[4][5], Ceys Rozenkvist, Klas Oldenburq, Cim Dayn, Endi Uorhol, Böyük Britaniyada Piter Bleyk, Riçard Hamilton və b. qoymuşdur[6].
Pop-art nümayəndələrinin "əsərlərində" bədii obrazlar real həyatdan götürülmüş əşyalar yığımı ilə əvəz olunur, beləliklə də natura, əşya "əsərin" əsas (bəzən də yeganə) komponenti kimi nümayiş etdirilir. Pop-art nümayəndələri adi məişət əşyalarını, kitab və jurnallardan kəsilmiş şəkilləri, plastik materiallardan düzəldilmiş ərzaq məmulatını kompozisiyaya daxil edir, bəzən rəngli şəkillər üzərinə metal, ağac, zinət əşyakarı qeyri-məntiqi şəkildə yapışdırmaqla kompozisiya yaradırlar[2].
Pop-art — populyar, ötəri, hazırcavab, tez unudulan, seksual və gəncdir. — Riçard Hamilon.
Pop — bu, sevgidir, pop hər şeyi tanıyır ... Pop bomba partlamasına bənzəyir. Bu amerikan arzusu, optimist, səxavətli və sadədir. — Robert İndiana
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.