From Wikipedia, the free encyclopedia
Pleystosen parkı (rus. Плейстоценовый парк) — Saxanın şimal-şərqində, Kolıma çayının aşağı axarlarında, Şimal Buzlu okeandan 150 km cənubda yerləşən yasaqlıq. Yasaqlıq Çerski qəsəbəsindən 30 km cənubdadır. Pleystosen parkının yaradıcısı və elmi rəhbəri rusiya ekoloqu Sergey Afanasev Zimovdur.[1]
Pleystosen parkı | |
---|---|
Плейстоценовый парк | |
BTMB kateqoriyası — IV (Növlərə nəzarət ərazisi) |
|
Sahəsi | 16 km² |
Yaradılma tarixi | 1996 |
Yerləşməsi | |
68°30′48″ şm. e. 161°31′52″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
pleistocenepark.ru | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Park ərazisində pleystosen epoxasının "mamont tundra çölləri" ekosisteminin yaradılması eksperementi həyata keçirilir. Bu ekosistem sonuncu buzlaşma zamanı Şimal yarımkürəsiniin böyük hissəsini əhatə etmişdir.
Ehtimal olunur ki, mamont tundra çölləri on dəfə mövcud meşə tundra və bataqlıq-tundra biotalarından məhsuldar idi. Böyük ot yeyən heyvanların təxminən 10000–12000 il əvvəl məhvindən sonra (mamont, tüklü gərgədan, böyük buynuzlu maral və s.) ekosistem deqradasiyaya məruz qalaraq və müasir duruma gəlib çatmışdır. Alimlərin fikirlərinə görə bu məhv olmanın əsas və həll edci səbəbi yuxarı paleolit ovçuluğu idi.
Pleystosen parkı ideyasının əsasında meqafaunadan saxlanılmış adventiv növlərin hesabına mamont tundra çölünə xarakterik torpaq və landşaftın formalaşdırılması durur. Layihə nəticəsində yüksək məhsuldar ot örtüyü formalaşacaq. Park ərazisində indi yakutiya atı, şimal maralı, los, qoyun, müşk öküzü, yak, zubr və marallar yaşayır[1].
1997-ci ildə yasaqlıq ərazisində perimetri 20 km olan bir ərazi dirəklərlə hasarlandı. İndi yasaqlığın sahəsi 160 km²-dir. Yasaqlığın qurucusu Serqey Zimov ərazini 750 km² qədər genişləndirməyi planlaşdırır. 2006-cı ildə Saxa Respublikası və "ALROSA" şirkəti Kanada tərəfindən hədiyyə edilmiş 30 cavan meşə bizonlarının əraziyə gətirilməsinə nail oldular. 2011-ci ildən isə meşə bizonlarının yerinə zubrlar introduksiya (adventiv növlər) edildi.
Mamont prerisi və ya tundra çölü pleystosen epoxası üçün xarakterik olub, Avrasiya və Şimali Amerikanın qütb sahələrini əhatə edirdi. Tundra çöl ərazilərində yaşayan böyük heyvanlara əsasən müasir tədqiqatçılar ərazini müasir Afrikanın savannaları ilə müqayisə edirlər[2]. Tundra çölünədə mamont, tüklü kərgədan, bizon, müşk öküzü, vəhşi at , dəvə nəhəng maral, mağara şiri, dörd növ canavar, kaftar və s. heyvanlar mövcud idi[3][4][5][6][7]. Heyvanların sayı yetərincə yüksək idi. N. K. Vereşaqinin hesablamalarına görə tək mamontların sayı şimal-şərqi Sibirdə 40–60 min baş arasında dəyişmiş. Şimal Buzlu okeanın bəzi adalarında qədim heyvanların böyük qalıqları mövcuddur[8].
"Rəsmi sayt". pleistocenepark.ru (rus). 2013-02-12 tarixində orijinalından arxivləşdirilib.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.