Osmanlı səyyahı, admiral və kartoqrafı From Wikipedia, the free encyclopedia
Piri Rəis (türk. Piri Mühiddin Rəis; təq. 1470, Gelibolu, Rumeli əyaləti, Osmanlı imperiyası – 1554[1], Qahirə, Misir əyaləti, Osmanlı imperiyası[2]) — Bəzi məlumatlara görə əsl adı Piri Mühiddin Rəisdir. Böyük Türk dənizçisi və coğrafiyaçısı.
Piri Rəis | |
---|---|
osman. پیری رئیس | |
| |
Doğum tarixi | təq. 1470 |
Doğum yeri | |
Vəfat tarixi | 1554[1] |
Vəfat yeri | |
Vəfat səbəbi | başın kəsilməsi |
Fəaliyyəti | coğrafiyaşünas, xəritəşünas, zabit, Admiral |
Vikianbarda əlaqəli mediafayllar |
Əslən Osmanlı türkü olan Piri Rəis 1465-ci ildə Geliboluda anadan olmuş, 1554-cü ildə Qahirədə vəfat etmişdir. Hacı Mehmedin oğlu olan Piri Rəis əmisi Kamal Rəisin yanında və nəzarəti altında dənizçilik fəaliyyətinə başlamışdır. Əmisinin vəfatından sonra Barbarosun yanında çalışan Piri Əndəlüs müsəlmanlarının ispanlardan azad olunmasında və 1517-ci ildə Sultan Səlimlə (1512–1520) birlikdə Misirin fəthində iştirak etməklə, həmçinin Nil hövzəsinin xəritəsinin tərtibini də başa çatdırmışdır.
Admiral Piri Rəis məşhur bir dənizçi olduğu kimi, həm də gözəl xəritə tərtibatçısı idi. Topladığı bilik və məlumatlara əsasən məşhur olan iki xəritəsi və "Kitabi Bəhriyyə" əsəri ilə dünyada əvəzolunmaz bir şəxsiyyətə çevrilmişdir. Məşhur dənizçi-coğrafiyaşünas tərtib etdiyi xəritələri və kitabı öz imzası ilə 1517-ci ildə Yavuz Sultan Səlimə təqdim etmişdir. Əsərin təqdimatında – "Hind və Çin dənizçiləri haqqında heç kim bu günə qədər Osmanlı ölkəsinə belə zəngin məlumat verməmişdir" kimi deyilən sözlər onun nə dərəcədə əhəmiyyətli olmasına əyani sübutdur.
Kitab gəmiçilikdə istifadə olunmaq üçün yazılmış əsərdir. Əsər 1756-cı ildə D. D. Cardome tərəfindən "Le Flanbeau de la Mediterrance" başlığı altda fransız dilinə tərcümə edilmişdir. "Kitab-ül Bəhriyyə" dənizçilik və dənizçilik qanunları haqqında avropalılardan çox qabaq yazılmış ilk elmi biliklərə əsaslanan dəyərli əsərdir. Kitabın mətni xəritələr də daxil olmaqla 743 səhifədən ibarətdir. Bunun 83 səhifəsini dənizçilər haqqında məlumatlar təşkil edir. Əsərin tərcüməsi Paris Milli kitabxanasında saxlanılır.
Piri Rəisin birinci xəritəsində İslandiyanın yuxarısı korlanmış olsa da, Atlantik okeanı, Antil adaları, Amerikanın həmin dövrdə məlum hissələri aydın görünməkdədir. Piri Rəisin tərtib etdiyi ikinci xəritə hazırda Topqapı Sarayı kitabxanasında saxlanılır. 1528-ci ildə hazırlanmış bu xəritə Atlantik okeanın 25°- 90° qərb uzunluğu ilə 10°-90° şimal enlikləri arasındakı xəritələri əhatə edir. Xəritə dəvə dərisi üzərində səkkiz rəngdə öz əksini tapmışdır.
İkinci xəritə ada və sahillərin birinci xəritəyə nisbətən daha dəqiq çəkilməsi ilə seçilir. Piri Rəisin tərtib etdiyi Amerikanın xəritəsi 1929-cu ildə ortaya çıxarılmış, 1935-ci ildə Atatürkün əmri ilə Dövlət mətbəəsində çap edilmişdir. Bu xəritə orta əsrdə tərtib olunmuş xəritələrdəki bütün nöqsanlardan uzaqdır. Xəritə dünya miqyasında Şimali Amerikanın ilk tərtib olunmuş xəritəsi sayılır. Xəritədə Antarktida materikinin öz əksini tapması xüsusi əhəmiyyət kəsb edir. Onun çəkdiyi xəritədə Antarktida dağlarının son dərəcə dəqiqliklə göstərilməsi maraqlı faktlardan biridir. Belə ki, bu dağlar ancaq 1952-ci ildə səs ötürücü alətlərdən istifadə edilərək müəyyən edilmişdir. Buz altında olan bu dağların və materikin sahil xətlərinin düzgün müəyyən edilən xəritəsinin tərtib edilməsində Piri Rəisin nəyə əsaslandığı bu gün də elmə qaranlıq qalmaqdadır.
Professor Şarles Hapjood və riyaziyyatçı V. Staşon xəritə üzərində apardıqları tədqiqatlar dünya alimlərində böyük çaşqınlıq yaratmışdır. Çünki, hazırda səmadan çəkilən şəkillərlə xəritə arasında son dərəcə oxşarlığın olması müəyyən edilmişdir. Hətta bəzi tədqiqatçılar xəritənin səmadan çəkilən fotoşəkillərə əsaslandığı nəticəsinə gəlmişlər.
George Katmann 1960-cı ildə "Science et vie" adlı elmi nəşrdə Pirinin tərtib etdiyi xəritə haqqında fikrini aşağıdakı kimi ifadə etmişdir: "Piri Rəisin tərtib etdiyi iki xəritə üzərində araşdırmalar dövrümüzdə mövcud olan dəniz xəritələrindən heç nə ilə fərqlənməməsi insanı heyrətə gətirir".
Peyklərdən alınan fotoşəkillərə əsasən Qrenlandiyanın üç adadan ibarət olması müəyyən edilmişdir. Piri Rəisin xəritəsində isə Qrenlandiyanın üç adadan ibarət olması XVI əsrin birinci yarısında öz əksini tapmışdır. Möcüzələrlə dolu olan xəritələrin tərtibatında Piri Rəisin nələrə əsaslandığı, nələrdən istifadə etdiyi dünya alimlərini bir çox sualla qarşı-qarşıya qoymuşdur.
Araşdırmalar Xristofor Kolumbun Amerikanın varlığını da türk dənizçilərindən öyrəndiyini göstərir. Osmanlı türklərindən yardım istəyən Kolumb Piri Rəisin əmisi Kamal Rəisdən müsbət cavab alaraq onun xidmətçisi Rodriqonu özünə köməkçi götürmüşdür. Rodriqo müəyyən səbəblərdən adını dəyişdirmiş türk dənizçisi idi. Kolumb səyahətə çıxarkən ilk dəfə qurunu görən də Rodriqo olmuşdur. Xristofor Kolumb isə Hindistana çatdıqlarını güman etmişdir.
Fransız mənşəli D. Şarqot 1928-ci ildə yazdığı "Christophe Colomb vu par un Marian" adlı əsərində Rodriqo Kolumb tərəfindən aşağıdakı kimi tanıdılır: "Rodriqo Osmanlı Dəniz Qüvvələrinə mənsub bir kişi idi. Gizli bir din (müsəlman) saxlayırdı. Bunu məndən başqa heç kim bilmirdi. Buna görə də Yeni Dünyanın kəşfi şərəfini rəsmən bir müsəlmana vermək istəmədiyimdən mükafatı ona təqdim etmədim".
Piri Rəis Hind okeanındakı, Bəsrə körfəzindəki, Ümman dənizindəki türk donanmalarının admiralı idi. Bu admirallığın mərkəzi Süveyş limanı olmuşdur. Piri Rəisin 30 gəmisinin bir qismi Hind okeanında fırtına nəticəsində batmışdır. Süveyşə qayıtdıqdan sonra Misirin admiralı Mehmed Paşa tərəfindən ittiham edilmiş və Sultan Süleyman Qanuninin əmri ilə edam edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.