Gelibolu
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Gelibolu (türk. Gelibolu) — Türkiyədə yerləşən Çanaqqala əyalətinin inzibati vahididir. Marmara bölgəsinin Çanaqqala əyalətindəki, Türkiyənin Avropa hissəsindəki Şərqi Frakiyada yarımadanın cənub sahilində Dardanel boğazında, digər tərəfdən Lapsekidən 2 mil məsafə uzaqlığında yerləşən bir ilçə.[1]
Gelibolu | |
---|---|
Gelibolu | |
40°24′50″ şm. e. 26°40′13″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Hündürlük | 0 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 17500 |
Avtomobil nömrəsi | 17 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Gelibolunun nə vaxt və kimlər tərəfindən qurulduğu bilinmir. Lakin ilçənin keçmişinin Troya kəndi qədər qədim olduğu güman edilir. Bölgənin keçmiş adı "Kritote"dir. Qədim dövrlərdə burada Keltlər məskunlaşdığı üçün qədim yunan dilində "Qalliopolis" adlanırdı: Qalli (kelt) + polis (şəhər) = Keltlər şəhəri. Bu ad türk dilinə Gelibolu olaraq tərcümə olunur.
Bu gün Fransa, Belçika, İsveçrə və Reyn sahillərini əhatə edən bölgəni ələ keçirmiş və romalılar tərəfindən bu bölgəyə Qalya, xalqına isə Qalatlar adı verilmişdi. Qalatlar olaraq adlandırılan bu döyüşçü xalq eramızdan əvvəl 281-ci ildə Frakiya Krallığında baş vermiş qarışıqlıq zamanında Balkan yarımadasına, Çanaqqalaya və boğazın üzərindən Anadoluya keçmişlər. E.ə 278-ci ildə Anadoluda Sakarya və Qızılirmaq hövzəsini əhatə edən bölgəyə də "Qalatiya" adı verilmişdir. Ədirnə vilayəti Mətbəəsinin müdiri Şövkət Dağdevirənin yazdığı 1892-ci il tarixli səlnaməyə görə Gelibolu sancağı ilə əlaqəli Geliboludan başlayaraq İstanbul ərazisinə qədər əhatə olunan bu coğrafiyaya qədimdən “Trasya” adı verilirdi. 25889 müsəlman, 64029 qeyri-müsəlman olan sancağın ümumilikdə 89918 əhalisi var idi. Sancağ Gelibolu qəzası, Eceabat və Evreşe adlı iki rəsmi, Bolayır və Tayfur adlı iki könüllü idarəsinə, qəza olaraq 13691 müsəlman, 21780 rum, 1032 bulqar və 1756 yəhudi olmaqla ümumilikdə 38259 əhaliyə sahib idi. Köhnə tikililərdən daxili limanda təmir edilmiş bir hovuz, bir qüllə, 16 məscid, 2 mədrəsə, 1 Darülkurra (quran oxunan yer), 1 lisey, 7 ibtidai məktəb, 1 kitabxana, 6 kilsə, 2 sinaqoq, 11 dərviş lojası, II Əbdülhəmid tərəfindən genişləndirilmiş 1 Mövləvixana, 1 Muvakkitxana (namaz qılan şəxslərin namaz vaxtını təyin etdiyi və kiçik miqyasda astronomik tədqiqatlar apardığı yer), saat qülləsi, hökumət binası, ədliyyə, bələdiyyə, polis, hərbi idarələr, kazinolar, yanacaqdoldurma məntəqələri, rayon idarələri, 10 fabrik, 1 otel, 4 mehmanxana, 7 türk hamamı, 19 yel dəyirmanı, 1 kirəmitxana və Hamidiye adlı hərbi xəstəxana vardı.
İl | Ümumi | Şəhər | Kənd |
---|---|---|---|
1965[2] | 35.431 | 12.945 | 22.486 |
1970 | 36.909 | 14.716 | 22.193 |
1975 | 35.288 | 13.466 | 21.822 |
1980 | 37.199 | 14.721 | 22.478 |
1985 | 40.013 | 16.715 | 23.298 |
1990 | 40.020 | 18.670 | 21.350 |
2000[2] | 46.226 | 23.127 | 23.099 |
2007 | 47.252 | 31.246 | 16.006 |
2009 | 45.853 | 28.989 | 16.864 |
2010 | 44.697 | 28.326 | 16.371 |
2011 | 45.327 | 30.273 | 15.054 |
2012[2] | 44.315 | 29.998 | 14.317 |
2013 | 43.345 | 27.927 | 15.418 |
2014 | 44.851 | 28.962 | 15.889 |
2015 | 44.131 | 29.151 | 14.980 |
2016 | 43.886 | 29.276 | 14.610 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.