From Wikipedia, the free encyclopedia
Parazauroloflar (lat. Parasaurolophus) — Hadrosauridaelər fəsiləsinə aid dinozavr cinsi.
Parazauroloflar | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Parazauroloflar |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Təbaşir dövrünün sonlarında təxmini 76–73 milyon il əvvəl Şimali Amerika ərazisində yayılmışlar. Qalıqları Kanadanın Alberta vilayəti və ABŞ-nin Nyu-Meksiko, Yuta ştatları ərazisində aşkarlanmışdır. İlk dəfə 1923-cü ildə Vilyam Parks tərəfindən qeydə alınmışdır. Alimlər onları ördəkburun dinozavrlara aid edirlər.
Bir çox dinozavrlar kimi Parazaurolofların da skletlərinin bütün sümükləri tapılmamışdır. Hesablamalara görə P. walkeri növü 9,5 metr (31 fut) uzunluğa malik olmuşdur. Kəlləsinin isə 1,6 metr (5,2 fut) uzunluğu vardır. P. tubicen növündə kəllə 2 metr (6,6 fut) idi. Bədəninin uzunluğu isə 12 metr olmuşdur. Çəkilərinin 2,5–2,7 ton olması ehtimal edilir. Ördəkburun dinozavrlar arasında ön ətrafları nisbətən kiçikdir. Bud sümüyü 103 sm olmuşdur. Çanağ sümükləri kifayət qədər möhkəm idi.
Digər ördəkburun dinozavrlar kimi parazauroloflarda həm dörd həm də iki ayaqları üzərində sərbəst gəzə bilirdilər. Çox böyük ehtimal ki, onlar dörd ayaq üzərində gəzir və iki ayaq üzərində qaçırdılar. Onlar burun qapaqlarını bağlayıb nəfəs verərkən hava burun üzərindəki boşluğa daxil olur və güçlü səs çıxarırdı. Bu səslər ola bilsin ki, parazauroloflar arasında əlaqə vastəsi rolunu oynayırdı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.