From Wikipedia, the free encyclopedia
ABŞ döyüş-dram teleserialı olan "Ox"un birinci mövsümünün premyerası 10 oktyabr 2012-ci ildə The CW telekanalında baş tutmuş, birinci mövsüm 23 seriyadan ibarət olmuşdur.[1] Serial Mort Vayzinger və Corc Papp tərəfindən yaradılmış, cinayətkarlığa qarşı mübarizə aparan kostyumlu DC Comics personajı Yaşıl Oxdan bəhs edir. Birinci mövsümün şourannerləri Qreq Berlanti, Mark Quqqenheym və Endryu Kreyzberqdir.
Ölkə | ABŞ |
---|---|
Seriya sayı | 23 |
Orijinal kanal | The CW |
Orijinal efir | 10 oktyabr 2012 | – 15 may 2013
← Əvvəlki - | |
Ox teleserialının seriyaları |
Birinci mövsümdə, Starlinq-sitidən olan milyarder və pleyboy Oliver Kuin (Stiven Amell) gəmi qəzasına düşdükdən sonra beş il sirrli adada yaşayır. Şəhərə qayıtdıqdan sonra isə anası Moyra Kuin (Süzanna Tompson), bacısı Teya Kuin (Villa Holland) və dostu Tommi Merlinlə (Kolin Donnell) görüşür. O, gecələr kapüşonlu maska geyərək cinayətkar və vigilantlara qarşı mübarizə aparmaqla yanaşı həm də şəxsi münasibətlərini qaydaya salmağa çalışır. O, Malkolm Merlinin planının üstünü açaraq şəhərin Qleyds rayonunun dağıdılmasına mane olmağa çalışır. Mübarizə zamanı onun yaxın tərəfdaşları Con Diql (Devid Ramsi) və Felisiti Smok (Emili Bett Rikards) olurlar. Oliver həm də keçmiş sevgilisi Lorel Lenslə (Keti Kassidi) münasibətlərini bərpa edir. Birinci mövsümdə həm də Oliverin adana keçirdiyi günlərlə bağlı fleşbeklər göstərilir.
Tənqidçilər tərəfindən əsasən müsbət qəbul edilən birinci mövsüm, hər həftə ortalama hesabla 3.68 milyon izləyicini ekranlar qarşısına toplaya bilmişdir. Amellin canlandırdığı Oliver Kuin/Ox personajı "Aclıq oyunları" trilogiyasından Kitness Everdin obrazı ilə müqayisə edilmiş, mövsümün isə hələ də şəxsi identiklik axtarışında olması vurğulanmışdır. Mövsüm iyirmi bir nominasiyada müxtəlif mükafatlara namizəd göstərilmiş və onlardan bəzilərini qazanmağa müvəffəq olmuşdur. Birinci mövsüm 17 sentyabr 2013-cü ildə DVD və Blu-ray formatlarında satışa çıxarılmışdır.
Robert Kuin ölümündən qabaq oğlu Oliver Kuinə etiraf edir ki, o da doğma şəhərləri Starlinq-sitinin dağıdılmasında iştirak edənlərdən biri olmuşdur. Robert oğlundan xahiş edir ki, özü tərəfindən braxılmış səhvləri düzəltsin. Oliver beş il suyun çıxardığı adada qaldıqdan sonra nəhayət ki, doğma şəhərinə qayıdır, lakin elə həmin ərəfədə Oliverin uşaqlıq dostu Tommi Merlin qaçırılır, atasının Oliverə nəsə danışdığının öyrənilməsinə çalışılmasından sonra, o, planını həyata keçirməyə başlayır. O, tərk edilmiş zavodda özü üçün qərargah yaradır.əcə əvvəl xalq arasında milyarder və pleyboy kimi tanınan Oliver gecələr maska və kostyum geyinərək cinayətkarları cəzalandırmağa və zəifləri qorumağa başlayır. Bu müddət ərzində o, pul dövriyyəsində insanları aldadan Oliver Hant, Çin Triadası ilə əlbir olub insanları talan edən Martin Sommers, muzdlu qatil Dedşot, bankları qarət edən ailə dəstəsi, Ovçu qız, keçmiş yanğınsöndürən Fayerflay, zirehli bank avtomobillərini talan edən keçmiş Əfqanıstan veteranı Ted Geynor, şəhərə ağır narkotik vasitə olan Vertiqonu yayan Qraf, manyak Sayrus Venç, brilyant ovçusu Kələkbaz, özünü "Xilaskar" adlandıran cinayətkar və Malkolm Merlində qarşı mübarizə aparır. Sonuncu ilə mübarizədə onu zərərsizləşdirsə də, Starlinq-sitinin Qleyds rayonunun dağıdılmasının qarşısını ala bilmir. Üstəlik Moyra Kuin dağıdılmada iştirak etdiyini etiraf edərək həbsə düşür.
Bacısı Teya ilə mürəkkəb münasibətlərə malik olan Oliver daima onu qorumağa çalışır. Adadan qayıtdıqdan qısa müddət sonra o, teyanın narkotik maddədən istifadə etdiyini öyrənir. Ad günü zamanı narkotikin təsiri altında avtomobil idarə edən Teya qəza törədir. Qan analizi zamanı polis onun narkotikdən istifadə etdiyini anlayır və həbs edir. Oliver narkotik maddə istehsalçı və satıcısı Qrafın tutulmasında polisə kömək edərək bacısını xilas edir. Bundan sonra Teya dəliqanlı gənc Roy Harperlə görüşməyə başlayır.
Oliver anası Moyra ilə də mürəkkəb münasibətlərə malikdir. Adadan qayıtmasından sonra anası birgə çalışdığı cinayətkarla birlikdə Oliverin qaçırılaraq atasından nə eşitdiyinin öyrənilməsində iştirak edir. Daha sonra ikinci həyat yoldaşı Volter Stil Moyranın əməllərini araşdırmağa başlayır və qısa müddət sonra qaçırılaraq naməlum yerdə saxlanılır. Şirkət qarşısında iş görüşməsindən çıxarkən Moyra və onun həmkarına motosikletli Ovçu qız hücum edir. Oliver Ovçunun izinə düşərək onun kimliyini müəyyənləşdirir və qarşısını alır. Daha sonra isə atalığı Volter Stili əsirlikdən azad edir. Evə qayıdan Volter boşanma ərizəsi verərək Moyraya inanmadığını bildirir.
Adadan qayıdan Oliver keçmiş sevgilisi Lorel Lens və ən yaxın dostu Tommi Merlin arasında romantik münasibətlərin olmasını öyrənir. İkili həyat yaşadığına görə Lorelin həyatını təhlükəyə atmaq istəməyən Oliver onu özündən uzaqlaşdırmağa çalışsa da buna müvəffəq ola bilmir. Tommi Oliver və Lorel arasındakı hissləri analayaraq aradan çəkilməyə qərar verir. Oliver həm də Kapüşon kostyumunda tez-tez Lorellə görüşərək işlərində ona kömək edir və onu qoruyur.
Fleşbeklərdə Oliverin adada keçirdiyi beş il ərzində başına gələn hadisələr təsvir edilir. Qəzadan sonra naməlum adada gözünü açan Oliver burada tək olmadığını başa düşür. Onu xilas edən Yao Fey adlı şəxs Oliverə sağ qalmaq və mübarizə aparmağın müxtəlif yollarını öyrədir. Onlar adadan qaçmaq istədikdə isə müxtəlif sifarişləri yerinə yetirən muzdlu hərbçi Edvard Fayers mane olur. Məlum olur ki, Fayers Feyin qızı Şadonu əsir alıb və buna görə də Oliveri təslim etməyə məcbur olub. Muzdluların əlindən qaçan Oliver Sleyd Vilsonla tanış olur və dostlaşır. Onlar birlikdə adadan çıxmaq üçün plan qurur və Fayersin mülki təyyarəni vurmaq planının qarşısını alırlar.
Əsas heyət
|
İkinci heyət
|
Qonaq ulduzlar
|
Serialda No. |
Mövsümdə No. |
Başlıq | Rejissor | Ssenari müəllifi | Orijinal efir vaxtı | İstehsal kodu |
ABŞ izləyiciləri (milyon) |
---|---|---|---|---|---|---|---|
1 | 1 | Pilot | Devid Natter | Hekayə: Qreq Berlanti & Mark Quqqenheym Ssenari: Endryu Kreysberq & Mark Quqqenheym | 10 oktyabr 2012 | 296818 | 4.14[2] |
Robert Kuin ölümündən qabaq oğlu Oliver Kuinə etiraf edir ki, o da doğma şəhərləri Starlinq-sitinin dağıdılmasında iştirak edənlərdən biri olmuşdur. O, oğlundan xahiş edir ki, özü tərəfindən braxılmış səhvləri düzəltsin. Oliver beş il suyun çıxardığı adada qaldıqdan sonra nəhayət ki, doğma şəhərinə qayıdır. Lakin, elə həmin ərəfədə Oliverin uşaqlıq dostu Tommi Merlin qaçırılır, atasının Oliverə nəsə danışdığının öyrənilməsinə çalışılmasından sonra, o, planını həyata keçirməyə başlayır. O, tərk edilmiş zavodda özü üçün qərargah yaradır. Qisas alınmalı şəxslərin siyahısında birinci yeri Adam Hant tutur. Alibi üçün Oliver Hantın ofisi ilə üzbəüz binada qonaqlıq təşkil edir, qonaqlığın qaynar məqamında isə aradan çıxaraq Hantı naməlum hesaba 40 milyon dollar köçürməyə məcbur edir. Bundan sonra həmin pulu Hantın əməllərindən əziyyət çəkmiş insanlara paylayır. Əməliyyat zamanı əynindəki geyimə görə onu mətbuatda “Kapüşon” adlandırırlar. Qonaqlığa qayıdan Oliver bacısı Teya Kuinin narkotik qəbul etdiyini öyrənir və Starlinq-siti detektivi Kventin Lensin qızı Lorel Lens və dostu Tommi Merlinin söhbətini eşidir. Məlum olur ki, onun ölmüş hesab edildiyi beş il ərzində ən yaxın dostu və sevgilisi arasında romantik münasibət yaranıb. Oliverin anası Moyra Kuin oğlunun qaçırılmasını sifariş etdiyi naməlum şəxslə görüşərək nə məlumat əldə edə bildiyini soruşur. | |||||||
2 | 2 | Atanın xatirəsini an | Devid Barret | Hekayə: Qreq Berlanti & Mark Quqqenheym Ssenari: Endryu Kreysberq & Mark Quqqenheym | 17 oktyabr 2012 | 2J7302 | 3.55[3] |
Robert Kuinin kitabçasında növbəti ad Martin Sommersdir. Hadisələr elə gətirir ki, Lorel də məhkəmədə Sommersə qarşı mübarizə aparır. Oliver Sommersi cinayətlərini etiraf etməyə və Çin Triadası ilə əlbir olduğunu deməyə məcbur edir. Məcbur olan Sommers kömək üçün Triadaya müraciət edir, Triadanın muzdlu qatili Lorelə hücum edir. Oliver cangedəni Con Diqlla birlikdə Loreli xilas edirlər. Bundan sonra Oliver Sommersdən qisas almağa qərar verir. Oliver “Kapüşon” kostyumu ilə Sommersin etirafı olan yazını detektiv Kventin Lensə verir. Moyra Kuin öyrənir ki, əri və oğlunu itirdiyi yaxta qəzası təsadüfən baş verməyib. Fleşbekdə göstərilir ki, Oliver atasını Lian Yu adasında dəfn edir və namlum kişi oxla onu çiynindən yaralayır. | |||||||
3 | 3 | Tənha Oxçu | Qay Bi | Hekayə: Qreq Berlanti & Mark Quqqenheym Ssenari: Endryu Kreysberq & Mark Quqqenheym | 24 oktyabr 2012 | 2J7303 | 3.51[4] |
Oliver növbəti hədəf kimi milyonçu Ceyms Holderi seçir, lakin onun yanına getdiyi zaman naməlum qatilin snayperdən açdığı atəş Holderi öldürür. Kapüşon müəyyənləşdirir ki, onu vuran muzdlu qatil Dedşotdur və onun növbəti hədəfi hərracdadır. Kapüşon bu məlumatı detektiv Lenslə bölüşür. Atışma zamanı qatil zəhərli güllə ilə Diqlı yaralayır. Oliver onu öz qərargahına apararaq xilas edir və sirrini açır. Fleşbekdə göstərilir ki, naməlum kişi adada oxu Oliverin çiynindən çıxarır və faydalı bitkilərdən düzəldilmiş məlhəmlə onu xilas edir. Bundan sonra o, qaçır və tələyə düşür. Naməlum kişi onu xilas edərək adanın təhlükəli olmasını deyir. Avtomobillə gələn silahlılar tələyə kiminsə düşdüyünü və xilas olduğunu görüb adada kənar şəxslərin olmasını başa düşürlər. | |||||||
4 | 4 | Günahsız | Vinsent Misiano | Moyra Kirlend & Lana Ço | 31 oktyabr 2012 | 2J7304 | 3.05[5] |
Diql Oliverin Kapüşona qoşulmaq təklifi üzərində düşündüyü müddətdə Oliver, törətmədiyi əmələ görə - həyat yoldaşını öldürməkdə günahlandırılan şəxsin müdafiə olunmasına çalışırvə Loreldən bu işlə məşğul olmağı xahiş edir. Bu arada Oliverin atalığı Volter Stil Felisiti Smoukun köməkliyi ilə öyrənir ki, üç il əvvəl Moyra, “Queen Consolidated”ə aid şirkətlərdən birinin hesabından 2.6 milyon dollar çıxarıb. O, araşdırma aparır və öyrənir ki, həmin pula alınmış anbarda batmış yaxtanın qalıqları saxlanılır. Detektiv Lens Oliverin Kapüşon olduğunu öyrənir və onu həbs edir. Fleşbekdə göstərilir ki, naməlum şəxs Oliveri aclıqdan ölməmək üçün toyuğu öldürməyə məcbur edir. | |||||||
5 | 5 | Pozulmuş | Maykl Şultz | Vendi Merikl & Ben Sokolovski | 7 noyabr 2012 | 2J7305 | 3.75[6] |
Zamin məbləğ qarşılığında Oliveri evə buraxsalar da, polisin daimi nəzarəti üçün onun ayağına elektron qurğu bağlanır. Oliverin evdə olduğu vaxt Diql ona kömək edərək Kapüşon geyimində cinayətkarlarla döyüşür. Həmin vaxt həm də naməlum şəxs Oliverə hücum edir və detektiv Lens onu öldürür. Polisdə Oliverin Kapüşon olması ilə bağlı ehtimal qalmır. | |||||||
6 | 6 | Miras | Con Berinq | Moyra Kirlend & Mark Quqqebheym | 14 noyabr 2012 | 2J7306 | 3.83[7] |
Starlinq-sitidə bankları qarət edən dəstə peyda olur. Növbəti qarət zamanı qarətçilərdən biri polisə atəş açır. Oliver işi öz öhtəsinə götürür. O, işi sülhlə həll etməyə çalışır və dəstə başçısına şirkətdə iş təklif edir. Lakin, dəstə başçısı imtina edir və Kapüşon dəstəni məhv etmək qərarı verir. Sonuncu qarət zamanı dəstə başçısı öldürülür, oğlu isə yaralanaraq ələ keçirilir. | |||||||
7 | 7 | Alov muzası | Devid Qrossman | Hekayə: Endryu Kreysberq Ssenari: Ceff Cons & Mark Quqqenheym | 28 noyabr 2012 | 2J7307 | 3.74[8] |
İş görüşü zamanı motosikletlə keçən naməlum şəxs Moyra və onun tərəfdaşına atəş açır. Oliver müəyyən edir ki, naməlum Frenk Bertinellinin qızı Helenadır. Helena və Oliveri onun atasının rəqibi qaçırır, onlar qaça bilirlər. Döyüş zamanı Helena başa düşür ki, Oliver hamının haqqında danışdığı Kapüşon adlı qəhrəmandır. | |||||||
8 | 8 | Vendetta | Kennet Fink | Bet Şvartz & Endry Kreysberq | 5 dekabr 2012 | 2J7308 | 3.35[9] |
Oliver Helenaya qisas yerinə ədalət öyrətməyə çalışır. Helena əvvəl onunla razılaşsa da, Tommi və Lorellə şam yeməyindən sonra Oliverin onunla manipulyasiya etdiyini düşünərək onu tərk edir. Bundan sonra Helena Triadanın rəhbərini öldürür, onlar isə günahkar Frenk Bertinellini hesab edirlər və qisas almağa çalışırlar. Oliver Bertinellini azad edərək Helenanı ata qatili olmaqdan qurtarır. Tommi Oliverə atası tərəfindən varislikdən məhrum edildiyini danışır və yeni açılmış klubda iş istəyir. Volter isə Moyranın da üzvü olduğu gizli təşkilat haqqında daha çox məlumat öyrənir. | |||||||
9 | 9 | İlin sonu | Con Dal | Hekayə: Qreq Berlanti & Mark Quqqenheym Ssenari: Endryu Kreysberq & Mark Quqqenheym | 12 dekabr 2012 | 2J7309 | 3.11[10] |
Naməlum oxçu Adam Hantı öldürür; Detektiv Lens qətli özünü Kapüşona oxşatmaq istəyən kəsin törətdiyini desə də, rəhbərlik hər şeydə Kapüşonlu qəhrəmanı günahlandırır. Ailə ənənəsini bərpa etməyə ümid edən Oliver Milad qonaqlığı təşkil edir. Fleşbekdə göstərilir ki, Yao Fey Edvard Fayrsi ələ keçirir. O, Oliverə danışır ki, ada ən təhlükəli cinayətkarların saxlandığı həbsxana olmuşdur. Yao Fey Oliveri adadan mümkün çıxışa doğru apardıqda məlum olur ki, o, Fayrsın əlində əsirdir. Müasir dövrdə Oliver sirli oxçu tərəfindən ələ keçirilmiş əsirləri azad edir. İzləyicilərə məlum olur ki, sirrli oxçu Tomminin atası Malkolm Merlindir. Merlinin adamları Volteri qaçıraraq əsir saxlayırlar. Bu yolla o, əmin olmağa çalışır ki, Moyra şəhərlə bağlı planlara mane olmayacaq. | |||||||
10 | 10 | Yanmış | İql Egilsson | Moyra Kirlend & Ben Sokolovski | 16 yanvar 2013 | 2J7310 | 3.06[11] |
Qara oxçunun uğurundan sonra Oliver özünə inamı itirir və uzun müddət Kapüşondan imtina edir. Lakin, Lorel yanğınsöndürənlərin sirrli ölümünün araşdırılması üçün ona müraciət etdikdə Oliver həvəssiz də olsa razılaşır. Tommi yanğınsöndürənlərin ailələrinə kömək etmək üçün xeyriyyə qonaqlığı təşkil edir. Teya Moyranı depressiv vəziyyətdən xilas etməyə çalışır. | |||||||
11 | 11 | Etibarə et, amma yoxla | Nik Kopus | Qabriel Stenton | 23 yanvar 2013 | 2J7311 | 3.14[12] |
Oliverin siyahısındakı növbəti adam Diqlın Əfqanıstanda döyüş yoldaşı və komandiri olmuş Ted Geynordur. Oliver Tedin zirehli bank avtomobillərinə hücumda əli olduğunu düşünsə də, Diql buna inanmır və dostunu müdafiə etmək üçün onun mühafizə şirkətinə işə düzəlir. Oliver Tedə qarşı çıxmağa qərar verir və bu onların Diqlla olan münasibətlərini pozur. Teyra Moyranın Merlinlə romantik əlaqələri olmasına şübhələnir. Malkolm, Tommi və Loreli nahara dəvət edir. Yemək zamanı Tammi bir daha əmin olur ki, atası hər şeyi öz məqsədləri üçün istifadə etməyə hazırdır. Kapüşon növbəti zirehli bank maşınına hücumun qarşısına alaraq qarətçilərdən birini yaralayır. Bu yaralanmaya əsasn Diql Ted və onun komandasının qarətlə məşğul olmasını başa düşür. Bundan sonra Ted Diqlın qardaşının həyat yoldaşını qaçıraraq onu qarətdə iştiraka məcbur edir. Lakin, Diql qarətin qarşısını alaraq, Oliverin köməkliyi ilə onları öldürür. Teya anasının Malkolmla romantik əlaqədə olmasını düşünərək əlacsızlıqdan narkotik maddə qəbul edir və avtomobil qəzasına düşür. Bundan sonra onu həbs edirlər. Fleşbekdə göstərilir ki, əsgər forması geyinən Oliver Yao Feyi azad etməyə çalışır. Lakin onun kimliyi müəyyən edilir və həbsə salınır. Edvard Fays ona xidmət edən əsgərlərdən birinə maskasını çıxarmağı əmr edir. Maskanın altında Yao Feyin olması görünür. | |||||||
12 | 12 | Vertiqo | Vendi Stanzler | Vendi Merikl & Ben Sokolovski | 30 yanvar 2013 | 2J7312 | 2.97[13] |
Teyanın qanını müayinə edən həkimlər onda Vertiqo adlı narkotik maddə aşkarlayırlar. Oliver təcili bacısını həbsdən xilas etməyə çalışır. Buna görə də onun əsas hədəfi Vertiiqo adlı narkotiki hazırlayan və şəhərə yayan narkotik taciri Qrafı tutmaqdır. Lakin, Qrafı ələ keçirmək üçün Oliver köməyə ehtiyacı olduğunu başa düşür. Buna körə də keçmiş sevgilisinə müraciət edir. Lorel məhkəmədə Teyanın maraqlarını qorumağa razılaşır. Felisiti Oliverə anası Moyra haqqında bəd xəbər verir. | |||||||
13 | 13 | Xəyanət | Qay Bi | Lana Ço & Bet Şvartz | 6 fevral 2013 | 2J7313 | 2.96[14] |
Sayrus Venç adlı qəddar cinayətkar həbsdən azad olur. Onun ilk məqsədi yerli cinayətkar aləmdə rəhbər mövqeyini bərpa etməkdir. Onu planlarının reallaşdırılmasına yalnız bir nəfər – Kapüşonun mane ola biləcəyini başa düşən Sayrus düşməni məhv etmək qərarına gəlir. Oliver bütün həqiqəti danışmadan anasına atasının siyahı dəftərini göstərir və bu adlarla bağlı nə məlumati olmasını sorşur. Narkotik qalmaqalından sonra Teya Lorelin hüquq firmasında məcburi məşğələ keçməlidir. Detektiv Lensin səhvinə görə lorel Sayrusun hədəfinə çevrilir. | |||||||
14 | 14 | Odissey | Con Berinq | Hekayə: Qreq Berlanti & Mark Quqqenheym Ssenari: Endryu Kreysberq & Mark Quqqenheym | 13 fevral 2013 | 2J7314 | 3.29[15] |
Güllə yarası alan Oliver kömək üçün şirkətin baş informasiya texnologiyaları mütəxəssisi və sadiq köməkçisi olan Felisitiyə müraciət edir. Diql ölüm ayağında olan Oliveri qərargaha gətirən Felisitini gördükdə təəccüblənir. Diql və Felisiti Oliverin həyatını xilas etmək üçün səylərini birləşdirirlər. Ölüm ayağında olan Oliver keçmiş hadisələri xatırlayır. Onun gözünün qabağına yeni dostu Sleyd Vilsonla (Detstrouk) birlikdə adadan qaçmağa çalışması gəlir. | |||||||
15 | 15 | Kələkbaz | İql Egilsson | Bet Şvartz | 20 fevral 2013 | 2J7315 | 3.15[16] |
Cəld və sürətli cibgir Teyanın əl çantasını oğurlayır. Elə bu vaxt Starlinq-sitidə brilyant oğurluğu ilə məşğul olan Kələkbaz adlı yeni cinayətkar peyda olur. Kələkbaz yeni hədəf kimi Oliverə yaxın olan adamlardan birini seçir və buna görə də Kapüşon onun qarşısını almalı olur. Oliver yeni köməkçisi Felisitinin yardımı ilə detektiv Makkenanı romantik görüşə dəvət edir. | |||||||
16 | 16 | Cinayət yerində tutulmuş | Qlen Uinter | Ceff Cons | 27 fevral 2013 | 2J7316 | 3.17[17] |
Diql və Oliver öyrənirlər ki, zərərsizləşdirildiyini düşündükləri snayper Dedşot sağdır və onun növbəti hədəfi Malkolm Merlindir. Malkolm Tommini görüşə çağıraraq ona ilin adamı mükafatının verilməsi mərasimində iştirak etməyi təklif edir. Makkeynlə münasibətləri inkişaf etdirən Oliver Kapüşonun işi və şəxsi həyatı arasında qalır. | |||||||
17 | 17 | Ovçu qızın qayıdışı | Qay Bi | Ceyk Kobörn & Lana Ço | 20 mart 2013 | 2J7317 | 3.02[18] |
Helena Oliverdən xahiş edir ki, atasını öldürməkdə ona kömək etsin. Oliverin imtina etməsindən sonra isə onu yaxınlarının həyatı ilə təhdid edir. Gecə klubunda Helena Tommiyə hücum edir və Oliver razılaşmağa məcbur olur. Helena və Oliver içində Frenk Bertinellinin olduğunu düşündükləri iki maşına hücum edirlər, lakin, məlum olur ki, bu tələdir. Nəticədə polis Helenanı həbs edir. Dindirilmə zamanı o, detektiv Lens və Makkenanın hissləri ilə oynayır. Tezliklə Kapüşon polis idarəsinə gəlir və Helenanı azad edir. Sonradan atışma zamanı Makkena ağır yaralanır, Oliver isə Helananı öldürməyə cəhd edir, lakin buna müvəffəq olmur. Helena qaçır. Fleşbekdə göstərilir ki, Oliver və Sleyd adanı tərk etmək üçün Fayrsla razılığa gəlirlər. | |||||||
18 | 18 | Xilas | Nik Kopus | Dryu Z. Qrinberq & Vendi Merikl | 27 mart 2013 | 2J7318 | 2.65[19] |
Özünü “Xilaskar” adlandıran qəzəbli Qleyds sakini yaşadığı rayona zərər vuranlardan qisas almaq və onları cəzalandırma üçün insanları qaçıraraq öldürməyə başlayır. Kapüşondan ilhamlandığını deyən Xilaskar əməllərini həm də internet vasitəsiylə canlı yayımlayır Oliver Xilaskarı dayandırmağa çalışır. Atasının Saranın sağ olması haqqında anası tərəfindən səsləndirilən fikirlərə inanması Loreli təəccübləndirir. Malkolm Moyraya ona qarşı təşkil edilmiş sui-qəsddə günahkar olanları tapmağı tapşırır. | |||||||
19 | 19 | Yarımçıq qalmış iş | Maykl Offer | Brayan Q. Miller & Lindsi Allen | 3 aprel 2013 | 2J7319 | 2.92[20] |
Tommi və Oliverin gecə klubundan çıxmış qızı yolda maşın vuraraq öldürür. Ekspertiza nəticəsində onun qanında Vertiqo olması müəyyən edilir. Oliver Kapüşon obrazında məsələni həll etməyə çalışır, çünki, bu iş həm onun klubuna, həm də gizli kimliyinəə təhlükə törədir. Kapüşonla planlaşdırılan görüşdə əvvəl detektiv Lens psixi xəstəxanada əsas Vertiqo istehsalçısı olmuş Qrafı ziyarət edir. Lakin, bu ziyarətdən sonra Qraf ordan qaçır. Oliverin Qrafı axtarmaqla məşğul olduğu müddətdə Diql Felisitinin köməkliyi ilə tamamlanmamış qisasını həyata keçirmək üçün Dedşotu axtarır. Fleşbekdə Yao Feyin qızının Oliveri oxdan atəş açmağa məşq etdirdiyi göstərilir. | |||||||
20 | 20 | Evə hücum | Ken Fink | Ben Sokolovski & Bet Şvartz | 24 aprel 2013 | 2J7320 | 3.10[21] |
Oliver adada Yao Feyin qızı Şado tərəfindən məşq etdirilməsini xatırlayır Oradaca onlar arasında ilk öpüş baş verir, Oliver özünə söz verir ki, qayıtdıqdan sonra hisslərini Lorelə etiraf edəcək. Lakin Starlinq-sitiyə qayıdan Oliver hələ də etiraf edə bilmir. Bu arada, Tomi Lorellə görüşməyin səhv addım olduğunu başa düşür və onunla ayrılır. Təhlükəli cani Oliverin evinə daxil olaraq anasının qətli zamanı qatilin üzünü görmüş azyaşlı Teyloru axtarır. | |||||||
21 | 21 | Təşəbbüs | Maykl Şultz | Ceyk Kobörn & Lana Ço | 1 may 2013 | 2J7321 | 2.89[22] |
Tommi ilə qəfil ayrılıqdan məyus olan Lorel bunun səbəbini öyrənməyə çalışır. Məlum olur ki, səbəb Oliverdir. Yerli qeyri-qanuni mühasibatçını hədələyən Oliver atalığı Volter Stilin harda saxlanıldığını öyrənir. Fleşbekdə göstərilir ki, Oliverin də iştirak etdiyi yaxta qəzasından bir il əvvəl Starlinq-sitinin daha çox kasıblar və cinayətkarlarla məskunlaşmış Qleyds rayonunun təmizlənməsi üçün Robert Kuin, Malkolm Merlin və Li Çen həmin rayonun süni zəlzələ vasitəsiylə yer üzündən silinməsinə qərar verirlər. Bu plan Təşəbbüs adlandırılır. | |||||||
22 | 22 | Qaranlıq şəhərə yaxınlaşır | Con Berinq | Dryu Z. Qrinberq & Vendi Merikl | 8 may 2013 | 2J7322 | 2.62[23] |
Zəlzələ törədilməsi üçün istifadə edilməsi planlaşdırılan alətin hazırlandığı laboratoriyanı dağıdan və bütün işçilərini öldürən Qara oxçu geyimli Merlin öz şirkətinin Təşəbbüslə əlaqəsinə aid sübutları məhv etməyə çalışır. Oliver və Diql plan quraraq Moyranı Təşəbbüs iştirakçısı olduğunu etiraf etməyə və Təşəbbüsün nədən ibarət olmasını danışmağa məcbur edirlər. Volter boşanma üçün sənədləri Moyraya verir. Teya və Roy isə Kapüşonu tapmağa çalışırlar. Nəhayət ki, Loerl və Oliver hissləri və şəxsi münasibətləri haqqında danışa bilirlər. | |||||||
23 | 23 | Qurban | David Barrett | Hekayə: Qreq Berlanti Ssenari: Endryu Kreysberq & Mark Quqqenheym | 15 may 2013 | 2J7323 | 2.77[24] |
Kapüşonun Oliver olduğunu öyrənən Malkolm onu əsir alır. Lakin, Oliver xilas olaraq qaça bilir. O, Kapüşon kimi detektiv Lensə tezliklə Qleyds rayonunun məhv ediləcəyini xəbər verir və əhalinin təhlükəsizliyini təmin etmək üçün kömək etməyi xahiş edir. Felisiti və detektiv Lensin Təşəbbüsü məhv etməyə çalışdığı müddətdə Diql və Kapüşon Qara oxçu ilə mübarizə aparırlar. Döyüş zamanı Kapüşon Qara oxçunu öldürməyə nail olur, lakin, ölüm qabağı o, Təşəbbüsün iki ədəd olduğunu deyir. Həmin vaxt detektiv Lens Təşəbbüsü söndürməyə nail olsa da, Felisiti ikinci qurğunun işə düşdüyünü üzə çıxarır. Nəticədə Qleyds rayonu dağılır. Zəlzələ zamanı detektiv Lens Loreli xilas etməyə çalışır. Lakin onu Tommi xilas edir, özü isə binanın dağıntıları altında qalaraq ölür. Hadisə yerinə gələn Oliver binaya girsə də Tommini xilas üçün gecikdiyini başa düşür. Ölümqabağı Oliver Tommiyə atasını öldürmədiyini deyir. |
12 yanvar 2012-ci ildə The CW televiziyası Endryu Kreysberq, Qreq Berlanti və Mark Quqqenheym tərəfindən inkişaf etdirilən, Yaşıl Ox adlı DC Comics personajından bəhs edəcək yeni teleserial hazırladığını elan edir.[25] Bir həftə sonra teleserialın pilot seriyasının çəkkilməsi rejissor Devid Natterə sifariş edilir. Natter həm də Klark Kentin Supermen olmağa gedən yolda həyatından bəhs edən "Smolvil" teleserialının pilotunu çəkmişdi.[26] Həmin ayın sonunda Stiven Amell Oliver Kuin adlı rolu canlandırmaq üçün seçilir.[27] Serial üzərində çalışan yaradıcı heyət və prodüser Mark Quqqenheym bildirir ki, "öz kurs və yaradıcılıq yolunu" seçmək istəyirlər, özünün Yaşıl Ox/Oliver Kuini (Castin Hartli) olan "Smolvil" serialı ilə birbaşa əlaqənin olmasını isə istəmirlər.[28] "Smolvil"dən fərqli olaraq serialda supergüclü qəhrəman və canilərin istifadəsi nəzərdə tutulmamışdı. Buna baxmayaraq yaradıcı heyət "Smolvil"dən ilhamlanaraq həmin serialda Klark Kent kimi Oliver Kuin də "insanlıq axtaran" təsvir edilir. Supergüclərdən imtina edilməsi icraçı prodüserlərin qərarı olmaqla, "Ox" serial ilə başladılan bu kainatda personajların daha realistik görünüşlü olmasına hesablanmışdı.[29] Tam mövsümün çəkilməsinə 22 oktyabr 2012-ci ildə sifariş verilmişdir.[1]
Serialda münasibət üçbucaqları yaradılmışdır: bəziləri sevgi üçbucaqları, bəziləri isə "fəlsəfi debatlar" şəklində formalaşdırılmışdır.[30] Kraysberq belə bir nümunə gətirir: "Hər həftə Oliver pis adamlarla qarşılaşacaq, lakin onun əsas düşməni qisas almaq istəyən Detektiv Lensdir. […] Onun qızı çıxılmaz vəziyyətdə qalır, Lorel atasını sevib onun inandıqlarına inansa da, eyni zamanda qara şəhər əfsanəsinə — insanları qoruyan cəngavərə də inanır."[30] Daha əvvəl televiziyada iş təcrübəsi olan prodüserlər serialın əsas süjet tağlarını əvvəlcədən müəyyənləşdirərək, xüsusi olaraq birinci mövsüm üçün yol xəritəsi hazırlayırlar. Kristofer Nolanın Qara Cəngavər trilogiyasından ilhamlanan yaradıcı heyət, hadisələrin bir seriyadan digərinə keçirilmədən yekunlaşdırılmasına qərar vermişdir.[30]
Yaradıcı heyət müxtəlif DC Comics personajları və DC Kainatı aspektlərini istifadə etməyə çalışmışdır. Quqqenheym Supermen komikslərində təqdim edilmiş Big Belly Burger restoran franşizinin "Ox"un üçüncü seriyasında təqdim edilməsi və daha sonra istifadə olunmasını buna nümunə göstərir. Kreysberq deyir: "Çoxlu sayda DC Kainatı personajları vardır ki, nə televiziyada, nə də kinematoqrafiyada istifadə olunmamışdır. Biz çalışacıyıq ki, fanatların sevdiyi, lakin geniş kütləyə tanış olmayan personajları istifadə edərək tanıdaq."[31]
Daha əvvəl CW telekanalının istehsalı olan "Vampirin gündəlikləri" və "90210" teleseriallarında rol almış Stiven Amell 31 yanvar 2012-ci ildə "Ox"un aktyor heyətinə seçilmiş ilk aktyor olmuşdur.[32] Fanatlar onun bu rol üün seçilməsinə qarışıq münasibət göstərmiş, bəziləri isə "Smolvil"də Yaşıl Oxu canlandıran Castin Hartlinin yeni serialda da rolunu canlandırmasını istəyirdilər.[33] Amell Oliver Kuin rolu üçün dinləmədən keçirilmiş ilk aktyorlardan biri olmuş, Kreysberq "lap əvvəldən onun düz nöqtəyə vurduğunu" və "digərlərinin onunla müqayisədə sönük qaldığını" hiss edir.[28] Dinləmə zamanı istifadə edilmiş pilot ssenarisi ilin əvvəlinə kimi alınmış ssenarilərdən birincisi idi.[34]
Prodüser Mark Quqqenheym bildirir ki, "öz kurs və yaradıcılıq yolunu" seçmək istəyirlər, özünün Yaşıl Ox/Oliver Kuini (Castin Hartli) olan "Smolvil" serialı ilə birbaşa əlaqənin olmasını isə istəmirlər. Buna görə də onlar əsas rol üçün yenidən aktyor seçimi etməyə qərar verirlər.[28] "Rent-a-Goalie" adlı yarım saatlıq Kanada teleşousunda rol alan Amell yaxşı bədən formasına malik idi və Reseda, Kaliforniya yaxınlığındkı "Tempest Freerunning Academy"də məşq edirdi. O, həm də oxatma dərsləri almış, oxatmanın əsaslarını öyrənməzdən isə yaydan buraxılan oxun televiziya və kinematoqrafda necə qeyri-dəqiq görünməsi haqqında videoya baxmışdır.[28] Televiziyada növbəti dəfə Oliver Kuin obrazını canlandırmalı olan Amell özündən əvvəl bu personajın müxtəlif versiyalarını görümüşdü: "Kuin gündəlik pleyboy, Kuin yaralı qəhrəman, Kuin düşüncəli Hamlet, aşiq Kuin, döyüşçü Kuin və sair."[28]
Bir ay sonra Devid Ramsi serialın orijinal personajı olan və "Green Arrow: Year One" yazarı Endi Diqlın şərəfinə adlandırılmış Con Diql adlı obrazı canlandırmaq üçün seçilmişdir.[35] Ramsi komiks personajına uyğunlaşmalı olmadığına görə narahat olmurdu. Bu ona "Personajı götürüb qaçmağa" imkan verir.[36] 14 fevral 2012-ci ildə Süzanna Tompson Moyra Kuin rolu üçün seçilir.[37] Növbəti gün Keti Kassidi və Villa Hollandın müvafiq olaraq Lorel Lens və Teya Kuini canlandıracaqları elan edilir. Müvəkkil və Oliverin keçmiş sevgilisi olan Lorel Lens "zamanla Qara bülbülə çevriləcək və ya çevrilməyəcək" Dayna Lorel Lensin adı ilə adlandırılmışdır.[38] Kassidi deyir ki, ağıllı, yaradıcı və sərt Berlanti, Nattler, Kreysberq və Quqqenheym tərəfindən dinləmədən keçirilmişdir.[39] Hollandın canlandıracağı personaj "Oliverin qlamur həyat sürən və mümkün davranış sərhədlərini yoxlayan bacısı" kimi təsvir edilir.[40] O, qismən komikslərdəki Miya Derden obrazına əsaslanmaqla onun orta adı Miyanı istifadə edir, üçüncü mövsümün finalında isə Spidi adı ilə mübarizəyə başlayır. Bir müddət sonra Brayan Markinson "rüşvətxorluğu ilə Lorel Lens və onun işlədiyi hüquq firmasının diqqətini cəlb edən" cinayətkar Adam Hantı canlandırır.[41] 21 fevral 2012-ci ildə Kolin Donnel Yaşıl Oxun arxidüşməni Merlinin şərəfinə adlandırılmış Tommi Merlin rolunu canlandırmaq üçün seçilmişdir. O, "Oliverin yaxın dostu və pleyboy, yaxşı günlərin qayıtması üçün dostunun qayıtmasını gözləyən, lakin onun dəyişildiyini öyrəndikdə məyus olan biri" kimi təsvir edilir.[42] 2 mart 2012-ci ildə Pol Blektron və Ceymi Şeridanın Kventin Lens və Oliverlə Teyanın atası Robert Kuini canlandırmaq üçün seçilmiş, Blektron isə aktyor heyətinin davamlı üzvünə çevrilmişdir.[43] Jaklin Makİnnes Vud Lorelin bacısı Sara Lens rolu üçün seçilmişdir, lakin personaj ikinci mövsümdə qayıtdıqda Vud, aktrisa Keyti Lotzla əvəz edilmişdir.[44]
Mövsümün istehsalına 2012-ci ilin martında Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Vankuver şəhərində başlanılmışdır.[45] Serialda hadisələr iki müxtəlif davamlıqda baş verdiyinə görə, çəkilişlər xüsusi cədvələ uyğun həyata keçirilmişdir. Adada baş verən hadisələrin çəkilişləri Vankuverdəki Vaytekliff parkı ərazisindəki sahil evləri yaxınlığında aparılmışdır. İstehsalçı heyətə isə tikililərin kamera çərçivələrindən kənarda saxlanılması tapşırılmışdı.[31] Bundan əlavə, prodüser Mark Quqqenheym çəkiliş prosesini mürəkkəb adlandırır: "Stiven [Amell] parik geyinməli və baxışını xeyli dəyişməli idi. Əslində hər həftə hər seriya üçün bu xatirə səhnələrinin çəkilməsi çox iddialı iş idi. Çünki, Endryunun [Kreysberq] da dediyi kimi, həmin səhnələr sanki, ayrıca serialdır."[31] Royal-Roads Universitetinin Hetli qəsri Kuin ailəsi malikanəsinin eksteryer çəkilişləri üçün istifadə edilmişdir. "Smolvil" teleserialında Hetli qəsri Lütorun ailə evi kimi istifadə edilmişdi.[46] Vankuverdə yerləşən "Terminal City Ironworks Kompleksi" Queen Industrial, Inc şirkət binasının eksteryer çəkilişləri üçün istifadə edilmişdir.[47] Bina həm də Pilot seriyasında Oliver və Tomminin qaçırılaraq gizlədildiyi anbar səhnələrinin, o cümlədən Vendetta seriyasında Çin Triadasının qərargahı səhnələrinin çəkilməsi üçün istifadə olunmuşdur.[48] Mövsümün qalan hissələrinin çəkilişlərinə 18 iyul 2012-ci ildə başlanılmış və 18 aprel 2013-cü ildə tamamlanmışdır.
Serialın realistik məzmunu istifadə edilən kostyumlar, o cümlədən Oliverin Kollin Atvud tərəfindən hazırlanan kostyumuna da təsir etmişdir.[49] Amellin sözlərinə görə, kostyumun funksional olması vacib idi və onun bildiyi ən yaxşı variant kostyumu özü geyinə bilməsi idi: "Əgər mən onu özüm geyinə bilsəm, düşünürəm ki, insanlar onu alarlar. Bizim ideyamız bundan ibarət idi. Bu bizim dünyamızdır. Mənim çəkmələrim əsl Nike Freelərdir. O, dəridən hazırlanıb, kifayət qədər qalın və ağır olsa da, mən onlarda hərəkət edə bilirəm. İnsanlar onu bəyənəcəklər."[29][50] Pilot seriyasının rejissoru Devid Nattler deyir ki, "Biz Oliver Kuinin inanılmaz işlər görəcəyi real dünya yaradırırq. Kollin Atvudun möhtəşəm Ox kostyumu bunu əks etdirir."[51]
Arrow - Original Television Soundtrack: Season 1 | ||||
---|---|---|---|---|
Bleyk Nili tərəfindən ifa olunmuş film musiqisi | ||||
Növü | film musiqisi | |||
Yayımlanma tarixi | 17 sentyabr 2013 | |||
Janr | film musiqisi | |||
Müddət | 1:17:35 | |||
Leybl | WaterTower Music | |||
Bleyk Nili albomlarının xronologiyası | ||||
|
"Ox" teleserialı üçün musiqinin yazılması üçün prodüser Qreq Berlanti daha əvvəl "Evervud" teleserialı üzərində birgə çalışdıqları Bleyk Nilini dəvət etmiş, o isə elektron və orkestr musiqilərini birləşdirərək film musiqisi yazmışdır.[52] Berlanti Niliyə deyir ki, serial qara olacaq və musiqi də buna uyğun olmalıdır.[53] Pilot seriyasının ssenarisini oxuduqdan sonra Nili evinə çəilərək musiqini yazmağa başlayır. Nili qeyd edir ki, "Əlbəttə ki, Oliverin əsas musiqi mövzusu var, lakin budan əlavə onun personajıın müxtəlif qatları üçün də mövzular yazılmışdır. O və Lorelin sevgi mövzusu var. Mənfi personajların da hər birinin öz musiqi mövzusu var və onlardan hansısa öləndə bu məni kədərləndirir. Buna görə də, mənfi personajların mövzusuna bağlanmamağa çalışıram. Hətta adanın da ayrıca mövzusu var."[52] Film musiqisi albomu 17 sentyabr 2013-cü ildə satışa çıxarılmışdır.
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Five Years" | 1:54 |
2. | "Returning Home / Scars" | 2:53 |
3. | "City in Ruin" | 1:20 |
4. | "Setting Up the Lair" | 2:27 |
5. | "Loss and Regrets" | 2:38 |
6. | "On the List" | 1:40 |
7. | "Vigilante Justice" | 2:10 |
8. | "Honor Thy Father" | 1:45 |
9. | "Inhospitable Island / Deathstroke" | 2:09 |
10. | "I Forgot Who I Was" | 4:00 |
11. | "Train and Hunt" | 2:38 |
12. | "Betrayed By Those You Love" | 1:51 |
13. | "Chasing the Hood" | 2:27 |
14. | "Damaged" | 1:39 |
15. | "The Dark Archer / It Is I Who Failed This City" | 3:31 |
16. | "Working Together But Alone" | 1:53 |
17. | "The Count" | 2:02 |
18. | "Friends in Arms" | 2:36 |
19. | "Trust But Verify" | 2:37 |
20. | "Join Us" | 1:55 |
21. | "Trusting a Friend, Saving an Enemy" | 1:57 |
22. | "Sins of the Father" | 1:27 |
23. | "I Can't Lose You Twice" | 3:17 |
24. | "Search for Salvation" | 3:29 |
25. | "Shado Sees an Emerging Hero" | 1:57 |
26. | "Unfinished Business / Saving Walter" | 2:29 |
27. | "A Way Off the Island" | 2:15 |
28. | "Sacrifice" | 4:52 |
29. | "Oliver Queen Suite" | 9:47 |
Ümumi müddət: | 1:17:35 |
Birinci mövsüm tənqidçilər tərəfindən əsasən müsbət qarşılanmışdı. Metacritic 25 təqidçinin rəyi əsasında filmi 73/100 balla qiymərləndirmişdir ki, bu da "Ox" serialının beş il ərazində həmin rəy aqqreqatorunda ən yüksək bal almış The CW şousu olmasına səbəb olmuşdur.[54][55] Rəy aqqreqatoru Rotten Tomatoes 35 tənqidçinin rəui əsasında I mövsümü 86% təravətli qiymətləndirmişdir. Tənqidçilərin konsesusunda deyilir ki, "The CW-nin Oxu komiks kitablarından ilhamlanmaqla kinematoqrafik döyüş səhnələri, güclü dialoqları və maraqlı personajları ilə diqqət çəkir."[56]
"Los Angeles Times"dan Meri MakNamara serialı keyfiyyətli görünüşü olan maraqlı səhnələşdirmə adlandıraraq, Amelli "Kitness Everdin mühiti üçün afişa oğlanı (sözsüz ki, hərfi mənada)" adlandırır.[57] "Variety" jurnalından Brayan Louri serialı "Gözəl, lakin sərt ifası ilə qalib gələ biləcək Betmen surroqatı" adlandırır.[58] "The A. V. Club"dann Alasdeyr Vilkins birinci mövsümün final seriyasını qiymətləndirərkən ümumilikdə mövsümü B+ dərəcəsi ilə dəyərləndirərək deyir ki, "hər şeyi tam başa düşməsəm də, mövsümdə həqiqətən də əlamətdar seriyalar var idi."[59]
"Ox"un premyerası 4.14 milyon tərəfindən izlənmişdir ki, bu da serialı "The CW"-nin üç il ərzində ən çox izlənən şousu, eyni zamanda, 2009-cu ildə "Vampirin gündəlikləri" teleserialının çıxarılmasından sonra telekanalın ən baxımlı serialına çevirmişdir. "Ox" 2012–2013-cü illər telemövsümündə premyerasından keçən ikinci həftədə həm 18–34, həm də 18–49 yaş kateqoriyalarında reytinqini saxlayan yeganə serial olmuşdur.[1] Birinci mövsüm ortalama 3.68 milyon izləyici sayı ilə 130-cu yerdə tamamlanmışdır.[60] Avstraliyada serialın premyerası 1.32 milyon izləyici toplaya bilmidşir ki, bu da onu həmin gecə şəbəkə telekanallarında yayımlanmış şoular arasında üçüncü yerdə qərarlaşdırmışdır.[61] Birləşmiş Krallıqda Sky 1 telekanalı tərəfindən yayımlanan serial 1.85 milyon izləyici ilə həftənin ən çox izlənən serialı olmuşdur.[62] Kanadada 1.32 milyon izləyici toplayan birinci seriya yayımlandığı gecənin dördüncü, həftənin isə iyirmi üçüncü ən çox izlənən serialı olmuşdur.[63]
№ | Başlıq | Yayım tarixi | Reytinq (18–49) | İzləyicilər (milyon) | DVR (18–49) | Cəmi (18–49) |
---|---|---|---|---|---|---|
1 | "Pilot" | 10 oktyabr 2012 | 1.3 | 4.14[2] | 0.4 | 1.7 |
2 | "Atanın xatirəsini an" | 17 oktyabr 2012 | 1.3 | 3.55[3] | N/A | N/A |
3 | "Tənha Oxçu" | 24 oktyabr 2012 | 1.1 | 3.51[4] | N/A | N/A |
4 | "Günahsız" | 31 oktyabr 2012 | 1.0/3 | 3.05[5] | 0.5 | 1.5[64] |
5 | "Pozulmuş" | 7 noyabr 2012 | 1.3/4 | 3.75[6] | N/A | N/A |
6 | "Miras" | 14 noyabr 2012 | 1.2/3 | 3.83[7] | N/A | N/A |
7 | "Alov muzası" | 28 noyabr 2012 | 1.3/4 | 3.74[8] | N/A | N/A |
8 | "Vendetta" | 5 dekabr 2012 | 1.1/3 | 3.35[9] | N/A | N/A |
9 | "İlin sonu" | 12 dekabr 2012 | 1.0/3 | 3.11[10] | 0.5 | 1.5[65] |
10 | "Yanmış" | 16 yanvar 2013 | 1.1/3 | 3.06[11] | 0.5 | 1.6[66] |
11 | "Etibarə et, amma yoxla" | 23 yanvar 2013 | 1.1/3 | 3.14[12] | N/A | N/A |
12 | "Vertiqo" | 30 yanvar 2013 | 0.9/3 | 2.97[13] | 0.5 | 1.4 |
13 | "Xəyanət" | 6 fevral 2013 | 1.0/3 | 2.96[14] | 0.5 | 1.5[67] |
14 | "Odissey" | 13 fevral 2013 | 1.1/3 | 3.29[15] | N/A | N/A |
15 | "Kələkbaz" | 20 fevral 2013 | 0.9/3 | 3.15[16] | 0.5 | 1.4[68] |
16 | "Cinayət yerində tutulmuş" | 27 fevral 2013 | 1.0/3 | 3.17[17] | N/A | N/A |
17 | "Ovçu qızın qayıdışı" | 20 mart 2013 | 1.0/3 | 3.02[18] | N/A | N/A |
18 | "Xilas" | 27 mart 2013 | 0.9/3 | 2.65[19] | 0.5 | 1.4[69] |
19 | "Yarımçıq qalmış iş" | 3 aprel 2013 | 0.9/3 | 2.92[20] | 0.4 | 1.3[70] |
20 | "Evə hücum" | 24 aprel 2013 | 1.0/3 | 3.10[21] | 0.5 | 1.5[71] |
21 | "Təşəbbüs" | 1 may 2013 | 0.9/3 | 2.89[22] | N/A | N/A |
22 | "Qaranlıq şəhərə yaxınlaşır" | 8 may 2013 | 0.9/3 | 2.62[23] | N/A | N/A |
23 | "Qurban" | 15 may 2013 | 0.9/3 | 2.77[24] | 0.4 | 1.3[72] |
İl | Mükafat | Kateqoriya | Nominant | Nəticə |
---|---|---|---|---|
2012 | Peyk mükafatı[73] | Ən yaxşı teleserial | Ox | Namizəd |
IGN Mükafatı[74] | Ən yaxşı televiziya qəhrəmanı | Stiven Amell/Ox | Namizəd | |
2013 | Xalqın seçimi mükafatı[75] | Sevilən yeni televiziya dramı | Ox | Namizəd |
Leo mükafatı[76][77] | Ən yaxşı dram serialı | Cozef Patrik Finn, Qreq Berlanti, Mark Quqqenheym, Endryu Kreysberq, Melissa Kellner Berman, Dry Qrinberq, Cennifer Lens, Vensi Merikl, Karl Ogava | Namizəd | |
Operator işi | Qlen Vinter ("Pilot") | Qazandı | ||
Qordon Verheul ("Lone Gunman") | Namizəd | |||
Ən yaxşı vizual effektlər | Jan-Lyul Dinsdeyl, Paulin Börns, Endryu Orloff, Deyv Qitye ("Burned") | Qazandı | ||
Ən yaxşı quruluşçu-rəssam | Riçard Hudolin ("Pilot") | Qazandı | ||
Ən yaxşı aktyor seçimi | Korin Mayrs, Heike Brandstatter ("An Innocent Man") | Namizəd | ||
Ən yaxşı tryuklar | J. J. Makaro ("Pilot") | Qazandı | ||
J. J. Makaro ("Vertigo") | Namizəd | |||
NewNowNext mükafatı[78] | Best New Indulgence | Ox | Namizəd | |
Cause You're Hot | Stiven Amell | Namizəd | ||
Saturn mükafatı[79] | Ən yaxşı gəncllər yönümlü tülüserial | Ox | Namizəd | |
Yeniyetmə Seçimi Mükafatı[80] | Seçim televiziya şousu: Fentezi/Elmi-fantastika | Namizəd | ||
Seçim yeni teleserial | Namizəd | |||
Seçim televiziya aktyoru: Fentezi/Elmi-fantastika | Stiven Amell | Namizəd | ||
Seçim yeni televiziya ulduzu | Namizəd | |||
Seçim televiziya aktrisası: Fentezi/Elmi-fantastika | Kati Kassidi | Namizəd | ||
Kanada Kinematoqraflar Cəmiyyətinin mükafatı[81] | Televiziya dramı | Qlen Vinter csc, Ox ("Pilot") | Qazandı | |
Broadcast Music, Inc.[82] | BMI Televiziya Musiqi Mükafatı | Bleyk Nili | Qazandı |
"Ox: I Mövsüm" 5 diskli DVD dəsti və 9 diskli Blu-ray/DVD dəsti şəklində 17 sentyabr 2013-cü ildə ABŞ-də, 23 sentyabr 2013-cü ildə isə Birləşmiş Krallıqda satışa çıxarılmışdır. Blu-ray/DVD dəstinə əlavə materialla, kəsilmiş səhnələr, pərdə arxası çəkilişləri və Paley Fest 2012-dən olan süjet əlavə edilmişdir.[83]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.