From Wikipedia, the free encyclopedia
Ostrakizm (q.yun. ὁ ὀστρακισμός, τὸ ὄστρακον sözündən, (yəni “kirəmit və ya saxsı parçası”) — Qədim Yunanıstanın bir sıra polislərində, o cümlədən Afinada vətəndaşın kirəmit parçaları ilə səsvermə vasitəsilə ölkədən qovulması. Geniş mənada – onu əhatə edən cəmiyyət tərəfindən fərdin nifrətlə qarşılanması, qəbul edilməməsi, ələ salınması.
Ədəbiyyatda yanlışlıqla “kirəmit məhkəməsi” kimi tərcümə edilir. Hərfi tərcüməsi saxsılamaq və ya kirəmitləməkdir.
Aristotelin qeyd etdiyinə görə adətin əsası tiran Pisistratın devrilməsindən sonra, yəni təxminən e.ə. 508-ci ildə demokratik islahatların müəllifi Klisfen tərəfindən, potensial ortaya çıxacaq yeni tiranların əleyhinə profilaktik tətbiq kimi qoyulmuşdur, lakin yalnız Marafon döyüşündən sonra, Aristotekin sözlərinə görə “xalq özünü daha inamlı hiss edəndə” tətbiq edilməyə başlanmışdır. E.ə. 487-ci ildə ilk qovulan keçmiş tiranın qayınatası Harmanın oğlu Hipparx olmuşdur. aristotel bildirir ki, Klisfen məhz onu nəzərdə tutaraq bu qaydanı irəli sürmüşdü (müasir tədqiqatçının fikrincə, Klisfen bu siyasi xadimi yalnız neytrallaşdırmaq və ondan kömək almaq istəyir və onu qovulma təhlükəsi ilə şantaj edirdi, buna görə də bu qayda ilk 20 il ərzində praktikada tətbiq edilməmişdi) [1]). Ostrakizm tezliklə qruplaraarası siyasi mübarizənin həll yoluna çevrildi (Aristotel qruplaarası mübarizənin ilk qurbanının e.ə. 484-cü ildə qovulmuş Periklin atası Ksantippin olduğunu irəli sürür). Bu mənada ostrakizm Afina demokratiyasının stabilləşməsinə xidmət edirdi, lakin onun mənfi rolu ondan ibarət idi ki, bu qayda ilə bir sıra görkəmli xadimlər siyasi və hərbi sahədən uzaqlaşdırılırdı.
Fərqli vaxtlarda Aristid, Femistokl, Kimon ostralizmə məruz qalmışdı. Afinada aparılmış qazıntılar zamanı onların adı yazılmış kirəmit parçaları ilə bərabər Periklin və digər daha az əhəmiyyətli xadimlərin də adları yazılmış parçalarla bərabər aşkar edilmişdir. Bəzən bu parçalarda səs verənin mövqeyini aydınlaşdıran maraqlı izahlar da verilib. Msələn parçalardan birində Aristidin adının yanında “Datisin qardaşı” (Marafon döyüşündə İran qoşunlarıan komandanlıq etmiş sərkərdə) yazılıb, bununla da onun İranyönümlü siyasətinə işarə vurulur. Çox geniş yayılmış hekayəyə görə, Aristid savadsız bir kəndlinin xahişi ilə kirəmit üzərində öz adını yazmışdır.
Afina polisində ostrakizm aşağıdakı qaydada keçirilirdi. Yanvarda (Afina inzibati təqvimi ilə altıncı pritaniya vaxtı) Beşyüzlər Şurasının sədrləri (pritanlar) Xalq Şurasında ostrakizmin keçirilib-keçirilməməsi məsələsini səsverməyə çıxarmalı idilər.
Əgər məsələ müsbət həll olunurdusa onda səkkizinci pritaniyada (mart-aprel) ostrakizm keçirilirdi. Təyin olunmuş gündə Xalq Şurasına gəlmiş hər bir vətəndaş özü ilə gətirdiyi kirəmit parçasının (ostrakonun) üzərinə onun fikrinə görə qovulmalı olan şəxsin adını yazmalı idi. Daha sonra vətəndaşlar xüsusi hasarlanmış yerə gələrək bu parçaları başıaşağı tutaraq oraya qoyurdu. Daha sonra isə verilmiş səsləri sayma prosesi aparılırdı. Bu zaman əvvəlcə parçalar ümumi olaraq hesablanırdı, əgər onların sayı altı mindən az olardısa onda səsvermə baş tutmamış elan olunurdu. Əks halda onları adlaı yazılmış insanlara müvafiq olaraq yığırdılar və ən çox adı yazılmış şəxs on gün müddətində (bu müddət şəxsi işləri qaydasına qoymaq üçün verilirdi) çıxıb getməli idi. Qovulma müddəti lazım gələn qədər (əsasən 10 il) davam edirdi.
Qovulmuş şəxslər vətəndaş və mülkiyyət hüquqlarından məhrum edilmirdilər. Sürgün müddəti bitdikdən sonra, onlar öz əmlaklarına yenidən yiyələnirdilər, qaydaya əsasən bu əmlak onların olamdığı müddət ərzində toxunulmaz idi. Bəzən (məsələn Kserksin hücumundan əvvəl) isə qovulmuş şəxslərə hətta vaxtından əvvəl də vətənlərinə qayıtmaq imkanı da verirdilər. Bunun üçün Xalq Şurasının qərarı lazım idi və ən azı altı min səs tələb olunurdu[2]
Ostrakizm siyasi həyatda nüfuzlu aristokrat nəsillərinin nümayəndələrinin fəaliyyət göstərdikləri zamanlarda faydalı idi. O, Periklin ölümündən sonra, onsuz da xalqdan asılı olan demaqoqlar adlandırılan yeni və əsil-nəcabətsiz siyasətçilərin ortaya çıxmasıla öz əhəmiyyətini tamamilə itirdi. Ostrakizm Afinada e.ə. 417-ci ildən sonra aşağıdakı səbəbdən daha keçirilmədi.
Afinada bir çox siyasi məsələ ilə bağlı razılığa gələ bilməyən iki siyasi partiya mübarizə aparırdı. Bunlar Nikinin və Alkiviadın tərəfdarları idi. E.ə. 417-ci ildə keçirilməli olan ostrakizm bu mübahisəni həll etməli idi. Lakin partiyalardan heç birinin öz qələbəsinə tam əmin olmadığından, onlar öz aralarında razılaşdılar və ikinci dərəcəli siyasətçi olan demaqoq Hiperbolun adını yazdılar və o heç kimin gözləmədiyi halda qovuldu. Plutarxın şahidliyinə görə, bu nəticə afinalıları əvvəlcə şənləndirsə də, sonra qəzəbləndirdi, çünki onlar Hiperbolu bu cəzaya layiq hesab etmirdilər. Nəticədə özünü tamamilə biabır etmiş bu cəzadan daha istifadə edilmədi.
Hiperbolun düşdüyü vəziyyəti şərh edən komik Platon yazmışdı:
O, işlərinə görə tutduğu cəzanı asa da,
Onu bu damğaya layiq görmək olmaz
Saxsı məhkəməsi bunun kimilər üçün uydurulmamışdı.
Məlumdur ki, bu cür üsuldan Arqosda, Meqarada, Sirakuzada, Miletdə, Efesdə və Yunanıstanın bir sıra digər şəhərlərində tətbiq edirdilər. Məsələn Sirakuzada bu üsul petalizm (yun. πέταλον, “yarpaq”sözündən) adlanırdı, çünki qovulacaq şəxsin adı zeytun yarpağına yazılır və sürgün 5 il davam edirdi.
Afian siyasətçilərinin uğradıqları ən məşhur ostrakizmlər aşağıdakılardır:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.