Remove ads
From Wikipedia, the free encyclopedia
Osip Naumoviç Abdulov (rus. О́сип Нау́мович Абду́лов; 3 (16) noyabr 1900[1], Lodz, Varşava general-qubernatorluğu[d] – 14 iyun 1953[1], Moskva, RSFSR, SSRİ) — SSRİ teatr və kino aktyoru, rejissor. RSFSR xalq artisti (1944).[2][3] Teatrdakı fəaliyyətinə görə II dərəcəli "Stalin" mükafatı laureatı (1951).[4]
Osip Abdulov | |
---|---|
Doğum tarixi | 3 (16) noyabr 1900[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 14 iyun 1953[1] (52 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Uşağı | |
Fəaliyyəti | aktyor, kinorejissor, teatr rejissoru, teatr pedaqoqu[d] |
Fəaliyyət illəri | 1918–1953 |
Təhsili |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Parlaq komediya xarakter aktyoru olmuşdur. O, sovet kinosunda personajların dərin psixoloji inkişafı ilə kəskin xarici rəsmin təsvirləri qalereyasını yaratmışdır. Abdulov virtuoz texniki məharətə malik idi, qroteskdən yayınaraq parlaq satirik xüsusiyyətlər yaratmışdır.[4]
Osip Naumoviç Abdulov 3 noyabr 1900-cü ildə Lodzda (indiki Polşa) yəhudi ailəsində anadan olmuşdur.[5][6][7] Atası tekstil mühəndisi idi. 1913-cü ildə ailəsi Moskvaya köçmüşdür. 1917-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdur.
Səhnə fəaliyyətinə 1918-ci ildə Şalyapin studiyasında başlamış, 1923-cü ilə qədər[4] burada çalışmış və ilk mühüm rolunu – Artur Şnitslerin "Yaşıl tutuquşu" (1919-cu ildə) əsərində sərxoş Qreni canlandırmış, sonra isə 1924–1925-ci illərdə sonra 1924-1925-ci illərdə Vera Komissarjevskaya Teatrında çıxış etmişdir.[8] 1925–1926-cı illərdə Moskva İncəəsnət Teatrında, 1926–1927-ci illərdə Satira teatrında, növbəti mövsümü həmkarlar ittifaqı emalatxanasında keçirmişdir.[9]
1924-cü ildən radioda əvvəlcə aktyor, sonra isə rejissor kimi çalışmış, 200-dən çox radio tamaşasına, o cümlədən Rollandın "Kola Brünyon", Dodenin "Taraskonlu Tartarin", Dikkensin "Pikvik klubu", Qoqolun "Şel", Qorkinin "Malva" və "Makar Çudra" əsərləri, həmçinin bir çox başqalarının radiotamaşalarına quruluş vermişdir. Uşaqlar üçün bədii veriliş təşkil etmişdir.[10]
Eyniadlı Almaniya filmində Bethoven rolu və Çexoslovakiyanın "İmperatorun çörəkçisi" filmindəki Çörəkçi və İmperator rollarını dublyaj etmişdir.[4]
14 iyun 1953-cü il tarixində vəfat etmişdir. O, Vvedenski qəbiristanlığında dəfn olunmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.