From Wikipedia, the free encyclopedia
Okean (yun. Ωκεανός, qədim yunanlarda tanrının adı, köhn. azərb. aqyanus[1]), köhnə mənbələrdə Mühit[2] — Dünyanın bir hissəsini təşkil edən, materiklər arasında yerləşən, suyun sirkulyasiya sisteminə və digər spesifik xüsusiyyətlərə malik olan böyük su obyekti. Tərkibinə okean və dənizlərin daxil olduğu Dünya Okeanının səthinin sahəsi Yer səthinin 71 %-ə yaxın hissəsini (361,900,000 km2) təşkil edir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçməyə başladılar. Ən müasir cihaz isə exoqrafdır. Suda dərinliyi bərabər olan nöqtələri birləşdirən xətlərə izobat deyilir.
Dünya okeanını ən çox öyrənən 1872–1874-cü illərdə Çellencer adında ingilis gəmisi olub.
Beynəlxalq Hidroqrafiya Təşkilatının 2000-ci il qərarına əsasən 60 dərəcə cənub paralelindən Antarktikaya qədər olan sular Cənub okeanı adlandırıldı.
Dünya Okeanı 5 okeana ayrılır, bunlar Sakit okean, Atlantik okeanı, Hind okeanı, Cənub okeanı və Şimal Buzlu okeanıdır. Bunlardan ən isti sulu Hind okeanı, ən soyuq sulu isə Şimal buzlu okeanıdır.
Okean materiklərlə əhatə olunması ilə əlaqədar olaraq onun səthi üzərində iqlim şəraitinin müxtəlifliyinə, səthi və dərinlik axınlarının yaranmasına səbəb olan müstəqil atmosfer sirkulyasiyası sisteminə və bunun sayəsində hidroloji, hidrokimyəvi və bioloji xüsusiyyətlərinin üfüqi və şaquli paylanma sisteminə malikdir.[3]
Tərkibinə okean və dənizlərin daxil olduğu Dünya Okeanını səthinin sahəsi Yer səthinin 71 %-ə yaxın hissəsini (361,900,000 m²) təşkil edir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçdülər. Ən müasir cihaz isə exoqrafdır. Suda dərinliyi bərabər olan nöqtələri birləşdirən xətlərə izobat deyilir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçməyə başladılar. Ən müasir cihaz isə exoqrafdır. Suda dərinliyi bərabər olan nöqtələri birləşdirən xətlərə izobat deyilir.
Dünya okeanını ən çox öyrənən 1872–1874-cü illərdə Çellencer adında ingilis gəmisi olub.
Ağırlıq qüvvəsi sahəsində okeanın dəniz suyunun sıxılması nəticəsində bölünməsinə okeanın stratifikasiyası deyilir. Okeanın istilik balansı (Hs) əsasən buxarlanma istiliyi, effektiv şüalanma və turbulent istiliyi cəmindən ibarətdir. Istilik balansının illik qiyməti 100 kkal/sm² bərabərdir.[4]
Okenın su balansı adətən yağıntıların və buxarlanmanın fərqi ilə müəyyən olunur, yəni: P – E Ümumiyyətlə dünya okeanında bu fərq mənfi kəmiyyətdir. Hesablamalara görə P ≈ 4.12 və E ≈ 4.53 * 1020 q/il və fərq 0.41*1020 q/il. Bu kəmiyyət E kəmiyyətinin 9 %-ni təşkil edir. P – E kəmiyyətinin illik qiyməti +200 q/sm2–dan 150 q/sm2 arasında tərəddüd edir.[5]
Okean üzərində hava hərəkətlərini müstəvi və zaman miqyasında iki qrupa bölmək olar:[5]
Kiçik miqyaslı hərəkətlərə aiddir:
Okean və dənizlərdə əsas su axınından ayrılan eninə dalğalara meandr deyilir. Həmin dalğaların uzunluğu 300–400 km bəzi hallarda 500 km bərabər olur, yayılma sürəti 6–10 sm/s. Meandrların yaranmasına səbəb şırnak axınlarının baroklin dayanıqsızlığıdır. Mezomiqyaslı hərəkətlərə aiddir:
İrimiqyaslı atmosfer hərəkətlərinə aiddir:
Okean | Sahəsi
(km2) (%) |
Həcmi
(km3) (%) |
Çökəkliyin adı
(m) |
---|---|---|---|
Sakit okean | 168,723,000 km2 46.6% | 669,880,000 km3
50.1% |
Marian çökəkliyi (11022 m) |
Atlantik okeanı | 85,133,000 km223.5% | 310,410,900 km3
23.3% |
Puyerto-Riko (8742 m) |
Hind okeanı | 70,560,000 km219.5% | 264,000,000 km3
19.8% |
Zond çökəkliyi(7729m) |
Cənub okean | 21,960,000 km26.1% | 71,800,000 km3
5.4% |
Cənubi Sandviç çökəkliyi (7235) |
Şimal Buzlu okeanı | 15,558,000 km24.3% | 18,750,000 km3
1.4% |
Qrenlandiya çökəkliyi (5527m), Nansen (5449 m). |
Bütün Okean→ | 361,900,000 km²
100% |
1,335,000,000 km³
100% |
Çökəkliklər ↑ |
Okean | Sahəsi
(km2) (%) |
Həcmi
(km3) (%) |
Çökəkliyin adı
(m) |
---|---|---|---|
Sakit okean | 168,723,000 km2 46.6% | 669,880,000 km3
50.1% |
Marian çökəkliyi (11022 m) |
Atlantik okeanı | 85,133,000 km223.5% | 310,410,900 km3
23.3% |
Puyerto-Riko (8742 m) |
Hind okeanı | 70,560,000 km219.5% | 264,000,000 km3
19.8% |
Zond çökəkliyi(7729m) |
Cənub okean | 21,960,000 km26.1% | 71,800,000 km3
5.4% |
Cənubi Sandviç çökəkliyi (7235) |
Şimal Buzlu okeanı | 15,558,000 km24.3% | 18,750,000 km3
1.4% |
Qrenlandiya çökəkliyi (5527m), Nansen (5449 m). |
Bütün Okean→ | 361,900,000 km²
100% |
1,335,000,000 km³
100% |
Çökəkliklər ↑ |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.