Remove ads
From Wikipedia, the free encyclopedia
Marian çökəkliyi[2] — Sakit okeanın qərbində yerləşən (daha dəqiq Filippin dənizində) okeanik dərinsulu çökəklik, dünyaya məlum olan çökəkliklərdən ən dərinidir[3]. "Marian" adı yanında olan Marian adalarına görə adlanıb.
Marian çökəkliyi | |
---|---|
Mariana Trench | |
Ümumi məlumatlar | |
Dərinliyi | −10.994 ± 25 m[1] |
Yerləşməsi | |
11°21′ şm. e. 142°12′ ş. u.HGYO | |
Akvatoriya | Şimali Sakit okean[d] |
Yerləşməsi | Şimali Marian adaları |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Marian çökəyinin ən dərin nöqtəsi "Challenger Uçurumu"-dur (ing. Challenger Deep). O, çökəkliyinin cənub-qərb hissəsində yerləşir (koordinatlar: 11°22,40′ şm. e. 142°35,50′ ş. u.HGYO). 2011 ilin ölçmələrinə görə onun dərinliyi dəniz səviyyəsindən 10 994 ± 40 m aşağı təşkil edir.
Çökəklikdə ilk ölçülməni elə buranı tapan Challenger (meydan oxuyan) adlı Britaniya üç dor korveti 1875-ci ildə etmişdir. Onda dərinliyi ölçən lot aparatı vasitəsilə 8367 metr (yenidən ölçmədə 8184 m olduqda) dərinliyə müəyyənləşdirmişdilər. 1951-ci ildə ingilis ekspedisiyası "Challenger" elmi-tədqiqat gəmisində əks-səda ilə işləyən alət vasitəsilə 10863 metrəlik dərinlik qeydə alınmışdır[4]. Sovet elmi-tədqiqat gəmisi "Vityaz"-ın (rəhbəri Aleksey Dmitriyeviç Dobrovolskiy) 1957-ci ildə 25-ci reys zamanı etdiyi ölçmələrinə əsasən çökəkliyin dərinliyi 11 023 metrdi. Ölçü etmənin çətinliyi ondan ibarətdir ki, sudaki səsin sürəti suyun xassələrindən aslıdır. Xassələr isə öz növbəsində müxtəlif dərinliklər üçün müxtəlifdir, ona görə də bu xassələri də bir neçə səviyyələrdə xüsusi cihazlarla (Nansen şüşəsi və İstilikölçən kimi) müəyyən edilməlidir. 1995 ilin araşdırmaları göstərdi ki, dərinliy təxminən 10 920 m təşkil edir, 2009-cu ilin tədqiqatları isə 10 971 m. Ən son tədqiqatlar 2011-ci ildə edilmişdir və dərinliyin ±40 m dəqiqliklə 10994 m olduğunu təyin edilmişdir. Beləliklə çökəkliyin ən dərin nöqtəsi "Challenger Uçurumu" (ing. Challenger Deep) dəniz səviyyəsindən Everestdən daha aşağda yerləşir. Təsəvvür etmək olar ki, Marian çökəyinin dərinliyində bizim planetimizin ən yüksək dağı olan Everest asanlıqla yerləşə bilər və onun üstündə səthədə kilometr su qalacaq[5].
Qeyd etmək lazımdır ki Nyu-Hempşirin (ABŞ) universitetindən amerika okeanoqrafiya ekspedisiyası tərəfindən aparılan son tədqiqatlar Marian çökəkliyin dibinin səthində əsl dağlar aşkar ediblər.
Tədqiqat 2010-cu ilin avqustundan oktyabrınadək çoxşüarlı exolotun yardımı ilə keçirilirdi ki, dənizin sahəsi (400 000 km²) haqqında ətraflı məlumatlar almışdılar. Nəticədə ən azı hündürlüyü 2,5 kilometr olan 4 okeanik dağ silsiləsi tapılmışdır, hansıki Marian çökəkliyinin səthi üstündə keçir (Sakit okean və Fillipin litosfer plitələrinin təmas yerində).
Tədqiqatçıların biri bunu belə başa salıb: "Bu yerdə okean yer qabığının geoloji quruluşu çox mürəkkəbdir… Bu silsilələr təxminən 180 milyon il əvvəl litosfer plitələrin daimi hərəkət prosesində formalaşmışdır. Sakit Okeanın plitəsinin uc hissəsi daha qoca və "ağır" olduğu üçün bir milyon il ərzində tədricən Filipin plitəsinin altına "sürünə-sürünə gəlir"… Bu proses zamanı qırış əmələ gəlir"[6]
Marian çökəkliyi Marian adaları boyunca 1 500 km uzanib. O, V formalı profili var: dik (7–9°) yamaclar, eni 15 km olan yastı dib, hansıki hüdudlarla bir neçə qapalı depressiyalara bölünüb. Dibdə suyun təzyiqi 108,6 MPa çatır, hansıki Dünya okeanının səviyyəsində normal atmosfer təzyiqindən 1072 dəfə daha çoxdu. Çökəklik iki tektonik plitələrinin birləşmə sərhədində, parçalanmalar üzrə hərəkət zonasında yerləşir, hansındaki Sakit okean litosfer plitəsi Filippin plitəsinin altına keçir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.