Nəqşi Cahan meydanı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Nəqşi Cahan Meydanı (fars. ميدان نقش جهان Meydān-e naḳş-e cahān; “Dünyanın şəkli meydanı” ya da fars. ميدان شاه Meydān-e Şāh; “Şahın meydanı”) — Həm də İmam meydanı adı ilə tanınır. İsfahanın mərkəzində olan meydan, İranın ve cənub-şərqi Asiyanın ən geniş meydanıdır. Meydanın 4 küncündə 4 fərqli bina tikilmişdir: qərbdə Ali Qapı sarayı, şimalda Qeysəriyyə bazarı, şərqdə dini mərkəz olan Şeyx Lütfullah məscidi, cənubda isə İmam məscidi yerləşir. Meydanın üstü açıq hissəsi isə bir çox mərasimlər üçün ictimai məkan kimi fəaliyyət göstərir. Meydan İranın 20.000 rial əskinasının arxa tərəfində təsvir olunub. Abidə UNESCO-nun Ümumdünya irsi siyahısına daxildir.[1]
Nəqşi Cahan meydanı | |
---|---|
fars. ميدان نقش جهان | |
32°39′29″ şm. e. 51°40′38″ ş. u.HGYO | |
Ölkə | İran |
Şəhər | İsfahan |
Yerləşir | İsfahan |
Aidiyyatı | Səfəvilər imperiyası |
Tikilmə tarixi | 1598 |
Üslubu | Səfəvi memarlığı, Azəri stili |
Vəziyyəti | stabil |
Tipi | Mədəni |
Kriteriya | i,v,vi |
Təyin edilib | 1979 |
İstinad nöm. | 115 |
Dövlət | İran |
Region | Asiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Nəqşi Cahan meydanı qurulduğu gündən etibarən həm şəhər, həm ümümulikdə İran nəzdində öz orginallığını və toxunulmazlığını qoruyub saxlayan məkanlardan biridir. Meydanın inşası 1598-ci ildə başlasa da təxminən 1632-ci ildə başa çatmışdır. Nəqşi Cahan meydanının layihələndirilməsi və tikintisi ideyası şah I Abbasın dövründə İsfahan şəhərinin cənub-qərbində təklif edilmiş və həyata keçirilmişdir.[2] 1598-ci ildə Şah Abbas ölkənin paytaxtını Qəzvindən, İsfahan şəhərinə köçürməyə qərar verir. O səfəvi tarixindəki ən böyük şəhərsalma layihəsinin təşəbbüskarı olur. Bu nəhəng şəhərsalma proyektinin baş memarı Şeyx Bəhai (Bəhaəddin əl-Amili) idi Bu layihə Şah Abbasın baş planının iki əsas xüsusiyyəti üzərində cəmləmişdir: Şəhərin hər iki cinahında,bütün görkəmli qurumların, məsələn, bütün xarici dövlətlərin iqamətgahlarının yerləşdiyi Çaharbağ prospekti və Nəqşi Cahan Meydanı (“ Dünyanın Nümunəsi ”).Şahın hakimiyyətə gəlişindən əvvəl ölkədə mərkəzləşdirilməmiş güc strukturu var idi: müxtəlif qurumlar, hərbçilər ( qızılbaşlar ) hakimiyyət uğrunda mübarizə aparırdılar.) və imperiyanı təşkil edən müxtəlif əyalətlərin qubernatorları. Şah Abbas bu siyasi quruluşu sarsıtmaq istəyirdi və İsfahanın imperiyanın paytaxtı kimi yenidən qurulması hakimiyyətin mərkəzləşdirilməsində mühüm addım idi. Meydanın əhəmiyyəti ondan ibarət idi ki, Şah Abbas onu inşa etidrməklə Səfəvi hakimiyyətin üç əsas komponentini burada cəmləyəcəkdi; Şah Məscidi ruhanilərin gücünü,Bazar tacirlərin gücünü və təbii ki, Ali Qapı sarayı isə burada yaşayan şahın gücünün simvolu idi.
Şah Abbasın dövründə İsfahanı ziyarət edən avropalılar da Şah Meydanına heyran olublar.[2] Səfəvi sarayında qonaq olmuş alman səfir Adam Oleari meydan barədə öz qeydlərində yazır:
Şəhərin meydanı genişdir, uzunluğu təxminən 700 fut (213 m) və eni 200 (61 m) futdur. Qərbdə zərgərlik fəaliyyətləri üçün gözəl və vahid tağ fasadları tikilir. Onların önündə isə ağaclar əkilmişdir. Şərqdə Serena və nağara çalmaq üçün daha geniş tağ fasadları var. Cənubda Sahib Əl-Zaman məscidi, şimalda bazar yerləşir və meydanın mərkəzində idman tədbirləri keçirilir. Şah sarayının ətrafını hündür divarlar əhatə edir. Onu gündüzlər 3-4 nəfər, gecələr isə 15 nəfər qoruyur |
İtalyan səyyah Petro Della Valli də meydandan bəhs edərkən yazır:
Meydanın ətrafında dərə axır və bu dərə üzərində piyadaların yerişini təmin etmək üçün daşlar yerləşdirilib. Dərə və dükanlarla paralel formada ağaclar əkilmişdirki,zənnimcə bu ağaclar yarpaqlayan zaman dünyadaki ən gözəl mənzərə yaranacaqdır. Meydanın mərkəzi incə daş piltələrlə örtülmüşdür. Qaçış və at sürmək üçün bundan daha əlverişli yer yoxdur |
Bazar girişinin qarşısında sahəsi 21 metr, dərinliyi isə 3 m olan dərə yerləşir. Şarden izah edir ki, meydanın ətrafı sərt kərpic və ya qara daşla hörülmüşdür. Dərənin kənarında 4 insanın rahat hərəkət edə biləcəyi 2 metr enində səki var. Çay ilə meydanın ətrafındakı otaqlar arasında məsafə 6 metrdir.[2] Gündüzlər meydanın çox hissəsini dövlətə həftəlik kirayə pulu ödəyən tacirlərin çadırları və tövlələri tuturdu. Burada həmçinin əyləncə nümayişçiləri və aktyorlar da var idi. Aclar üçün hazır yeməklər və ya qovun dilimləri qoyulurdu, su stəkanları isə su paylayanlar tərəfindən pulsuz paylanırdı.Böyük bazarın girişində insanlar bir fincan təzə qəhvə və su içərək ilə dincələ biləcəyi qəhvəxanalar var idi. Əslində ötən əsrlərdə qəhvə çay qədər dəbdə olmasa da bu qəhvxanalar günümüzdə də fəaliyyətini davam etdirirlər. Bəzi xüsusi günlərdə meydan ictimai mərasimlər və şənliklər üçün təmizlənərdi. Belə günlərdən biri də hər il keçirilən Novruz bayramı idi. Həmçinin, Ali Qapı sarayında yaşayan şahıburada polo idmanını da izləyərdi. Şah Abbas tərəfindən ucaldılmış mərmər qapı dirəkləri hələ də meydanın hər iki ucunda dayanır. Şah Abbasın dövründə İsfahan çox kosmopolit bir şəhərə çevrilmişdi. Burada daimi əhali olan türklərlə yanaşı, gürcülər, ermənilər, hindlilər, çinlilər və sayı getdikcə artan avropalılar da yaşayırdı. Şah Abbas şah emalatxanalarında işləmək və çini sənətini öyrətmək üçün 300-ə yaxın çinli sənətkarı Çindən İsfahana gətirtmişdi. Hindlilər özlərinə ayrılan karvansaraylarda yaşayır və əsasən tacir, sərraf kimi işlərdə çalışırdılar.[3] Avropalılar isə burada tacir, Roma Katolik missionerləri, rəssamlar və sənətkarlar olaraq fəaliyyət göstərirdilər. Hətta adətən artilleriya sahəsində təcrübəyə malik olan əsgərlər də yaşamaq üçün Avropadan Səfəvi imperiyasına səyahət edərdilər. Portuqaliyanın Səfəvi sarayındakı səfiri De Quvea öz qeydlərində yazır:
İsfahanlılar əcnəbilərlə münasibətdə çox açıqdırlar, hər gün bir neçə başqa millətin adamları ilə ünsiyyət qurmaq məcburiyyətindədirlər |
Məscidin dörd tərəfindəki eyvanları tağlar birləşdirir. Kəbə istiqamətdə olan eyvan isə ən böyük və möhtəşəmdir.[4][5] Onun mavi günbəzi çox gözəldir. Baş günbəzin hündürlüyü 52, minarələrin yüksəkliyi isə 42 metrdir. İçərisi unikal naxışlar, rəsmlər, ornamentlər və xəttat yazıları ilə bəzənmiş məscidin ümumi sahəsi 20 min kvadrat metrdir. Ən maraqlısı isə məsciddəki akustikadır. Belə ki, məscidin qarşı tərəfindəki ən uzaq küncdə oturanın pıçıltısını bu tərəfdəki adamlar eşidirlər. 1611-cı ildə tikintisinə başlanan və inşası 30 il davam edən İmam məscidinin inşasına Ustad Əbül Qasım rəhbərlik etmiş, memarı isə Əli Əkbər İsfahanidir. Binanın planı 4 eyvanlıdır. Əsas ibadət məkanınn cənub-qərbi və cənub-şərqi mədrəsələrlə əhatə olunmuşdurş Bu mədrəslərdən biri Süleymani digəri isə Nəsiri adlanır. Yan tərəflərində iki hündür minarəsi olan sivri tağlı tacqapı var. İçəridə kiçik qübbəli düzbucaqlı məkandan keçən şimal eyvanı ilə üzbəüz olan və arxasında əsas ibadət otağının yerləşdiyi qiblə eyvanı bütün diqqəti qibləyə cəlb edir. Əsas ibadət otağının qiblə eyvanının arxasındakı hündür hissəsi kvadrat planlıdır və qübbə ilə örtülüdür. Xarici qübbə 54 m, minarələr isə 48 m hündürlükdədir. Qiblə eyvanı ilə 27.40 m hündürlüyündə, meydana baxan tacqapı harmoniya nümayiş etdirir. Daxili qübbənin hündürlüyü 38 m-dir.
Ali qapı sarayı Nəqşi Cahan meydanının qərbində, Şeyx Lütfullah məscidinin qarşısında yerləşir. Saray Səfəvi şahlarının rəsmi iqamətgahı olmuşdur. Abidə qırx səkkiz metr hündürlükdə, yeddi mərtəbəlidir. İlk mərtəbə giriş kimi istifadə olunur. Ölçüləri 20x 19 metrdir və hündürlüyü isə 13 metrdir. İkinci mərtəbədən baxdıqda Şeyx Lütfullah məscidini görmək mümkündür. 3-cü mərtəbədə 18 ədəd taxta ilə bəzədilmiş sütunlar mövcuddur. Bu mərtəbə bir çox yan təsirlərə məruz qaldığından II Şah Abbas tərəfindən yenidən bərpa edilmişdir. Abidənin 6-cı mərtəbəsində musiqi zalı vardır ki, onun divarlarında akustik dəyəri olan dərin dairəvi boşluqlar yerləşir. Sarayın adı “Ali” farsca “yüksək” “görkəmli” , qapı isə Azərbaycan tükcəsindən götürülmüşdür. Mənası yüksək qapı deməkdir. Bu saray on yeddinci əsrdə Şah I Abbasın fərmanı ilə inşa edilmişdir. Saray bu dövrdə əyanları və xarici səfirləri əyləndirmək üçün istifadə olunmuşdur. Şah ilk dəfə burada 1597-ci ildə Novruz bayramını qeyd etmişdir. Mərasim yeri olan Ali Qapı, kompleksin qapalı quruluşu ilə meydanın ictimailiyi arasında simvolik keçid rolunu oynayırdı. Ali Qapının bir hissəsi olduğu Dövlətxana Saray Kompleksi bir-birinə bağlı olan və müxtəlif funksiyalar üçün istifadə edilən çoxlu binalardan ibarət idi. Bu kompleksin tikintisinə I Şah Abbasın dövründə başlanmışdır; Şah Səfi dövründə yeni bölmələr əlavə edilmiş və bütün tikinti II Şah Abbas tərəfindən sona çatıdırlmışdır. Kompleks dövlətxanə, hərəmxana, dəftərxana, səfirlərin qəbul olunduğu Talar-e Tavile adlı kiçik pavilyon və Ali Qapı Sarayı da daxil olmaqla bir sıra binadan ibarətidi. Səfəvi saraylarının ən fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, onların ətraflarında qalın divarlar və ya qalalar olmur. Görünürlük və açıqlıq Səfəvi şahlarının və dövlətin təmsil olunduğu saray memarlığının səciyyəvi xüsusiyyətləri idi. Səfəvi paytaxtının mərkəzində yerləşən Ali Qapı sarayı qalın və hündür divarlarla əhatə olunmuş intruziv Osmanlı və Moğol saraylarından fərqli olaraq şəhərin ən canlı ticarət və dini mərkəzlərindən birinin tərkib hissəsi kimi tikilmişdir. Səfəvi şahları öz müasirlərindən fərqli olaraq, yer üzündə imamların nümayəndəsi olmaq iddiasından çıxış etmiş, təvazökarlıq və səxavət məfhumlarına daha çox önəm vermiş, onları mərasim və memarlıq fəaliyyətlərində də göstərməyə çalışmışdırlar. Ali Qapı Sarayı ilə meydan arasında vasitəsiz vizual və məkan əlaqəsi də bu memarlıq mədəniyyətinin təzahürüdür. İranın 20.000 rial əskinasının arxa tərəfində saray təsvir edilmişdir. Saray 1953-cü il tarixli İran 20 rial əskinaslarının arxa tərəfində də təsvir edilmişdir.[6]
Səfəvi dini memarlığının ən məşhur nümunələrindən biri olan məscid Meydan-ı Şahın şərq tərəfində yerləşir.[7] Saray əhlinin şəxsi istifadəsi üçün tikilən məscidə Ali Qapı sarayından enərək getmək mümkündür. Həmin meydanın cənub tərəfində digər saray üzvlərinin ibadətləri üçün tikilmiş İmam məscidi yerləşir. Ali qapı sarayından bu məscidi uzun keçid vasitəsilə enilirdi. Keçid boyunca daimi mühafizəçilər yerləşdirilmişdir ki, onların məqsədi hərəmin qadınlarını buraya daxil ola biləcək kənar şəxslərdən qorumaq idi. Əsas girişdə də mühafiizəçilər varidi və məscidin qapıları hər zaman qapalı saxlanılırdı. Günümüzdə bu qapılar ziyarətçilərin üzünə açıqdır və keçid artıq istifadə olunmur.
Tarixi mənbələrə əsasən məscid əvvəllər müxtəlif adlarla anılmışdır. Cünabadi buranı “Qubbat Məscid” yəni günbəzli məscid, müasir tarixçi İsgəndər bəy Münşi isə paklıq və gözəllik məscidi adlandırmışdır. Digər tərəfdən isə avropalı səyyahlardan Şarden məsciddən günümüzdəki adı ilə bəhs etmişdir. 1602-1618 illəri arasında inşa edilən məscid əvvəllər Sədr və Fətullah məscidi kimi tanınsa da, sonradan Şah Abbasın qayınatası, şiə alimi Şeyx Lütfullahın adını daşımaqdadır.[8]
Sarayın və məscidin meydanda birgə inşası Səfəvi hakimiyyətinin həm nəzəri, həm də praktiki olaraq dünyəvi və ruhani köklərini simvollaşdırır. Xaricdəki və daxildəki ərəb yazılarının məzmunu da binanın bu rolu ilə bağlıdır. Məscidin tikinti kitabələri və günbəz çarxı yazıları Əli Rza Abbasinin əsəridir. Kitabələrdə adı keçən digər ustalar isə Bəkir-i Bənna və Məhəmməd Rıza Hüseyn İsfahanidir.[9]
Nəqşi Cahan meydanının şimal hissəsində yerləşən bazar İsfahanın və Orta Şərqin ən qədim və böyük bazarlarından biri hesab olunur. Burada əsasən xalça və kilim satılırdı. Bazarın 1000 ilə yaxın tarixi onun Səfəvilərdən öncə Səlçuk imperiyası zamanında inşa edildiyini göstərir. Bu, köhnə şəhəri yeni şəhərlə birləşdirən tağlı, iki kilometrlik küçədir.[10]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.