Nəqşi Cahan meydanı
Nəqşi Cahan Meydanı — Həm də İmam meydanı adı ilə tanınır. İsfahanın mərkəzində olan meydan, İranın ve cənub-şərqi Asiyanın ən geniş meydanıdır. Meydanın 4 küncündə 4 fərqli bina tikilmişdir: qərbdə Ali Qapı sarayı, şimalda Qeysəriyyə bazarı, şərqdə dini mərkəz olan Şeyx Lütfullah məscidi, cənubda isə İmam məscidi yerləşir. Meydanın üstü açıq hissəsi isə bir çox mərasimlər üçün ictimai məkan kimi fəaliyyət göstərir. Meydan İranın 20.000 rial əskinasının arxa tərəfində təsvir olunub. Abidə UNESCO-nun Ümumdünya irsi siyahısına daxildir.
Read article