Remove ads
Azərbaycanlı mühacir publisist From Wikipedia, the free encyclopedia
Niyazi Kürdəmir (əsl adı: Niyazi Nəsib bəy oğlu Yusifbəyli; 1908, Yelizavetpol – 25 dekabr 1964, Ankara) — Azərbaycanlı siyasi mühacir, publisist.
Niyazi Kürdəmir | |
---|---|
Doğum tarixi | 1908 |
Doğum yeri | |
Vəfat tarixi | 25 dekabr 1964 |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Atası | Nəsib bəy Yusifbəyli |
Anası | Şəfiqə Qaspıralı |
Təhsili |
|
Fəaliyyəti | müəllim, publisist, müəllif |
Niyazi bəy Yusifbəyli 1908-ci ildə Gəncədə doğulub. Atası AXC Hökumətinin başçısı Nəsib bəy Yusifbəyli, anası İsmayıl Qaspıralının qızı Şəfiqə Qaspıralıdır. Nəsib bəylə Şəfiqə xanım 1906-cı ildə ailə həyatı qurublar. Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlib, Şəfiqə xanım Nəsib bəyin ailəsi ilə tanış olub. Bu evlilikdən onların Zöhrə və Niyazi adlı iki övladı doğulub.[1]
1920-ci il mayın əvvəllərində Nəsib bəyin Kürdəmir qəzasında müəmmalı şəkildə qətlə yetirilməsindən sonra Türkiyənin Azərbaycandakı səfiri Məmduh Şövkət Esendalın köməyi ilə Türkiyəyə gedə bilib. Bu zaman Niyazinin 12 yaşı vardı. Sonralar atasından xəbər aldığı son məkan olan Kürdəmirin adını soyad kimi götürüb.[1]
Ailə İstanbula gəldikdən sonra Niyazi bəy Qalatasaray liseyində orta təhsil alıb, ardınca İstanbul Universitetinin Dil və Tarix Fakültəsinin tarix bölümündə oxuyub, buradan məzun olub. 1939-cu ildə "Hiung-nular" adlı elmi işi müdafiə edib. Onun həmçinin 16 səhifəlik "İkinci minillikdə Kiçik Asiyada Assur ticarət müstəmləkələri" adlı elmi yazısı da var. Bir müddət müəllimlik edib (1940-cı illərdə Ərzurum liseyində), daha sonra Bədən Tərbiyəsi Ümummüdirliyində çalışıb. Rus və fransız dillərində bildiyi üçün bu qurumun xarici əlaqələr şöbəsində fəaliyyət göstərib.[1]
Niyazi bəy 1952-ci il fevralın 8-də Ankarada təsis edilən Azərbaycan Milliyyətçilər Dərnəyinin qurucu üzvlərindən olub. Nizamnamədə dərnəyin qurucuları kimi bu şəxslər göstərilib: Əhməd Ulusoy (mühasib), Əli Taşkənt (mühəndis), Çingiz Göygöl (inşaatçı), Hidayət Turanlı (mühəndis), İsa Göçər (mühəndis), İsgəndər xan Xoyski (hüquqşünas), Qadir Dilican (mühəndis), Məmməd Altunbay (pilot), Nağı Bayramgil (mühasib), Niyazi Kürdəmir (müəllim), Səfvət Zərdabi (mühəndis). Qurulan dərnəyin "Türk izi" adlı mətbu orqanı olub. Jurnalın ilk sayında (1952-ci il, may ayı) Niyazi Kürdəmirin "Azərbaycan və mühacirətlər" başlıqlı məqaləsi dərc olunub. Jurnalın növbəti saylarında N. Kürdəmirin "Erməni və gürcü ittihadı", "Aktual məsələ", "Dərsdən ibrət almayan qafillər", "Qovma və təkrar qəbul" adlı məqalələri dərc olunub.[1]
Niyazi bəyin əməkdaşlıq etdiyi digər nəşr "Mücahid" dərgisidir. Bu jurnalın sahibi Çingiz Göygöl, müdiri isə Səfvət Zərdabi olub. Niyazi bəy qohumu olan Çingiz bəylə yaxın dost olub. Niyazi bəy bu jurnalda bir neçə yazı qələmə alıb, Jan Brüs adlı müəllifin "Miq təyyarəsini necə qaçırdım" adlı əsərini silsilə şəkildə tərcümə edib. "Mücahid"də onun "Yaxınlaşma ətrafında" (sayı 1, 1955), "Yaxın Şərqdə ortaya çıxan təhlükə" (sayı 4, 1955), "Rusiya üçüncü dünya savaşını 1917-də qazandı" (sayı 5, 1955), "Aprel 1920 və bir xatirə" (sayı 8, 1957) kimi yazıları çıxıb.[1]
Niyazi Yusifbəyli 1964-cü il dekabr ayının 25-də gecə saatlarında Ankaradakı evində keçirdiyi infarkt nəticəsində vəfat edib. Niyazi Kürdəmir Ankarada Cəbəci Əsri məzarlığında dəfn edilib.[1][2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.