Remove ads
From Wikipedia, the free encyclopedia
Nikosiya ya da Lefkoşa — Kipr Respublikasının və Şimali Kipr Türk Respublikasının paytaxtı. Dünyanın sonuncu bölünmüş paytaxt şəhəri hesab olunur.[2] Əhalisi 97.700 nəfərdir (türk tərəfi — 49 868, yunan tərəfi — 47 832). Şəhər Mesoariya düzənliyində 150 metr hündürlüklü Pedisos çayı sahilində yerləşmişdir. Kipr yunanlarının Nikosiya, Kipr türklərinin Lefkoşa adlandırdıqları şəhərdə 200 mindən bir qədər artıq adam yaşayır. Əlverişli mövqeyi olan şəhər böyük nəqliyyat qovşağıdır. Dəmir və avtomobil yolları Nikosiyadan ölkənin hər tərəfinə çəkilmişdir. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli aeroport fəaliyyət göstərir.
Nikosiya | |
---|---|
türk. Lefkoşa yun. Λευκωσία | |
35°10′21″ şm. e. 33°21′54″ ş. u.HGYO | |
Ölkə | |
Region | Nikosiya |
Rayon | Nikosiya |
Başçı | Mehmet Harmancı |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 220 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +90 392 |
Poçt indeksi | 1010–1107 |
İnternet domeni |
.cy .ct.tr |
Digər | |
nicosia.org.cy | |
Vikianbarda əlaqəli mediafayllar |
Nikosiya Kiprin əsas iqtisadi, siyasi mədəni mərkəzidir. Şəhərdə metal emalı, dəri-ayaqqabı, toxuculuq, yeyinti, poliqrafiya sənaye müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrlə yanaşı Nikosiyada dulusçuluq xalq sənətkarlığı da inkişaf etdirilimişdir.
Paytaxtın muzeyləri, tarixi memarlıq və arxitektura abidələri turistlərin çox xoşuna gəlir. Şəhərin əsası eramızdan əvvəl təqribən VII əsrdə qoyulmuşdur. Eramızdan əvvəl 58-ci ildə Roma imperiyasının, sonralar Bizansın tərkibinə daxil edilib. Əvvəllər şəhər Ledra adlanırdı. Nikosiya adı şəhərə XIII əsrdə verilmişdir. Nikosiya qədim yunanların qələbə allahı hesab edilən Nikinin şərəfinə verilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.