Nazlı Səbri — (ərəb. نازلي صبري Nazlı Ṣəbrī; 25 iyun 1894, İsgəndəriyyə29 may 1978, Los-Anceles, Kaliforniya) Misir kralı I Fuadın həyat yoldaşı olub. Nazlı 25 iyun 1894-cü ildə türkfransız əsilli ailədə anadan olmuşdur.[2][3] Atası Əkinçilik Naziri və Qahirə valisi Əbdürrəhman Səbri Paşa[4], anası Tövfiqə Xanım Şərif idi. Ana tərəfdən o, türk əsilli baş nazirxarici işlər naziri general Məhəmməd Şərif Paşanın nəvəsi idi.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Nazlı Səbri
məsri. نازلى صبرى
Thumb
Doğum tarixi 25 iyun 1894(1894-06-25)
Doğum yeri
Vəfat tarixi 29 may 1978(1978-05-29) (84 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Müqəddəs Xaç qəbiristanlığı (Kalver-Siti)[d]
Həyat yoldaşı
Uşaqları
Dini

Katolik Kilsəsi

(əvvəlki İslam)
Fəaliyyəti kraliça-konsort[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Nazlı əvvəlcə Qahirədə la Mère-de-Dieu Liseyinə, sonra isə İsgəndəriyyədəki Notre-Dam de Sion Kollecinə gedib. Anası dünyasını dəyişdikdən sonra o, bacısı ilə birlikdə iki il müddətinə Fransanın Paris şəhərindəki internat məktəbinə göndərilir. Nazlı qayıdandan sonra türk əmisi oğlu Halil Səbri ilə evlənməli olub. Ancaq on bir aydan sonra evlilik boşanma ilə başa çatdı. Misir Sultanı Fuad Nazlını ilk dəfə opera tamaşasında görüb. 1919-cu il mayın 12-də Fuad ondan 26 yaş kiçik olsa da, bunu istədi. 1919-cu il mayın 24-də Qahirədə Bustan sarayında Nazlı Sultan Fuadla evləndi. Nazlı ilə Fuadın ikinci evliliyi idi.[5] Daha sonra Abbasilər sarayındakı hərəmxanaya köçürüldü.

1936-cı ildə Kral Fuadın ölümündən sonra onun oğlu Faruq Misirin yeni kralı, Nazlı Səbri isə kraliça ana oldu. Qardaşı Şərif Səbri Paşa Faruq azyaşlı ikən qurulan üç nəfərlik Sultanlıq Şurasında xidmət edirdi. 1946-cı ildə Misiri tərk edən Nazlı böyrək xəstəliyindən müalicə üçün ABŞ-yə getdi.

1950-ci ilin avqustunda Kral Faruq anası Nazlı Səbri və bacısı Şahzadə Fəthiyənin hüquq və titullarından məhrum etdi. Buna səbəb Şahzadə Fəthiyənin Nazlının da dəstəklədiyi, Faruqun isə qarşı çıxdığı Kopt xristian Riyad Qali ilə evlənməsi olub. Nazlı daha sonra xristianlığı qəbul etdi və adını Meri Elizabeth olaraq dəyişdirdi.[6]

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.