From Wikipedia, the free encyclopedia
Natali Luazo (fr. Nathalie Loiseau; 1 iyun 1964[2][3][…], Nöyi-sür-Sen) — Fransa diplomatı və siyasətçisi, Fransa Xarici İşlər naziri yanında Avropa işləri üzrə məsul nazir (2017–2019).
Natali Luazo | |
---|---|
fr. Nathalie Loiseau | |
direktor[d] () | |
3 oktyabr 2012 – 21 iyun 2017 | |
Avropa Parlamentinin deputatı[d] | |
Vəzifədədir | |
2 iyul 2019-cu ildən | |
Avropa Parlamentinin deputatı[d] | |
Vəzifədədir | |
16 iyul 2024-cü ildən | |
Şəxsi məlumatlar | |
Doğum adı | Nathalie Ducoulombier[1] |
Doğum tarixi | 1 iyun 1964[2][3][…] (60 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat |
Uşağı | 4 |
nathalieloiseau.medium.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Natalie Dükulombye adı ilə anadan olmuşdur.[5]
O, Siyasi Araşdırmalar İnstitutunu və Milli Şərq Dilləri və Sivilizasiyaları İnstitutunu bitirmiş, orada Çin dilini öyrənmişdir. 1986–1988-ci illərdə Fransa Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat İdarəsində işləmişdir. 1993–1995-ci illərdə xarici işlər naziri Alen Jüppenin müşaviri, 2002–2005-ci illərdə Fransanın İndoneziya, Seneqal və Mərakeşdəki səfirliklərinin katibi, həmçinin ABŞ-dakı səfirliyin mətbuat katibi olmuşdur. Bundan əlavə, o, Xarici və Avropa İşləri Nazirliyinin Modernləşdirmə İdarəsinin Baş İdarəsində İnsan Resursları üzrə Direktor vəzifəsində çalışmışdır.[6]
2012-ci ildə Loran Fabius yeni Xarici İşlər naziri olmuş və Luazo Xarici İşlər Nazirliyində karyerasını dayandırmışdır. Elə həmin il Milli İdarəçilik Məktəbinin direktoru təyin edilmişdir. O, bu vəzifədə məqsədini gələcək dövlət qulluğu kadrlarının daha çox şaxələndirilməsinə nail olmaq olduğunu bəyan etmişdir. Xüsusilə, 2014-cü ilə qədər tələbələr arasında qadınların nisbəti ilk dəfə olaraq 45%-ə çatmışdır.[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.