From Wikipedia, the free encyclopedia
Müxlis Mirsabir oğlu Cənizadə (26 noyabr 1928 – 10 dekabr 1972) — Azərbaycanın teatr, kino və dublyaj aktyoru, bədii qiraətçi, Azərbaycan SSR əməkdar artisti (1960).[1]
Müxlis Cənizadə | |
---|---|
Müxlis Mirsabir oğlu Cənizadə | |
Digər adı | Muxlis Cənizadə |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (44 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağır xəstəlik |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyəti | aktyor |
Mükafatları | |
IMDb | ID2365624 |
Müxlis Cənizadə 26 noyabr 1928-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr Texnikumunu və Dövlət Teatr İnstitutunu bitirib (Kazım Ziyanın kursu). 1953-1963-cü illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Müxlis Cənizadə dövrünün teatr və kino aktyoru, təkrarsız bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor kimi tanınıb. 1961-ci ildən ömrünün sonunadək Dövlət Teatr İnstitutunda dərs deyib. Teatr İnstitutunun Tədris Teatrında “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Üləmalar” və s. tamaşalara quruluş verib. Azərbaycan Radiosunun “Qızıl fond”unda və Dövlət Səsyazma Fondunda Müxlis Cənizadənin ifasında bədii qiraət nümunələri saxlanılır. SSRİ kinematoqrafçılarının istehsalı olan “Sonuncu qum təpəsi” (Последний дюйм, Lenfilm / Rusiya, 1958, rejissor: Teodor Vulfoviç, Nikita Kurixin), “Namus uğrunda” (Из-за чести, rejissor: Artaşes Ayrtyan, Ermənistanfilm, 1956) filmlərində çəkilib. Əməkdar artist (1960) Müxlis Cənizadə 1972-ci ildə ağır xəstəlikdən vəfat edib.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.