From Wikipedia, the free encyclopedia
Məmmədbəyov Lütfi Şahbaz oğlu — Azərbaycan aktyoru və rejissoru, ssenari müəllifi, mətn oxuyan, filmlərin bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti (1991).[1]
Lütfi Məmmədbəyov | |
---|---|
Digər adları |
Lütfü Məmmədbəyli Lütfü Məmmədbəyov |
Doğum tarixi | |
Doğum yeri | Ağdaş, Azərbaycan SSR, Zaqafqaziya SFSR, SSRİ |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | Aktyor |
Mükafatları | |
IMDb | ID2364989 |
Lütfi Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Aktyor 1943-1947-ci illərdə Teatr Texnikumunda təhsil alıb. 1961-1966-cı illərdə isə M.Əliyev adına ADİİ-nun Rejissorluq fakültəsini bitirib.[2][3]
Lütfi Məmmədbəyov 1947-ci ildə Teatr texnikumunda təhsilini başa vurduqdan sonra bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Lakin 40-cı illərin sonunda teatr müvəqqəti olaraq bağlanıb. Bu səbəbdən aktyor Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Lütfi Məmmədbəyov Gənc Tamaşaçılar Teatrında çalışarkən Bakıda o vaxtkı 26-lar Mədəniyyət Sarayında dram dərnəyinə rəhbərlik etmişdir. O, 1961-ci ildə Xalq Teatrı statusu alan bu dərnəkdə Azərbaycan aktyorlarının bir neçə nəslini yetişdirmişdir.[2][3]
Lütfi Məmmədbəyov 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Rejissor həmin teatrın səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru olmuşdur. Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov 1953-cü ildə yaratdığı xalq teatrına 40 ildən çox rəhbərlik edib və adı teatr tarixinə şərəflə yazılan böyük aktyor nəsli yetişdirib.[2][3]
Lütfi Məmmədbəyov televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru o cümlədən “Göz həkimi”, “Yağışdan sonra”, “Səninlə sənsiz”, “Yad qızı” kimi əsərlərin rejissoru olub. Lütfi Məmmədbəyov kinofilmlərdə də çəkilib. “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Səhər”, “Qızmar günəş altında”, “Göz həkimi”, “Leyli və Məcnun”, “Sehrli xalat” və başqa filmlərdə rol alıb.[2][3]
Lütfi Məmmədbəyli respublikada televiziya serialları çəkən ilk rejissordur. Rejissor 1993-cü ildə yazıçı Əlibala Hacızadənin “İtkin gəlin” əsəri əsasında 12 seriyalı filmə quruluş vermişdir. Daha sonra 6 seriyalı “Dodaqdan qəlbə” (1998), yenə də 6 seriyalı “Yağışdan sonra” (1998) seriallarını çəkmişdir.[2][3]
Lütfi Məmmədbəyov 1 fevral 2004-cü ildə Bakıda vəfat edib.[2][3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.