Mollaoba
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Mollaoba — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Masallı rayonunun faktiki mövcud olan Mollaoba kəndi dəqiqləşdirmə qaydasında Boradigah qəsəbə Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.[1]
Mollaoba | |
---|---|
38°56′ şm. e. 48°42′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Burada yayı quraq keçən mülayim isti iqlim üstündür. Havası rütubətlidir. Mollaoba iki böyük məhəllədən və kiçik məhəllələrdən (Daşqunlu, Ətcəli) ibarətdir.
Mollaoba əhalisinin buraya gəlmə əhali olduğu haqqında bir-çox mülahizələr vardır. Bunlardan birinə görə kəndin əhalisi 1556-cı ildə Şamaxı zəlzələsindən sonra buraya köç etmiş bir neçə ailənin nəsil davamçılarıdır.
14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Boradigah kənd cəmiyyətinə daxil olan Boradigah kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qəzvinoba, Şatıroba, Babaser, Mollaoba və Tüklə kəndlərində toplam 291 evdə şiə təriqətli müsəlmanlardan ibarət 2.628 nəfər (1.508 nəfəri kişilər, 1.120 nəfəri isə qadınlar) əhali yaşayırdı.[2]
2009-ci il siyahıyaalınmasına əsasən, Mollaoba kənd sakinlərinin sayı 3211 nəfərdir.[3]
Sovetlər dönəmində bu kənddə zəliyetişdirmə kombinatı olub.[4]
Hazırda kəndin bəzi sakinləri həyətyanı sahədə zəli yetişdirməklə məşğuldurlar.[5] Burada əsasən yerli qara zəli növü yetişdirir.[5] və həmcinin dəmirçilik sənəti ilədə taninir
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.