From Wikipedia, the free encyclopedia
Mir (Rus: Dünya deməkdir: dünya və ya sülh), 1986-cı ildən 2001-ci ilə qədər aşağı Yer orbitində qalan Sovet İttifaqının və ardınca Rusiya tərəfindən idarə olunan kosmik stansiyası. İlk modul 19 fevral 1986-cı ildə kosmosa göndərilib. Bəşəriyyətin uzun müddətli olaraq kosmosda, içində yaşayıb araşdırmalar apardığı ilk elmi-kosmik tədqiqat stansiyasıdır . Edilən beynəlxalq əməkdaşlıq sayəsində, müxtəlif millətlərin kosmik xadimlərinin istifadəsinə verildi. Orbitə 1986-cı il ilə 1996-cı illər arasında göndərilən bir çox modul ilə uğurlu birləşmələr həyata keçirdi. 23 mart 2001-ci ildə missiyası başa çatdı və atmosferə girərək yanması təmin edildi.
Tapşırıq nişanı | |
---|---|
Mir nişanı | |
Tapşırıq Məlumatları | |
Tapşırığın Adı | Mir |
Qalxış | 19 fevral 1986 21:28:23 UTC Baykonur, SSRİ |
Tağşırığın başa çatması |
23 mart 2001 05:50:00 UTC |
Ekipaj | 28 uzun müddətli heyət |
Tapşırıqda | 4.594 gün |
Orbitdə | 5.511 gün |
Orbitdəki dövr sayısı | 89.067 |
Yerdən ən uzaq |
393 km |
Yerə ən yaxın |
385 km |
Period | 89,1 dəqiqə |
Orbital meyl | 51,6 dərəcə |
Qət etdiyi məsafə | 3.638.470.307 km |
Orbitdəki çəkisi | 124.340 kq |
Quruluşu | |
Mir Kosmik Stansiyası |
Mir, əvvəl Sovet İttifaqı tərəfindən göndərilmiş Salyut kosmik stansiyaları əsas alınaraq hazırlanmışdır(1971-ci ildən sonra yeddi Salyut kosmik stansiya göndərilmişdir). Əsasən Rusiya istehsalı insanlı "Soyuz" raketləri və Progress yük gəmiləri tərəfindən təmir edildimişdir, lakin bundan sonrakı uçuşlar Буран kosmik gəmisi üçün təyinat nöqtəsi olaraq planlanmışdır. Orbitdəki " Mir " -in əsas məqsədi geniş və yaşanıla biləcək elmi laboratoriya yataymaq idi.
ABŞ özünə Mir-ə oxşar olaraq Space Station Freedom stansiyasını yaratmağı planlamış, amma bu layihə Sovet İttifaqının süqutundan sonra beynəlxalq əməkdaşlıq yolunun açılması məqsədilə dayandırılmışdır (bax. Beynəlxalq Kosmik Stansiyası). Bundan başqa, Challenger Kosmik Gəmisi Mir -in qalxşından bir aydanda daha qısa müddət əvvəl planlanmışdı. Daha sonrakı illərdə, "Soyuq müharibə" dövründən sonra, Shuttle-Mir proqramı ilə Rusiyaya aid olan Mir -in imkanları ilə Amerikanın kosmik gəmilərinin imkanları birləşdirilmiş, bir qrup Amerikalı və digər qərb ölkələrindən olan kosmonavtların stansiyanı ziyarət etmək və ya stansiyadakı uzun müddətli elmi-tədqiqat çalışmalarında iştirak etmələrinə dəstək vermişdir. Mir və ona bağlanmış kosmik gəmi 250 tonluq ağırlığı ilə kosmik tədqiqatlar tarixinin ən böyük orbital gəmisi ünvanın almışdır.
100 tonluq Mir-in içi, borular, kabellər və elmi — tədqiqat çihazlarından əlavə günlük həyat fəaliyyətinə aid əşyalarda vardır. İki qısa müddət xaricində, Mir 1999-cu il avqusta ayına qədər davamlı xidmətdə olmuşdur.
15 yaşındakı Rus kosmik stansiyasının səyahəti, 23 mart 2001-ci il tarixində, Fici yaxınlarında Sakit okeanın cənubuna düşməsi ilə sonlanmışdır. Son günlərinə qədər, bir çox sahibkarın, ehtimal ki ilk orbital televizya/film studiyası qurmaq üçün Miri almaq kimi planlar vardı. Ancaq stansiya daha da istifadə olunmağa yarasız idi və təhlükəsiz deyildi. Kosmik sahənin bir çox nümayəndəsi Mir -in ən azından bəzi hissələrinin istifadə oluna biləcəyini, bundan başqa orbitə material çıxartmağın yüksək xərcli olduğunu hesab edildikdə, Mir -in yox edilməsinin böyük bir fürsət itgisi olduğunu fikirləşirlər.
Sovet və Rus kosmonavtların başqa Mir beynəlxalq elm adamlarına və Amerikalı astronavtlara da ev sahibliyi etmişdir.
Mir Kosmik Stansiyası, – Kosmik məkik tərəfindən Mirə gətirilən birləşmə modulları xaricində – hər biri ayrı ayrı Proton Raketləri ilə orbitə göndərilən bir çox Mir modulunun orbitdə birləşməsi ilə əmələ gəlmişdir.
Modul | Qalxma tarixi | Qalxış vasitəsi | Kenetlenme tarihi | Çəki | Soyuz | Məqsəd |
---|---|---|---|---|---|---|
Nüvə | 19 fevral 1986 | Proton 8K82K | Bilinmir | 20,100 kq | Bilinmir | Yaşayış sahələri |
Kvant-1 | 31 mart 1987 | Proton 8K82K | ~9 aprel 1987 | 10,000 kq | TM-2 | Astronomiya |
Kvant-2 | 26 noyabr 1989 | Proton 8K82K | 6 dekabr 1989 | 19,640 kq | TM-8 | Yeni ve inkişaf etmiş yaşam dəstək modulları |
Kristall | 31 May1990 | Proton 8K82K | 10 iyun 1990 | 19,640 kq | TM-9 | Texnologiya, maddi emal, Geofizika və Astrofizika laboratoriyaları |
Spektr | 20 may 1995 | Proton 8K82K | 1 iyun 1995 | 19,640 kq | TM-21 | ABŞ-Soveet Əməkdaşlıq proqramı çərçivəsində edilən təcrübələr |
Birləşmə modulu | 12 noyabr 1995 | STS-74 Atlantis | 15 noyabr 1995 | 6,134 kq | TM-22 | Kosmik məkiyin birləşməsi üçün istifadə olundu. |
Priroda | 23 aprel 1996 | Proton 8K82K | 26 aprel 1996 | 19,000 kq | TM-23 | Uzaqdan qəbul etmə modulu |
Elektromaqnit spetkr və x-şüaları əmilmələrini ölçərək Astrofizika tədqiqatlarının edilməsindən yola çıxılaraq bu ad verilmişdir. Kristall (Кристалл) "kristal" deməkdir. Bu modulun əsas çalışma sahəsi biyoloji kosmik şəraitdə maddi istehsal texnologiyaları olduğu üçün bu ad verilmişdir. Spektr (Спектр) "spetkr" deməkdir . Atmosfer qəbuledicilərinə görə bu ad verilmişdir. Priroda (Природа) "təbiət" deməkdir. Progress (Прогресс) "tərəqqi, irəliləyiş" deməkdir. Soyuz (Союз), "birlik, ittifaq" anlamındadır (Sovietskii Soyuz, Советский Союз = Sovet İttifaqı). Bundan başqa Soyuz modulu üç kiçik moduldan əmələ gələn bir birləşmə olduğundan bu adla anılır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.