From Wikipedia, the free encyclopedia
Mil Moskva Helikopter Zavodu (rus. Московский вертолётный завод им. М.Л. Миля) baş qərargahı Moskva vilayətinin Tomilino bölgəsində yerləşən helikopter dizaynı və istehsalı ilə məşğul olan şirkətdir.[3] Şirkət adını Sovet mühəndisi Mixail Mildən alır.
Mil Helikopterləri | |
---|---|
Национальный центр вертолётостроения имени М. Л. Миля и Н. И. Камова | |
Ümumi məlumatlar | |
Tipi | Açıq Səhmdar Cəmiyyət |
Sənaye | Maşınqayırma |
Məhsulu | Helikopter |
Təsis tarixi | 1947 |
Bağlanma tarixi | 2020 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti | ▲ 921.7 milyon rubl (2010)[2] |
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı | 3246 |
Ana şirkət | Rostek |
Rəhbərlik | |
Təsisçi | |
russianhelicopters.aero/ru | |
Vikianbarda əlaqəli mediafayllar |
1947-ci ildə Moskva vilayətinin Jukovski şəhərində yerləşən Mərkəzi Aerohidrodinamik İnstitutunun helikopter laboratoriyasında Mixail Milin rəhbərliyi altında "Mil" şirkətinin əsası qoyulmuşdur.[4]
Bu şirkət tərəfindən dizayn olunmuş Mil Mi-1 genişmiqyaslı şəkildə istehsal olunmuş ilk Sovet helikopteri olmuşdur. 1960-cı illərin əvvəllərində dizayn olunmuş həm hərbi, həm də mülki məqsədlər üçün uğurla istifadə olunan Mi-8 helikopteri isə hələ də dünyada ən çox istismar olunan helikopterlərdən biri hesab olunur.
2006-cı ildə Mil şirkəti özü kimi helikopter istehsalı ilə məşğul olan Kamov və Rostvertol şirkətləri ilə birləşdi nəticədə "Rusiya Helikopterləri"nin əsası qoyuldu.
Mil Moskva Helikopter Zavodu fəaliyyətə başladığı müddətdən indiyə qədər 15-dən çox baza modeli və 200-dən çox helikopter modifikasiyası istehsalı həyata keçirmişdir. 2017-ci ilə olan məlumata əsasən istehsal olunan helikopterlərdən bəziləri aşağıdakılardır:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.