Mil Mi-10 (rus. Миль Ми-10; NATO kod adı: Harke), Mil tərəfindən istehsal olunan Sovet istehsalı bir nəqliyyat helikopteridir. Mil Mi-6 əsas alınaraq dizayn olunan helikopter 1963-ci ildə xidmətə başlamışdır.[1]
Mil Mi-10 | |
---|---|
Tipi | vertolyot |
Hazırlayan | Mil Moskva Helikopter Zavodu |
İstehsalçı | Mil Moskva Helikopter Zavodu |
Baş konstruktor | Mixail Mil |
İlk uçuş | 15 iyun 1960 |
İstismarçılar | |
Buraxılış sayı | 55 |
Baza modeli | Mil Mi-6 |
Vikianbarda əlaqəli mediafayllar |
Tikinti- quraşdırma və inşaat işlərində istifadə olunması nəzərdə tutulan hərbi nəqliyyat helikopteri Mi-10-un mülki modifikasiyası “uçan kran”dır. Bu “qısa ayaqları” və gövdə altında əlavə pilot kabinası olan bir versiyadır.
İlk uçuşu 1965-ci ilin iyun ayında baş tutub və istehsalı 1975-ci ildə başlayıb. 17 ədəd helikopter istehsal edilib və onlardan dördü sonradan yenidən qurulub. Dizaynerlər xarici görünüş və platformadan imtina etdilər. Şassinin hündürlüyünü azaldaraq helikopterin çəkisinin və alın müqavimətinin azalmasına nail oldular. Helikopterin yüklənməsi və boşalması zamanı özünü doğrultmayan idarəetmə kameraları əvəzində “uçan kran” ikinci dairəvi görünüşə və üçüncü idarəetmə mexanizmlərinə malik asılma kabinə ilə təchiz olundu.
1961-ci il sentyabrın 23-də Mi-10 sınaqlar zamanı 15103 kq yükü 2200 m hündürlüyə daşımaqla rekord qırdı. Mi-10-un seriya istehsalı 1964-cü ildə başladı və yalnız 24 ədəd təşkil etdi. Yüklərin bərkidilməsi kimi texniki problemlər həllini tapmadığı üçün bu helikopterlərdən geniş istifadə olunmadı.[2]
Texniki xüsusiyyətləri
- Ekipaj: 4-5
- Sərnişin tutumu: 28 nəfər və ya 15,000 kq yük
- Uzunluğu: 32.86 m
- Vintin diametri sahəsi: 35 m
- Pərlərin ümumi sahəsi: 962 m²
- Boş çəkisi: 27,100 kq
- Maksimal qalxma çəkisi: 43,700 kq
- Mühərrik: 2 × Soloviev D-25V turboşaft
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.