From Wikipedia, the free encyclopedia
Marafon (yun. Μαραθών[2] ή Μαραθώνας, q.yun. Μᾰρᾰθών) — Yunanıstanda qəsəbə. Dəniz səviyyəsi yüksəkliyi 33 metrdır,[3] Pendelikonun ətəyi, eyniadlı düzənlikdə, Afinadan 32 kilometr şimal-şərqdə yerləşir. Bura Attika periferiyasının Şərqi Attika periferiya vahidində yerləşən eyniadlı icmanın inzibati mərkəzidir. 2011-ci il əhalinin siyahıyaalınmasına görə əhalisi 7170 nəfərdir.[2]
Marafon şəhəri | |
---|---|
yun. Μαραθώνας | |
38°09′18″ şm. e. 23°57′49″ ş. u.HGYO | |
Ölkə | |
Periferiya | Attika |
Rayon | Şərqi Attika |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 44 m[1] |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +30 2294 |
Poçt indeksi | 190 07 |
Digər | |
marathon.gr | |
Vikianbarda əlaqəli mediafayllar |
Qədim Marafon şəhəri dörd şəhər birliyinin hissəsi idi; dem Leontis filasına məxsus idi. Pavsaniyə əsasən, şəhər Marafon adlı qəhrəmanın şərəfinə adlandırılmışdır.[4][5] Dikearxusa görə, Marafon Arkadiyadan olan Marafın şərəfinə adlandırılmışdır.[6] Miflərdə Marafon, Teseyin tutduğu marafon öküzü ilə tanınır.
Marafon ainalılar və plateyalıların fars orduları üzərindəki 12 sentyabr 490-cı il tarixindəki zəfəri ilə məşhurlaşmışdır.[7]
1896-cı ildə I Olimpiya Oyunlarının proqramına daxil olan ilk marafon yarışı Marafonda başladı.
Marafon cəmiyyəti səkkiz yaşayış məntəqəsini əhatə edir. 2011-ci il əhalinin siyahıyaalınmasına görə, əhali 12 849 nəfərə bərabərdir.[2] Sahə 97.062 km²-dır.[3]
Yaşayış məntəqəsi | Əhalisi (2011)[2], nəfər |
---|---|
Ayos-Pandeleimon | 1591 |
Ano-Sulion | 232 |
Avra | 191 |
Voton | 177 |
Vranas | 1082 |
Kato-Sulion | 2142 |
Marafon | 7170 |
Sxinyas | 264 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.