Remove ads
From Wikipedia, the free encyclopedia
Fila (q.yun. φυλή) — qədim Attikada icma. Daha sonra bu icmaların yaşadığı Attikanın ərazi vahidləri filalar adlanmağa başlandı. Ata-baba filaları adətən üç (dorilərdə dörd) fratriyaya bölünürdü. Fila kahin və hərbi bölmələrini (onlar da həmçinin fila adlanırdı) yaratdı. Bu hərbi bölmənin başında Filarx (φύλαρχος) dururdu.
Solon dövründə Afinada dörd fila var idi ki, onlardan 100 nəfər şəhər məclisinə nümayəndə kimi göndərilirdi. Miladdan əvvəl 508–507-ci illərdə Klisfen on yeni inzibati fila yaratdı və zadəgan nəsillərinin təsiri altında qalan köhnələrə yalnız dini funksiyaların yerinə yetirilməsini həvalə etdi. Yeni filalar tritiya (şəhər, sahil, dağlar) və demlərə bölünürdü. Hər yeni filanı şəhər məclisində (bule) 50 nəfər təmsil edirdi.
Filalar qəhrəmanların şərəfinə adlanırdılar. Eponim qəhrəmanlarına Afina aqorasında xüsusi monument ucaldılmışdır. Rəsmi sənədlərdə onlar müəyyən bir qaydada sadalanırdılar və ənənəvi olaraq Roma rəqəmləri ilə nömrələnirdilər.
Ardıcıllıq | Qəhrəman | Fila |
---|---|---|
I | Erextey | Erexteyidlər |
II | Egey | Egeydlər |
III | Pandion | Pandionlar |
IV | Leos (Orfeyin oğlu) | Leontidlər |
V | Akamant | Akamantlar |
VI | Oyney | Oyneyidlər |
VII | Kekrops | Kekropidlər |
VIII | Hippofoont | Hippofoontidlər |
IX | Ayaks | Eantidlər |
X | Antiox | Antioxidlər |
Ellinizm dövründə fila sayı 12-yə, Roma hökmranlığı dövründə isə 13-ə qaldırıldı.[1]
Şəhər dorilər filalarının üç xalqı dimanlar, gilleylər və pamfillər buraya köçəndən sonra yarandı.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.