bitki cinsi From Wikipedia, the free encyclopedia
Mandraqora (lat. Mandragora) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi.
Mandraqora | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Solanoideae Triba: Mandragoreae Cins: Mandraqora |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bitkinin kökləri insan fiqurunu xatırlatdığına görə qədim dövrlərdə ondan müxtəlif dini mərasimlərdə istifadə edirdilər. Bu səbədən bitkiyə "insan fiqurlu" adı verilib. Maraqlı qeydlərdən biri də bitkinin türkcə adının "adamotu" olmasıdır.
Pifaqor mandraqoranı daha "insanabənzər" bitki adlandırmışdı. Qədim Roma təsərrüfat bilicisi Lucius Columella isə onu "yarı insan" olaraq qeyd etmişdi. Böyük Plini bitkinin tünd rəngli olanının kişi, daha açıq rənglisinin isə qadın olduğunu yazmışdı. Onu qopartmaq qədimdə böyük fəlakətlərə işarə olduğundan Romada bu işi etməzdən əvvəl bitkinin ətrafında qılıncla 3 dəfə çevrə çəkib, qərbə baxıb sonra kəsərmişlər. Flavi Yozef özünün "Yəhudi müharibələri tarixi" kitabında qeyd edir ki, bu bitkini qopararkən təlim edilmiş itlərdən istifadə etmək lazımdır. Düzdür it bitkinin qopardıqdan sonra onun təsirindən öləcək, lakin daha sonra bu bitkidən və onun zəhərli təsirindən müharibələrdə istifadə ediləcək deyə bir itdən keçmək olar.
Bitkinin kökü insana bənzədiyindən və ölümlə uzlaşdırıldığından orta əsrlərdə onun dar ağacında asılan insanlardan tökülən yağdan yarandığı güman edilirdi.Bu səbəbdən orta əsr təsvirlərində bitki dar ağaclarının altında rəsm edilir.
Tərkibində 0.3% Hiosiamin və Skopolamin alkoloidləri olduğundan zəhərli bitki hesab olunur.Bununla yanaşı ağrıkəsici, yatışdırıcı və cinsi qüvvəni artıran təsirləri mövcuddur.Bitkinin bu xüsusiyyətləri səbəbindən qədim dövrlərdə sehrli gücə malik olduğu düşüncəsi formalaşmışdır.
Kökündən ayrılmış mandraqoranın
İnsanı sarsıdıb dəli etdiyi,
Naləsitək qorxunc iniltilərdən
Axı, necə dəli olmayacağam?
Seamless Wikipedia browsing. On steroids.