Azərbaycan yazıçısı, tərcüməçi From Wikipedia, the free encyclopedia
Məmmədrza Abdulla oğlu Afiyət Mərəndi (22 yanvar 1926, Qazax – 24 aprel 2011, Bakı) — Azərbaycan yazıçısı, jurnalist, tərcüməçi, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü və "Azərbaycan" qəzetinin redaktoru.
Məmmədrza Afiyət Mərəndi | |
---|---|
Doğum adı | Məmmədrza Abdulla oğlu Afiyət Mərəndi |
Doğum tarixi | |
Doğum yeri | Qazax rayonu |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Bakı |
Fəaliyyəti | yazıçı, tərcüməçi |
Məmmədrza Abdulla oğlu Afiyət 1926-cı il yanvarın 22-də Azərbaycanın Qazax rayonunda anadan olub.[1] 1932-ci ildə ailəsi ilə birlikdə Təbrizə köçüblər. Orta məktəbi Təbrizdə bitirib. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Bakıya qayıdıb.[2] Burada hərbi məktəbi daha sonra isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.[3] 30 ilə yaxın Azərbaycan Demokrat Firqəsinin mətbu orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsini icra edib.[2]
Jurnalistika ilə yanaşı yazıçılıqla da məşğul olub.[4] Bir müddət Mərənddə yaşadığı üçün özünə "Mərəndi" ləqəbini götürüb.[5] Azərbaycan Yazıçılar İttifaqının üzvü olub. Onun müxtəlif vaxtlarda "Səttərxan", "Ürəkdə işıq", "Atamı istəyirəm" adlı kitabları nəşr edilib. Səməd Behrənginin "Balaca qara balıq", "Çuğundur satan oğlan", "Məhəbbət nağılı" kimi hekəyləini fars dilindən Azərbaycan dilinə tərcümə edib.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.