Remove ads
From Wikipedia, the free encyclopedia
Əbül Mükərrəm Sultan Məhəmməd və ya Sultan Məhəmməd — Uzun Həsənin nəvəsi, Yusif Mirzənin oğlu, Əlvənd Mirzənin qardaşı.
Sultan Məhəmməd | |
---|---|
Məhəmməd Bayandur Yusif Oğlu | |
| |
1498 – 1499 | |
Əvvəlki | Gödək Əhməd |
Sonrakı | Sultan Murad |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Doğum yeri | Təbriz, Ağqoyunlu dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Kerman, Ağqoyunlu dövləti |
Atası | Yusif Mirzə |
Sultan Məhəmməd 1497-1500-ci illərdə Kerman və Fars əyalətlərində Ağqoyunlu hökmdarı kimi hakimiyyətdə olmuşdur. Tam adı Əbül Mükərrəm Məhəmməd Bayandur ibn Yusifdir.
Ağqoyunlu ailəsində doğulan Məhəmməd Uzun Həsənin oğul nəvəsi, Yusif Mirzənin birinci oğlu idi. Məhəmmədin doğumu və həyatının ilk dövrü barədə olan məlumatlar çox azdır. Məlumdur ki, o, 1497-ci ildə qohumlarının və imperiyanın yuxarı təbəqəsinin bir hissəsi ilə birlikdə özünü sultan elan etmiş qohumu Gödək Əhmədə qarşı üsyan başlatmışdır. Gödək Əhməd İsfahan döyüşündə məğlub edildikdən sonra isə Məhəmməd müttəfiqi olan qardaşı Əlvənd Mirzə ilə imperiyanı bölüşdürmüşdür. Bu döyüşdə Məhəmmədin qalib gəlməsində Eybə Sultanın da onu dəstəkləməsi və Gödək Əhmədin ordusundakı əmirlərin ona xəyanəti mühüm rol oynamışdı. Məhəmməd Fars, Sistan, Yəzd və Kermanda hakimiyyəti öz əlinə alarkən, yerdə qalan ərazilər də Əlvəndə verilmişdir.[1]
Lakin qardaşlar arasında da tezliklə münaqişə başlayır. 1498-ci ildə Məhəmməd Əlvəndə qarşı müharibəyə başlayır. Lakin məğlub olduğuna görə İsfahana qaçmağa məcbur edilir. 1499-cu ildə isə Məhəmməd Kermanda məskunlaşır. Lakin burada da qısa müddət sonra bir başqa qohumu Murad ibn Yaqub ilə münaqişəyə daxil olur. 1500-cü ildə o, Murad tərəfindən məğlub edilir və ölür.[2] [3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.