Məğlubedilməz armada
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Məğlubedilməz armada (isp. Armada Invencible) yaxud Möhtəşəm və şərəfli armada (isp. Grande y Felicísima Armada) — ingilis-ispan (1587-1604) müharibəsi zamanı, ispanlar tərəfindən toplanan (130 gəmidən ibarət) nəhəng hərbi donanma. Armadanın yürüşü 1588 ilin may-sentyabr aylarında, Alonso Peres de Qusman, Medina-Sidoniya hersoqunun komandanlığı altında baş tutub. Məğlubedilməz armada, Çarlz Hovardın komandanlığı altında, kiçik holland və ingilis gəmilərindən ibarət donanma tərəfindən, Qravelin döyüşü ilə bitən bir neçə toqquşmada yüngülcə şilküt edilib. Bu döyüşlərdə seçilən “Yelizavetanın piratları”ndan biri - Frensis Dreyk idi. Döyüş iki həftə davam etdi. Armada yenidən qruplaşa bilməyərək, döyüşdən vaz keçərək, şimala tərəf getdi, bununla belə ingilis donanması, İngiltərənin şərq sahili boyunca məsafə saxlayaraq onu izləməyə davam edirdi. Ispaniya qayıdış ağır idi: Armada şimali Atlantika ilə getdi, İrlandiyanın qərb sahili boyunca. Güclü boran və ştormlar nəticəsində gəmilər bu adanın şimal və qərb sahilinə çırpıldı. Ekspedisiyada 60 gəmi itirildi(onlardan ancaq yeddisi-döyüş itkisi idi)
Onilliklər boyu ingilis flibustyerləri ispan gəmilərini talayıb, dənizdə batırırdılar. Bundan başqa, ingilis kralıçası I Yelizaveta ispanlara qarşı holland üsyanını dəstəklədi. İspan kralı II Filipp katoliklərə onların protestantlarla mübarizəsində dəstək olmağı özünə borc bilirdi. Buna görə Yenilməz armadanın göyərtələrində 180 keşiş və ruhani da var idi. Hətta hər bir əskər və matros keşişin qarşısında tövbə və beyyət etməli idi. İspan kralının və onun təbəələrinin dini əhval-ruhiyəsi görkəmli yezuit Pedro de Ribadeneyranın sözlərində əks olunub: “Bizi, işini və müqqəddəs imanını qruduğumuz, Tanrının özü aparacaq, belə Kapitanla isə biz heç nədən qoxrmuruq”. İngilislər də öz növbələrində, İngiltərəyə dənizdən azad istifadə etmək imkanı aça biləcək və İspaniyanın Yeni Qitə ilə inhisarına son qoya biləcək, həlledici qələbəyə ümid edirdilər, eyni zamanda onlar protestant dünyagörüşün Avropada yayılmasını arzulayırdılar.
İspan kralı Armadaya, o vaxt İspaniyaya məxsus olan Hollandiyanın Flandriya əyalətində yerləşən, Parmalı hersoqun 30 minlik qoşunu ilə birləşmək üçün La Manşa yaxınlaşmağı əmr etdi. Bu birləşmiş qüvvələr La Manşı keçərək Esseks qraflığında yerə enməli və bundan sonra Londona marşla yürüş etməli idilər. Filip guman edirdi ki ingilis katolikləri öz protestant kraliçalarını tərk edib onun tərəfinə keçəcəklər. Ancaq ispanların planı sonacan düşünülməmiş və iki şərti nəzərə almamışdı: ingilis donanmasının gücünü və gəmiləri sahilə yan almağa və Parmalı hersoqun qoşunlarını bortlara almağa imkan verməyən dayazlığı. Armadaya İspaniyanın ən yaxşı admiralı hesab edilən, Santa-Kruzun markizi Alvaro de Bazan başçılıq etməli idi. O ideyanın müəllifi və ilk təşkilatçısı idi. Müasirlərin rəyinə görə əgər o doğrudan da donanmanı aparsaydı kampaniyanın nəticəsi başqa ola bilərdi. Lakin 1588 ilin fevralında 62 iki yaşlı don Alvaro ölür, onun yerinə isə Filip, Medina-Sidoniya hersoqu Alonso Peres de Qusmanı təyin edir. Hersoq dəniz işinə yaxşı bələb olmasa da təcrübəli kapitanlarla tez zamanda münasibət yarada bilən, yaxşı təşkilatçı idi. Birgə səylərlə onlar qüclü donanma yaratdılar, və onu lazımı olanla təchiz etdilər. Onlar dəqiqiliklə, çoxmillətli qoşunu birləşdirən, siqnallar sistemini və döyüş qaydasını tərtib etdilər.
Donanmanın tərkibinə 130 gəmi, 2 430 top, 30 500 adam, onlardan 18 973 əskər, 8500 matros, 2088 avar çəkən qul, 1389 zabit, zadəgan, keşiş və həkim daxil idi. Donanmanın əsas qüvvələri 6 eskadraya bölünmüşdü:"Portuqaliya"(Xuan de Rekaldo), “Hipuskoa”(Miqel de Okendo), “Andalusiya”(Pedro de Valdes),”Levant”(Martin de Bertendona). Armadaya həmçin daxil idi: 4 neapolitan qaleası -635 adam, 20 top, bir çox kəşfiyat və xəbər xidməti üçün yüngül gəmi(Antonio de Mendosa), təchizat və ehtiyat gəmiləri(Xuan Homes de Medina). Ərzaq ehtiyatı million qalet təşkil edirdi, 600 000 funt duzlu balıq və duzlu ət, 40 000 funt düyü, 300 000 funt pendir, 40 000 qallon zeytun yağı, 14 000 çəllək çaxır, 6000 kisə paxla. Sursat: 500 000 barıt doldurması, 124 000 top gülləsi.
29 may 1588 ildə Armada Lissabon limanından çıxdı. Ama ştorm onu, İspaniyanın şimal-qərbində yerləşən La Korunya limanına girməyə məcbur etdi. Orada ispanlar gəmilərini təmir etdilər və eytiyatlarını təzələdilər. Ehtiyatların çatışmazlığından və dənizçilərin arasında yayılan xəstəliklərdən ciddi narahat olan Medina –Sidoniya hersoqu krala məktubunda tədbirin uğurlu olmayacağı barədə öz şübhələrini açıq bildirdi. Lakin Filip admiralın plana uyğun hərəkət etməsinə təkid edirdi. Və budur, Lissabon limanından çıxmasından ancaq iki ay sonra, nəhəng və astagəl donanma La Manşa çatdı.
İspan donanması ingilis Plimut qraflığının cənub-qərbinə yaxınlaşanda onu artıq ingilis hərbi gəmiləri gözləyirdi. Tərəflərin ancaq konstruksiya ilə seçilən eyni sayda gəmiləri vardı. İspan donanması hündür bortlu çoxlu sayda az uzaqlığa atəş açan kiçik topları olan gəmilərdən ibarət idilər. Onlar, burunlarında və kormalarında ağır qullələri olan, abordaj döyüşünə uyğunlaşdırılan üzən qalalara bənzəyirdilər. İngilis gəmiləri daha alçaq və çevik idi. Bundan başqa onlar çox sayda uzaqvuran toplarla təchiz olunmuşdular. İngilislər düşmənə yaxınlaşmadan, onu uzaqdan məhv etməyi düşünürdülər.30 iyulda Armada ingilis sahilləri qarşısında idi və postlar ingilis komandanlığını xəbərdar etdilər. İlk toqquşma günorta 31 iyulda Plimut meridianında baş verdi. Lord-admiral öz şəxsi pinasını ispan donanmasının mərkəzinə, ispan flaqmanına çağırış etmək üçün, göndərdi. Ama ingilislər yanılaraq, Alonso de Levianın qaleonu La Pata Santa Mariya Encoronadanı flaqman sandılar. Buna baxmayaraq ilk atəş açılmışdı, və Medina Sidoniya, daha səhv buraxmamaq üçün San Martində admiral ştandartını qaldırdı. İngilis donanmasının manevr bacarığını və artelleriya gücünü nəzərə alaraq, ispan admiralı daha yaxşı müdafiə üçün, öz donanmasını, cinahlarda ən uzaqvuran topları olan ən güclü hərbi gəmilərini yerləşdirdiyi aypara şəklində düzdü. Bundan başqa, “yanğın- söndürən komanda” rolunu Rekaldenin komandanlığı altında ən yaxşı gəmilərdən ibarət “avanqarda” (faktiki olaraq aryerqarda) həvalə edərək, onu düşmənə daha yaxın yerləşdirdi. Düşmənin hansı tərəfədən yaxınlaşmasına baxmayaraq, bu dəstə ona qarşı çevrilib hucumu dəf edə bilərdi. Qalan donanmaya sıranı saxlamaq və qarşılıqlı yardımı itirməmək tapşırıldı.Öz manevrlik üstünlüyündən istifadə edən ingilislər, ən əvvəldən Armadaya qarşı küləkdən effektiv istifadə etməyi bacardılar. Özlərinə sərf edən mövqedən onlar istədikləri an hucum edir ya da hucumdan yayınırdılar. Qərb küləklərinin üstün olduğu şəraitdə, bu o demək idi ki onlar ispanları onların La Manş boyu hərəkətini izləyirdilər və onları hucumları ilə narahat edirdilər. Ancaq ispanların müdafiə qaydasını pozmaq uzun müddət mümkün olmurdu. Bütün La Manş boyu hər iki donanma atışırdı və bir neçə kiçik döyüş keçirdi. Plimutun ardınca avqustun 1 də Start –Poynt toqquşması, sonra 2 avqustda Portlend-bill və 3-4 avqustda Vayt adasında. İspanların tutduğu müdafiə mövqeyi özünü doğrultdu: ingilislər öz uzaqvuran topları ilə bir dənə də ispan gəmisini batıra bilmədilər. Lakin ciddi olaraq zədələnmiş Nuestra Senora del Rosario sıradan çıxdı və avqustun 1 də Dreyk tərəfindən tutuldu. Eyni hal ilə hərəkətsiz hala gətirilən San Salvador qarşılaşdı, ispanlar onu tərk etdilər, və avqustun 2 də onu Hokkinsin eskadrası tutdu. İngilis kapitanları, nəyin bahasına olursa olsun, düşmənin döyüş qaydasını pozmağı və ona atəş məsafəsinə qədər yaxınlaşmağı qərara aldılar. Onlar buna avqustun 7 də Kale də nail oldular. Medina-Sidoniya komandanlığın əmrlərindən yayınmadı və Armadanı Parmalı hersoqun və onun qoşunlarının görüşünə yolladı. Parmalı hersoqda cavab gözləyərək Medina-Sidoniya, donanmaya Fransa sahillərinin yaxınlığında Kaledə lövbər salmağı əmr etdi. Lövbər atmış ispan gəmilərinin müdafiəsiz vəziyətindən istifadə edən ingilislər Armadanın üzərinə partladıcı və yanacaqla dolu yandırılmış 8 brandera göndərdilər. İspan kapitanlarının əksəriyəti lövbərləri qırıb təhlükədən qaçmaq istəyirdilər. Sonra qüclü külək və axın onları şimala doğru apardı. Parmalı hersoqla görüş yerinə onlar artıq qayıda bilmədilər. Səhər açılanda həlledici döyüş baş verdi. İngilislər yaxın məsafədən ispan gəmilərini atəşə tuturdular. Ən azından üçü batırılmışdı, çoxusu isə zədələnmişdi. İspanların yetərincə sursatı olmadığından onlar düşmən qarşısında aciz qalmışdılar. Güclü ştorma görə ingilislər öz hucumlarını dayandırdılar. Ertəsi günün səhəri sursatı tükənmkdə olan Armada yenə aypara şəklində düzüldü və döyüşə hazırlaşdı. İngilislər atəş açmağa başlamamış, güclü külək və dəniz axını ispan gəmilərini Hollandiyanın Zellandiya əyalətinin qumlu sahillərinə tərəf aparmağa başladı. San ki fəlakət qaçılmaz idi. Lakin külək öz istiqamətini dəyişdi və Armadanı şimala təhlükəli sahillərdən uzağa aparmağa başladı. Geriyə Kaleyə yolu ingilis donanması kəsmişdi, küləklər isə zədəli ispan gəmilərini şimala aparırdı. Medina-Sidoniya hersoquna sağ qalmış insanları və gəmiləri xilas etmək üçün kampaniyaya son qoymaqdan başqa heç nə qalmırdı. O İspaniyaya dolayı yolla, Şotlandiya və İrlandiyanı şimaldan dövrə vuraraq qayıtmağa qərara gəldi.
Armadanın evə qayıdışı da asan olmadı. Təchizat və eytiyatlar tükənmişdi, çəlləklər axırdı, su çatmırdı. İngilislərlə döyüşlərdə bir çox gəmi ciddi zədələnmişdi və güclə suda qalırdılar. İrlandiyanın şimal-qərb sahillərində donanma iki həftəlik güclü ştorma düşdü, bu zaman bir çox gəmi itkin düşdü ya da qayalara çırpılaraq dağıldı. Nəticədə, sentyabrın 23 Armadanın ilk gəmiləri, uzun sürən sınaqlardan sonra İspaniyanın şimalındakı Santanderaya çatdılar. Geriyə (130gəmidən), ancaq 60 qayıtdı; insan itkisi kimi ekipajların 1/3 dən ¾ qədər i göstərilir. Minlərlə insan batdı. Çoxusu yaralardan və xəstəliklərdən həlak oldu. Hətta vətənə qayıdanlar üçün də sınaqlar bitmədi. “Yenilməz armadanın” məğlubiyəti kitabında deyilir ki, artıq İspan limanında lövbər salan “gəmilərin ekipajları hərfi mənanda, yemək çatışmazlığına görə, acından ölürdülər”. Həmin kitabda deyilir ki, İspan limanı olan Laredoda gəminin biri dayaz yerə ona görə oturdu ki, çünki “sağ qalmış dənizçilərin, yelkənləri endirməyə və lövbər salmağa taqəti qalmamışdır”.
İspaniya ağır itkilərə məruz qaldı. Lakin bu dərhal İspaniyanın dənizdə heqemoniyasının sonu olmadı: bütünlüklə 16 əsrin 90 illəri, sanki laxlamaqda olan mövqelərinin, İspaniya tərəfindən uğurlu müdafiəsi kimi səciyələnir. İngilislərin İspaniya sahillərinə “simmetrik cavab” kimi göndərdiyi “Ingilis Armadası"nın yürüşü,(1589) sarsıdıcı məğlubiyətlə nəticələndi, iki ildən sonra isə ispan donanması ingilis donanmasını Atlantik okeanda bir neçə dəfə məğlubiyətə uğratdı. Əlbəttə bu qələbələr Armadanın məğlubiyətinin yerini doldura bilməzdi. İspanlar Armadanın məğlubiyətindən dəsr çıxararaq, yöndəmsiz və ağır gəmilərdən, yüngül və uzaqvuran toplarla təchiz olunmuş gəmilərin xeyrinə, imtina etdilər. Buna baxmayaraq Armadanın uğursuzluğu İngiltərədə katolosizmin bərpasına və bununla sonuncunun bu və ya digər dərəcədə İspaniyanın xarici siyasət çevrəsinə cəlb olunacağna olan ümidləri birdəfəlik olaraq bastırdı. İngiltərə üçün Armadanın məğlubiyyəti sonrakı “dənizlər hakimi” statusuna birinci addım idi. Protestantlar bunu tanrının iradəsinin ifadəsi kimi qələmə verirdilər və bu eyni zamanda katolik Habsburqların Avropada olan ekspansiyasının sonunun başlanğıcı oldu.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.