Lyura Milli Parkı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Lyura Milli Parkı (alb. Parku Kombetar i Lurës) — Albaniyanın şimal-şərqində, Dibra bələdiyyəsində yerləşən milli park. Lyura Milli Parkının əsası 1966-cı ildə qoyulmuşdur. Milli park hündürlüyü 2.119 metr olan,[1] Lyura dağlarının ən hündür zirvəsi olan Kunora e Lyures dağının şərqindəki 1.280 hektar ərazini əhatə edir.
Lyura Milli Parkı | |
---|---|
alb. Parku Kombetar i Lurës | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 12,8 km2 ha |
Yaradılma tarixi | 1966 |
Göllər | Böyük göl, Şamlar gölü, Qara göl, Güllər gölü, Qarğa gölü |
Yerləşməsi | |
41°47′ şm. e. 20°11′ ş. u.HGYO | |
Ölkə | Albaniya |
Əyalət | Dibra qraflığı |
Rayon | Dibra bələdiyyəsi |
Yaxın şəhər | Peşkopiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
2014-cü ildə Albaniya hökuməti milli parkda yenidənqurma işləri aparmışdır: ağaclandırma, yol işləri, yeni nişanların qoyulması.[2][3] Kommunizmin düşüşündən sonra milli park leqal olmayan girişlər və meşə yanğınları səbəbilə böyük zərər görmüşdür. Parkda otellər və bir neçə mehmanxana fəaliyyət göstərir.
Lyura Milli Parkı Lyu dağlarının şərq yamacında yerləşir. Milli park Peşkopiya şəhərinin 25 kilometr şərqindədir, yaxınlığında Fuşa-Lyra və Sina e Eperm kəndləri yerləşir. Milli parkda nadir növlər yaşayır. Buzlaq mənşəli göllərin əmələ gətirdiyi kompleks Albaniya təbiətinin incilərindədir və milli parkın turizm baxımından ən görməli yeri hesab olunur. Buradakı 12 buzlaq mənşəli göl Vürm buzlaşma dövründə yaranmış və göllərin ümumi sahəsi 100 hektardır. Onlar Albaniyanın şimal-şərqində, Dibra qraflığında, 1.200-1.500 metr hündürlükdə yerləşir. Yayda Güllər gölündə çiçək açmış zanbaqlar heyranedici mənzərə yaradır.[4] Milli parkın sularında adi triton və daraqlı triton yaşayır. Qışda göllərin səthi buz bağlayır.
Milli parkda ən geniş yayılmış ağac növü fıstıq ağacıdır. Milli parkda fıstıq ağacları 900 və 1.000 metrdən 1.900 və 2.000 metrə qədər yüksəkliklərdə yayılmışdır. 1.600—1.700 metr hündürlükdə qara şam ağacı, qayalıq yamaclarda (1.700 —2.000 metr hündürlükdə) isə qırmızı şam ağacı geniş yayılıb. Meşələrdə nadir növlər yaşayır: Avroasiya qonur ayısı, adi vaşaq, Avroasiya canavarı, Avropa ağac dələsi, Avropa cüyürü, Qərb tetrası.
Milli parkın cənub hissəsində müxtəlif rəngli çəmənliklərdən ibarət çəmənliklər və Madyan sahəsi adı iynəyarpaqlı ağaclar var. Milli park ekoturizm, qış idman növləri, atçılıq və digər fəaliyyət imkanlarına malikdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.