Lvov

Ukraynanın qərbində şəhər From Wikipedia, the free encyclopedia

Lvovmap

Lvov (ukr. Львів) — Ukraynanın Lvov vilayətinin inzibati mərkəzi. Ölkənin milli-mədəni və elmi-təhsil mərkəzidir, həmçinin böyük sənaye mərkəzi və nəqliyyat qovşağıdır. Qalitsiyanın və Qərbi Ukraynanın paytaxtı hesab edilir. Lvovun sahəsi təxminən 180 km²-dir.

Cəld faktlar Ölkə, Tarixi və coğrafiyası ...
Lvov
Львів
Thumb
Thumb Thumb
Bayraq[d] Gerb[d]
49°50′33″ şm. e. 24°01′56″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1256
İlk məlumat 1256
Sahəsi
  • 182 km²
Mərkəzin hündürlüyü 296 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 717.273 nəf. (1 yanvar 2022)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +380 322
Poçt indeksi 79000–79490
Nəqliyyat kodu BC / 14
Digər
city-adm.lviv.ua
Xəritəni göstər/gizlə
Thumb
Lvov
Lvov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Adı

Rus mənbələrinə görə Lvov şəhərin adını knyaz Danilo Qalitski öz Lev adlı oğlunun şərəfinə qoyub[2]. Tarix boyu bu şəhər rəsmi olaraq adını dəyişməyib, lakin müxtəlif dillərədə bu şəhərin adı bu cür fərqlənir: ukr. Львів (Lviv), pol. Lwów, rus. Львов (Lvov), alm. Lemberg, idiş לעמבערג (Lemberq), türk. Lvovİlbav[3] krımtat. İlbav, kəraim. İlov[4] və s.

Tarixi

border=none Əsas məqalə: Lvov tarixi

Lvov XIII əsrin ortasında Rusiya çarı Daniil Romanoviç tərəfindən qurulmuşdur. Ən yayılmış versiyalardan birinə əsasən, öz adını şəhər Daniil Qalitskiydən almışdır, hansı ki, onu öz oğlu Levin şərəfinə adlandırmışdır.

Bütün öz tarixi boyunca Lvov heç vaxt adını dəyişməmişdir, ancaq el arasında, ona uyğun olaraq, ən müxtəlif epitetlər eşitmək olar: "Şir şəhəri" və ya "Şirlərin şəhəri", "Kral şəhəri", "Avropa tacının mirvarisi", "Şəhər-muzey", "Qaliçina paytaxtı", "kiçik Paris", "kiçik Vyana", "Ukrayna Pyemontu", "Banderştadt", "Ukraynanın mədəni paytaxtı" və sairə.

Təxminən 1272-ci ildə şəhər Qalisko-Volınski knyazlığının paytaxtı oldu. Orta əsrlər dövründə Lvov əhəmiyyətli ticarət mərkəzi idi.

Avstriya hökmranlığı dövründə Lvov Ukrayna və Polşa milli-azadlıq hərəkətlərinin mərkəzi oldu. Avstriya-Macarıstan dağıldıgdan sonar Lvov Qərbi Ukrayna Xalq Respublikasının paytaxtı oldu.

İkinci dünya müharibəsinə qədər şəhər Polşaya məxsus idi, lakin 1939-cu ildə Sovet İttifaqının və Almaniyanın arasındakı razılaşma nəticəsində (Molotovun — Ribbentropun paktı) Ukrayna SSR-ının tərkibinə daxil oldu.

Lvov 6 rayona bölünmüşdür, onlardan hər biri şəxsi idarə orqanlarına malikdir. Lvovun gözəl tarixi mərkəzinə gəldikdə isə, o YUNESKO-un Ümumdünya mirası siyahısına salınmışdır. Məhz Lvovda Ukraynada arxitekturanın böyük miqdarda abidəsi saxlanmışdır, bunun sayəsində, Lvov bütün dünyanın turistləri üçün çox cazibədardır. 2009-cu ildə şəhərə Ukraynanın Mədəni paytaxtı adı verilmişdir.

Lvovun arxitekturasında, hansı ki, demək olar ki XX əsrin müharibələri zamanı zərər çəkməmişdir, müxtəlif tarixi dövrlərin bir çox avropa stilləri və istiqamətləri əks edilmişdir. 1527-ci və 1556-cı illərdə şəhər iki böyük yanğına məruz qalmışdır və bundan sonar qotik Lvovun praktik olaraq izləri qalmamışdır. Amma renessans, barokko və klassisizm dövrləri şəhərin arxitekturasında yaxşı təqdim edilmişdir. Avstriya moderninin stili – sesessii – Lvov üçün tipikdir, Ukrayna və Berlin moderninin, həmçinin ar-deko və konstruktivizm stilində tikilmiş bir neçə ev var.

Lvov yalnız öz arxitekturası ilə məşhur deyil. Məsələn, Lvov dəmiryol magistralı Ukraynada ən qədimdir. Lvov vağzalına birinci qatar Vyenadan 4 noyabr 1861-ci ildə gəlmişdir. Bir az sonra, 1880-cı ildə, şəhərdə Ukraynada birinci atlı tramvay buraxılmışdır.

Təhsil

Lvov Ukraynanın ən əhəmiyyətli təhsil mərkəzlərindən biridir. Onda üç böyük universitet və bir çox kiçik ali məktəblər fəaliyyət göstərir. Şəhərdə yalnız Ukrayna Milli Elmlər akademiyasının 8 institutu, 40-dan çox elmi-tədqiqat və layihə-konstruktor institutu, 3 akademiya və 11 ali təhsil müəssisəsi, 3 universitet və 100-dən çox orta təhsil müəssisəsi işləyir.

Lvovun ali təhsil müəssisələri bunlardır:

  • "Lvov politexnik" milli universiteti
  • İvan Franko adına Lvov milli universiteti
  • Danila Qalitskiy adına Lvov milli tibbi universiteti
  • Ukrayna katolik universiteti
  • Ukrayna milli meşə təsərrüfatı universiteti
  • Lvov dövlət bədən tərbiyəsi universiteti
  • Lvov milli incəsənət akademiyası
  • N.V. Lısenko adına Lvov milli musiqi akademiyası
  • Ukrayna Mətduat akademiyası
  • Ukrayna Milli bankının Lvov bank institutu
  • Getman Pyotr Saqaydaçnıy adına quru qoşunlar akademiyası
  • Ukrayna Prezidenti yanında dövlət idarəçiliyi Milli akademiyasının dövlət idarəçiliyinin Lvov regional institutu
  • Lvov dövlət tibbi baytarlıq akademiyası
  • Lvov dövlət aqrar universiteti
  • Lvov dövlət maliyyə-iqtisadi institutu
  • Lvov dövlət daxili işlər universiteti
  • Lvov menencdment institutu
  • Lvov dövlət Həyat fəaliyyəti təhlükəsizliyi universiteti
  • Lvov ticarət akademiyası
  • Ak. V. Lazaryan adına Dneprepetrovsk milli dəmiryol nəqliyyatı universitetinin Lvov fakültəsi.
  • Ukrayna dövlət idarəçiliyi akademiyasının Lvov filialı
  • Sahibkarlıq və perspektivli texnologiyalar institutu
  • Biznes və hüquq texnologiyası institutu
  • Ukrayna dizayn akademiyası
  • Lvov ali dini seminariya
  • Kosmik tədqiqatlar institutunun Lvov mərkəzi (KTİ LM)

Lvovu öz mədəni həyatı ilə də məşhurdur. Şəhərin birinci peşəkar teatrı uzaq 1795-ci ildə açılmışdır. 1842-ci ildə Lvovda Skarbek Teatrı açılmışdır, hansı ki, o zaman böyüklüyünə görə Avropada üçüncü idi. 1900-cü ildə Lvovun qüruru – Lvov operası, teatr açıldı, hansı ki, indiyə qədər ölkənin ən gözəl teatrlarından biri olaraq qalır. Şəhərdə ümumilikdə 7 peşəkar teatr, 6 teatr-studiya və sirk fəaliyyət göstərir.

Hər il Lvovda iki teatr festivalı - “Zolotoy lev” ("Qızıl şir") – ölkənin ən böyük teatr festivalı və “Lectnitsa” ("Pilləkən") – gənc həvəskar teatr festivalı keçirilir. Hər oktyabrda isə şəhərdə səhnələşdirilmiş karnaval keçirilir.

Din şəhərin həyatında və tarixində böyük rol oynayır. Lvovda çox dünya dinlərinin kilsələri təqdim edilmişdir. Şəhərdə roma-katolik və Ukrayna qreko-katolik kilsələrinin idarəetmə mərkəzi yerləşir. Şəhərin əhalisi mürəkkəb dini struktura malikdir. Həmçinin Moskva patriarxatının Ukrayna pravoslav kilsəsinin, erməni apostol kilsələrinin, ortodoksal və reformist yəhudilərin, hasidlərin və bir çox protestant kilsələrinin dini təşkilatları var.

Lvov dünyada daim iki kardinalı olan yeganə şəhərdir: Svyatoslav Şevçuk (UQKK) və Maryan Yavorskiy (RKK).

Əhalisi

Əhalinin sayına görə Lvov Ukraynada yeddinci yerdədir. 2012-ci ilin məlumatına görə şəhərdə 757 795 insan yaşayır. Şəhər əhalisinin 85%-i qadınlardan ibarətdir[5].

Qardaş şəhərlər

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.