Remove ads
From Wikipedia, the free encyclopedia
Lev Davidoviç Trotski (rus. Лев Дави́дович Тро́цкий, əsl soyadı Bronşteyn; 26 oktyabr (7 noyabr) 1879[2][3], Bereslavka[d], Xerson quberniyası, Rusiya imperiyası[2] – 21 avqust 1940[4][2][…], Koyoakan[d]) — Marksist inqilabçı və nəzəriyyəçi, Sovet siyasi xadimi, Qırmızı ordu qurucusu və ilk rəhbəri, trotskizm nəzəriyyəsinin banisi.
Lev Trotski | |
---|---|
rus. Лев Давидович Троцкий | |
8 oktyabr 1917 – 8 noyabr 1918 | |
Əvvəlki | Nikolay Semyonoviç Çxeidze |
Sonrakı | Qriqori Yevseyviç Zinovyev |
8 noyabr 1918 – 13 mart 1918 | |
Əvvəlki | vəzifə;Rusiya respublikasının xarici işlər naziri kimi Tereşenko Mixail İvanoviç |
Sonrakı | Georgi Vasili Çiçerin |
6 sentyabr 1918 – 26 yanvar 1925 | |
Əvvəlki | vəzifə təsis edilmişdir |
Sonrakı | Mixail Vasilyeviç Frunze |
12 noyabr, 1923 – 26 yanvar, 1925 | |
Əvvəlki | vəzifə təsis edilmişdir |
Sonrakı | Mixail Vasilyeviç Frunze |
RSFSR-ın hərbi işləri üzrə xalq komissarı | |
14 mart 1918 – 12 noyabr 1923 | |
Əvvəlki | N.İ.Podvoyski |
Sonrakı | vəzifə ləğv edildi |
Şəxsi məlumatlar | |
Doğum adı | Лейб Давидович Бронштейн[1] |
Doğum tarixi | 26 oktyabr (7 noyabr) 1879[2][3] |
Doğum yeri |
|
Vəfat tarixi | 21 avqust 1940[4][2][…] (60 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | beyin qansızması[d] |
Partiya |
Rusiya sosial-demokrat işçi partiyası (bolşeviklər), Rusiya kommunist partiyası, İsveçrənin sosial-demokrat partiyası |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat, avtobioqraf[d], filosof, inqilabçı, hərbi qulluqçu, tarixçi, jurnalist, yazıçı |
Atası | David Leonti Bronşteyn |
Anası | Anna Lvovna Bronşteyn |
Həyat yoldaşı | Sokolovskaya Aleksandra |
Uşaqları |
oğlanları: Sedov Lev Nevelson Nina |
Dini | Ateist |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Qızıl Ordu |
Döyüşlər | |
Rütbəsi | general |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Trotski əvvəlcə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Menşevik İnternasionalist qanadını dəstəkləyirdi. O 1917-ci il Oktyabr İnqilabı baş verməmiş, tez bir zamanda Bolşeviklərə qoşulmuş və nəhayət Rusiya Sosial Demokrat Fəhlə (bolşeviklər) Partiyasında lider olmuşdur. RSFSR-in və SSRİ-nin ilk illərində o, Xarici İşlər üzrə Xalq Komissarı kimi və sonra Hərbi Dəniz İşləri üzrə Xalq Komissarı rütbəsi ilə Qırmızı Ordunun yaradıcısı və komandanı kimi xidmət etmişdir. 1920-ci illərdə Stalinin siyasəti və yüksəlişinə qarşı və Sovet İttifaqında bürokratiyanın artan roluna qarşı apardığı uğursuz mübarizədən sonra, Trotski hakimiyyətdən kənarlaşdırılmış (Oktyabr 1927), Kommunist Partiyasından xaric edilmiş (Noyabr 1927) və sonda, 1929-cu ildə Sovet İttifaqından sürgün olunmuşdur. Meksikada sürgündə olarkən, Trotski, IV İnternasionalın başçısı kimi, Sovet İttifaqındakı Stalin bürokratiyasına qarşı çıxmağa davam etmişdir. Avropa faşizminə qarşı Qırmızı Ordunun müdaxiləsinin ilk təbliğatçısı, Trostski, Stalinin Hitlerlə imzaladığı "qarşılıqlı toxunulmazlıq paktı"na qarşı çıxmışdır. 1940-cı ilin avqustunda Stalinin əmrilə Meksikada ispaniyalı Sovet agenti Ramon Merkader (Ramón Mercader) tərəfindən qətlə yetirilmişdir. Onun SSRİ-də qalan ailə üzvlərinin əksəriyyəti həbs olunmuş və edam edilmişdir.
Lev Trotski, Lev Davidoviç Bronşteyn (rusca: Лев Давидович Бронштейн) 7 noyabr 1879-cu ildə, Rusiya İmperiyasinın (indiki Bereslavka (Береславка; 47°53′34″N 32°17′25″E) Bobrinets rayonu, Kirovoqrad oblastı, Ukrayna) Xerson quberniyasında, Yanovka (rusca: Яновка), yaxud Yanivka (ukraincə: Янівка) kəndində anadan olmuşdur. Yəhudi ata, David Leontyeviç Baronşteyn (1847–1922) ana Anna Baronşteynin (1850–1910) səkkiz uşağından beşincisi idi. Ailə yəhudi olsa da, deyilənlərə görə, dindar deyildi. Ailədə adətən Rus və Ukrayna dilləri istifadə olunmuşdur. Evdə işlədilən dil, Surjik kimi tanınan Rus və Ukrain dillərinin qarışığı idi. Trotskinin kiçik bacısı, Olqa, qabaqcıl Bolşevik, Lev Kamenevlə evlənmişdi.
9 yaşlı Lyova, Odessada Müqəddəs Pavel məktəbində oxumağa göndərilir. Trotski bioqrafiyasının müəllifi İsaac Deutscher (İzak Döytçer) yazır ki, Odessa o zamanki Rusiyanın bir çox şəhərindən fərqli olaraq, kozmopolit liman şəhəri idi. Bu mühit gənc oğlanın beynəlmiləlçi dünyagörüşünün inkişafına kömək etmişdir. 1889–1895 ci illər arasında oxuduğu Odessa şəhərində Trotski "Matezis" tipoqrafiya və elmi nəşriyyatın sahibləri Moissey Filipoviç Şpeçner və Fanni Solomonovnanın ailəsində yaşamışdır.
Odessadaki məktəbdən qovulan Trotski, təhsilini davam etdirmək üçün gəldiyi Nikolayev şəhərində inqilabçı fəaliyyətinə başlayır. İlk başda narodniklərə (inqilabçı populistlər) qoşulur. Daha sonra isə əvvəllər qarşısında olduğu Marksizm ideologiyasını mənimsəyir. Fizika-riyaziyyat fakultəsinə qəbul olunur ancaq bu təhsilini elə başlanğıcda buraxır. 1897-ci ilin başlanğıcında Cənub-Rus İşçiləri Birliyini (Южно́-ру́ccкий рабо́чий сою́з) qurmağa kömək edir. Lyova ləqəbini istifadə edərək siyasi vərəqələr, pamfletlər yazıb çap edir və sənayə işçiləri və inqilabçı tələbələr arasında yayır.
1896-cı ildən sosial-demokrat hərəkatına qoşulmuşdur. 1904-cü ildən bolşevik və menşeviklər birliyi fraksiyasında iştirak etmiş, 1905–1907-ci illərdə Petroqradda faktiki olaraq fəhlə deputatlar sovetinin lideri olmuşdur. Həmçinin peşəkar natiq olaraq təsiredici nitqi ilə seçilirdi. Həmin illərdə "İzvestiya" qəzetinin, 1908–1912-ci illərdə isə "Pravda" qəzetinin redaktoru olmuşdur. 1912-ci ildə bolşeviklər "Pravda" adlı yeni qəzet nəşrinə başladılar, bu böyük mübahisələrə səbəb oldu.
Oktyabr inqilabında sonra 1917–1918-ci illərdə sovet dövlətinin xarici məsələlərinə, 1918–1925-ci illərdə isə hərbi məsələlərinə başçılıq etmişdir. "Qızıl Ordu"nun yaradıcılarından biridir.
Trotskinin Stalinlə hakimiyyət uğrunda mübarizəsi 1924-cü ildə onun məğlubiyyəti ilə nəticələndi, 1927-ci ildə partiyadan çıxarılaraq Alma-Ataya göndərildi. 1929-cu ildə isə SSRİ-dən xaric edildi və Sovet vətəndaşlığı əlindən alındı.
Lakin Trotski, SSRİ-dən kənarda olsa belə Stalinə, qarşı fəaliyyətini davam etdirirdi və Stalinin əmrilə baş tutmuş əvvəlki bir neçə uğursuz cəhddən sonra 20 avqust 1940-cı ildə ispan mənşəli NKVD agenti Ramon Merkader tərəfindən Meksikada, yaşadığı mənzildə buz baltası ilə ağır yaralandı və növbəti gün vəfat etdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.