Remove ads
SSRİ kinorejissoru, ssenarist, aktyor (1923-1993) From Wikipedia, the free encyclopedia
Leonid İoviç Qayday (rus. Леонид Иович Гайдай; 30 yanvar 1923[1], Svobodnıy (şəhər) – 19 noyabr 1993[1], Moskva) — sovet kinorejissoru, ssenaristi və aktyoru, SSRİ xalq artisti (1989), İkinci Dünya müharibəsinin iştirakçısı.
Leonid Qayday | |
---|---|
rus. Леонид Иович Гайдай | |
Doğum adı | Леонид Иович Гайдай |
Doğum tarixi | |
Doğum yeri | Amur vilayəti, SSRİ |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Vəfat səbəbi | ağciyər arteriyasının tromboembolizmi |
Dəfn yeri | |
Həyat yoldaşı | Nina Qrebeşkova |
Fəaliyyəti | rejissor, ssenarist, aktyor |
Fəaliyyət illəri | 1956–1992 |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0301145 |
leonid-gaidai.ru/index.p… | |
Vikianbarda əlaqəli mediafayllar |
Leonid Qayday 1923-cü ildə Amur vilayətində anadan olmuşdur. Onun atası İov İsidoroviç Qayday (1886–1965) dəmiryolunda çalışmışdır[2]. Leonidgil ailədə üç uşaq idilər; ondan başqa qardaşı Aleksandr və bacısı Avqust da var idi. Leonid Qayday ilk təhsilini İrkutskda yerləşən dəmiryol məktəbində almışdır.
Daha sonra o, İkinci Dünya müharibəsində iştirak edir. Müharibədə yaralanan Leonid orduya yararsız hesab olunur. 1947-ci ildə o, İrkutsk vilayətinin dram teatrının teatr studiyasında təhsil alır, işıqçı və aktyor kimi çalışmağa başlayır.
1949–1955-ci illdərdə rejissorluq fakültəsində təhsilini davam etdirmişdir. Filmlərinin ssenarisini demək olar ki, həmişə Qayday özü yazırdı. Bu filmlərdəki bir çox frazalar xalqın dilində zərb-məsələ çevrilmişdi. Onun "Brilyant əl" kinokomediyası prokatda birinci yer tutmuşdur. 1970-ci illərdə daha çox rus klassiklərinin (İlf, Petrov, Bulqakov, Qoqol) əsərlərini ekranlaşdıran Qayday 1981–1988-ci illərdə "Fitil" kinojurnalı üçün müxtəlif maraqlı süjetlər çəkir.
L. İ. Qayday Nina Qrebeşkova ilə ailə həyatı qurmuşdu.
Leonid İoviç Qayday 19 noyabr 1993-cü ildə Moskvada vəfat etmişdir.
İl | Film | Afişa | ||||
---|---|---|---|---|---|---|
Rejissor | Ssenarist | Aktyor | Rol | |||
1955 | Lyana | Alyoşa | ||||
1956 | Uzun yol | |||||
1958 | Külək | Naumenko | ||||
1958 | O dünyadan gəlmiş adaxlı (qısametrajlı) | |||||
1960 | Üçqat dirilən | ixtiraçı | ||||
1961 | Köpək Barbos və qeyri-adi qaçış (qısametrajlı) | |||||
1961 | Araq çəkənlər (qısametrajlı) | |||||
1962 | İşgüzar adamlar | |||||
1965 | "I" əməliyyatı və Şurikin digər macəraları | |||||
1966 | Qafqaz əsiri və ya Şurikin yeni macəraları | |||||
1968 | Brilyant əl | sərxoş | ||||
1971 | 12 stul | Vorfolomey Korobeynikov | ||||
1973 | İvan Vasilyeviç peşəsini dəyişir | |||||
1975 | Ola bilməz! | |||||
1977 | Peterburqdan anonim adam | |||||
1977 | Risk — alicənab işdir | |||||
1978 | Küçələrdə komod sürən | Bədii rəhbər | ||||
1980 | Kibrit ardınca | |||||
1982 | İdman lotosu-82 | |||||
1985 | Həyat üçün təhlükəlidir! | |||||
1989 | Xüsusi xəfiyyə və ya "Kooperasiya" əməliyyatı | |||||
1992 | Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır | Kazinodakı axmaq oyunçu[3] |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.