From Wikipedia, the free encyclopedia
"12 stul" (rus. 12 стульев) — rejissor Leonid Qaydayın filmi.
12 stul | |
---|---|
rus. 12 стульев | |
Janr | roman ekranlaşdırması[d], komediya filmi |
Rejissor | |
Ssenari müəllifləri |
|
Baş rollarda |
|
Bəstəkar | |
İstehsalçı | Mosfilm |
İlk baxış tarixi | 1971 |
Müddət | 152 dəq. |
Ölkə | |
Dil | rus dili |
Rəng | rəngli |
IMDb | ID0065670 |
İnqilab zamanı bir çox insanlar öz dəyərli cavahiratlarını etibarlı yerlərdə gizlətmişlər. Keçmiş dvoryan başçısı indiki (1927) kargüzar İppolit Matfeyeviç Vorobyaninov bir qoca qadının ölümündən xəbər tutur. Məsələ burasındadır ki, həmin qadın 150 min qızıl rubl dəyərində brilyant və mirvarilərini vaxtilə məşhur ustad Hambsın qonaq otağındakı 12 stuldan birinin içində gizlətmişdi. Vorobyaninov bütün işlərini bir kənara qoyaraq stulları axtarmaq qərarına gəlir. O, köhnə şəhərə – keçmiş dostu dalandar Tixonun yanına gedir. Vorobyaninov orada təsadüfən böyük kambinasiyaçı və gənc fırıldaqçı Ostap Benderlə qarşılaşır. Onlar pulun 40 faizinə ortaq olmağa razılıq verirlər. Lakin Fyodorun bu söhbətə gizlincə qulaq asmağı onu da bu işdən xəbərdar edir. Tezliklə xəbər gəlir ki, bütün 12 stul hamısı birdən hərraca qoyulub. Lakin Vorobyaninov hərraca bir az qalmış bütün pulları restoranda xərcləyir. Çətinliklə qarşılaşan hərislər indi stulları və cavahiratı tapmaq üçün başqa yollar fikirləşməlidirlər. Xəzinənin sonda kimə qismət olacağı filmin sonuna qədər tamaşaçıları intizarda saxlayır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.