Naxçıvan xanı From Wikipedia, the free encyclopedia
Kəlbəli xan Kəngərli (Naxçıvan – 1820, Naxçıvan) — 25 il müddətinə fasilələrlə Naxçıvan xanlığının xanı olmuşdur.[1] O, daha çox xanlıq uğrunda əmisinin oğlu Abbasqulu xan Kəngərli ilə apardığı mübarizəyə görə tanınmışdır.
Kəlbəli xan Kəngərli | |
---|---|
fars. کلبعلی خان کنگرلو | |
1787 – 1796 (1797) | |
Əvvəlki | Abbasqulu xan Kəngərli |
Sonrakı | Abbasqulu xan Kəngərli |
Naxçıvan xanı (2-ci dəfə) | |
1801 – 1804 | |
Əvvəlki | Abbasqulu xan |
Sonrakı | Abbasqulu xan |
Naxçıvan xanı (3-cü dəfə) | |
1804 – 1807 | |
Əvvəlki | Abbasqulu xan |
Sonrakı | Abbasqulu xan |
Naxçıvan xanı (4-cü dəfə) | |
1808 – 1808 | |
Əvvəlki | Abbasqulu xan |
Sonrakı | Kərim xan Kəngərli |
Naxçıvan xanı (5-ci dəfə) | |
1809 – 1810 | |
Əvvəlki | Kərim xan Kəngərli |
Sonrakı | Abbasqulu xan |
Naxçıvan xanı (6-cı dəfə) | |
1812 – 1817/1820 | |
Əvvəlki | Abbasqulu xan |
Sonrakı | Ehsan xan Kəngərli |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | 1820 |
Vəfat yeri | |
Atası | Ehsan xan Kəngərli |
Uşaqları | |
Dini | şiəlik |
Kəlbəli xan Kəngərli Ağa Məhəmməd şah Qacarın əmri ilə kor edilmişdi.[2][3] Bu da onun ailəsində Qacar şahları ailəsinə qarşı nifrət hissinin formalaşması ilə nəticələnmişdi. Bunnu nəticəsi idi ki, Kəlbəli xanın oğlu Ehsan xan Kəngərli qardaşı Şeyxəli bəy Kəngərli ilə birlikdə Qacarlara qarşı Rusiya imperiyasını dəstəkləmiş, iki imperiya arasındakı iki müharibə zamanı ruslara önəmli xidmət göstərmişdilər.[4]
Doğrum tarixi bəlli olmasa da, Naxçıvanda dünyaya gəldiyi bəllidir. O, Ehsan xan Kəngərlinin oğludur. Doğrum tarixi bəlli olmasa da, Naxçıvanda dünyaya gəldiyi bəllidir. O, Ehsan xan Kəngərlinin oğludur. O, 1787-ci ildən 1809-cu ilə qədər fasiləsiz olaraq Naxçıvanın xanı olmuşdur.[5] Nadir şah Əfşarın ölümündən sonra Kəlbəli xanın Kəngərli tayfasına mənsub olan ailəsi Naxçıvanda nəzarəti ələ keçirmişdi. Onun atası olan Heydərqulu xan Kəngərli burada hakimiyyəti ələ keçirən şəxs idi.[6] Kəngərli eli Səfəvi imperiyasının yaranmasında və yaşamasında mühüm rol oynayan Ustaclı tayfasının bir hissəsi idilər və birlikdə Qızılbaş tayfa konfederasiyasına məxsus idilər.[7]
1787-ci ildə Rusiya imperiyası ilə Kartlı-Kaxeti çarlığı arasında Georgiyevsk sazişinin imzalanmasından sonra Kəlbəli xan Rusiya ilə əlaqə qurmağa çalışdı. Onun bu addımı Qacar şahı Ağa Məhəmməf şah Qacarın qəzəblənməsinə səbəb oldu və Kəlbəli xan ələ keçirilib 1796-cı ildə Tehrana aparıldı. O, burada kor edildi.[8] İrəvan xanı Məhəmməd xan Qacar da eyni addımı atmağa çalışsa da, onun Qacar soyuna mənsub olması kəlbəli xanın aqibətini yaşamqdan xilas etdi. Məhəmməd xan Qacar sadəcə ev həbsinə atılmaqla canını qurtara bildi.[9] 1797-ci ildə Ağa Məhəmməd şah Qacar öldürüldü və Kəlbəli xan bundan sonra Naxçıvana geri döndü. Ağa Məhəmməd şahın varisi Fətəli şah Qacar onu yenidən Naxçıvan xanı təyin etmişdi.[5] Bunun qarşılığında Kəlbəli xan özünün rəhbəri olduğu Kəngərli tayfasından toplanan süvarilərlə Fətəli şahın ordusunu təmin etməyə başladı. 1809-cu ildə Qacarların vəliəhdi Abbas Mirzə Naxçıvanı ilhaq etdi və Kəlbəli xanı İrəvana göndərdi. Naxçıvanda isə Kəlbəli xanın oğlanları olan Nəzərəli bəy və Abbasqulu ağa isə Abbas Mirzənin müavinləri təyin edildilər.[5]
Kəlbəli xan Kəngərli tayfasına məxsus. idi və soyu Naxçıvanın ilk xanı olan Heydərqulu xan Kəngərliyə gedib çıxırdı.[6] O, 1787-1796-cı illərdə xanlığı tamamilə müstəqil şəkildə idarə etmiş, digər vaxtlarda isə Qacar şahlarından vassal asılılığında olmuşdur. Lakin o, bu vassal asılılığı zamanı da şahın sözlərinə qulaq asmamağa çalışmış, xanlığı özü bildiyi kimi idarə etmə meyilləri göstərmiş, buna görə də 1807-1812-ci illərdə fasilələrlə ikinci dəfə Tehranda həbsdə saxlanılmışdır.
O, ilk dəfə 1796-1797-ci illərdə ilk dəfə Ağa Məhəmməd şah Qacar tərəfindən həbs edilmiş, gözləri isə oyularaq kor edilmişdi. Ağa Məhəmməd şah Qacar xanlara məktub yazaraq onlardan girov göndərmələrini istəyəndə, Kəlbəli xan əmisinin oğlu Ababsqulu xan Kəngərlini onun yanına girov və ya əmanət kimi göndərdi. Tiflisi yandıraraq geri dönən Ağa Məhəmməd şah Qacar Kəlbəli xanı yanına çağırdı. Kəlbəli xan onun yanına getdikdən sonra o, kor edildi və həbsə atıdlı. Onun yerinə Ababsqulu xan Naxçıvan xanı təyin edildi. Lakin 1812-ci ildə Qacar şahı Fətəli şah Qacarın oğlu Abbas Mirzə Qacar Abbasqulu xan Kəngərlinin xidmətlərindən narazı qalaraq onu xanlıqdan çıxardı və Tehranda edam etdirdi.[10][11]
Naxçıvan xanlığına təyin etmək üçün başqa namizəd tapa bilməyən Abbas Mirzə məcbur Kəlbəli xanı yenidən xanlığa təyin edərək onu tamamilə tabe şəkildə xidmət etməyə məcbur etdi.[6] 1816-cı ildə general Yermelov[12] və diplomat Aleksandr Qriboyedov xanın sarayını ziyarət edərək öz düşüncələrini Kəlbəli xanla paylaşdılar. Onlar Kəlbəli xanın Qacar şahlarından və ölkəsindən narazı olduqlarını hiss etmişdilər. Yermelov Qacar sarayına olan səfəri zamanı Kəlbəli xanın sarayında iki dəfə qonaq kimi qaldı.[lower-alpha 1][lower-alpha 2]
1797-1801-ci illərdə İrəvanda yaşayan Kəlbəli xan Kəngərli İrəvan xanlığının hökmdarı Məhəmməd xan üzərində nüfuz qazanmış, eyni zamanda da xanlığın idarə edilməsində söz sahiblərindən birinə çevrilmişdi. Bu arada Naxçıvan xanı öz hərəkətlərinin qanuniliyini daha israrla təsdiq etməyə çalışırdı. 26 may 1802-ci ildə Kəlbəli xan bölgədəki rus komandanlarından biri olan Knorrinqə məktubla müraciət etdi. Məktubda onun Rusiya imperiyası ilə probleminin olmadığını, lakin Osmanlı imperiyasının Qars paşası Mehmet Paşa ilə düşmən olduğunu, bu düşmənliyin də səbəbinin paşanın onun düşmənləri ilə dostluq etdiyini bildirmişdi. Mehmet Paşanın düşmən kimi təqdim edilməsinə baxmayaraq, buna qədər o, sultandan Kəlbəli xanın bağışlanmasını istəmişdi. Buna təşəkkür etmək üçün də o, kürd tayfalarının rəhbəri Kəlbəli ağa ilə birlikdə Qacar şahına tabe olan Xoy xanlığının torpaqlarını yağmalamışdılar. Şah Kəlbəli ağanı cəzalandırmaq qərarına gəldiyi zaman isə o, Qars paşasına sığınmış, paşa da öz növbəsində onu Qacar şahına təhvil verməkdən imtina etmişdi. İndi Kəlbəli xan Qars paşasını cəzalandırmaq istəyirdi, lakin bu zaman o, elə bir cəza verməli idi ki, bu həm şah, həm də sultan üçün məqbul olsun.[15][16]
Hər bir halda, 1802-ci ilin iyulunda Qars paşasının üstünə gedən Kələli xanın ordusunun qarşısına həm də Gürcüstana yerləşdirilən rus ordusu çıxdı. Rus ordusunun yardımı ilə Kəlbəli xan məğlub edildi.[17]
4 iyul 1802-ci ildə Aseyev Nebolsinə məruzə etmişdi ki, "Naxçıvanlı Kəlbəli xan xeyli sayda ordu ilə Mehriyə gedən yolu ələ keçirmiş və beləliklə də, polkovnik Kortlayerevskiyə gedən yol qapadılmışdır". Bütün bunların nəticəsində Aseyev Nebolsindən Parfenovun taborunun gücləndirilməsini istəyirdi, beləliklə də Kortlayerevskiyə yardım göndərmək mümkün ola bilərdi.[18] Eyni zamanda Aseyev xəbərdarlıq edirdi ki, əgər Kəlbəli xanın kiçik də olsa uğur qazanacağı halda, bu Qarabağ camaatının itaətsizliyi ilə nəticələnəcəkdi.[19]
6 fevral 1803-cü ildə Sisisanov Abbasqulu xana Kəlbəli xan barədə bunları yazmışdı:[20]
“Nəhayət, deməliyəm ki, keçən il məni belə özüçdən çıxaran Kəlbəli xan mənim əlimdə olmalıdır və hətta indi də demək olar gözləmək olar ki, o, sizin əlahəzrətinizin mənfəətinə zərər vurmaq üçün hiylələrindən əl çəkməyəcək. bunun üçün hər hansı bir vasitə görürsünüz, xahiş edirəm bu barədə mənə məlumat verin”.
Abbasqulu xan bu məktuba bunları cavab vermişdi:[21]
Kəlbəli xana gəlincə, o, onun kim olduğunu və nə edə biləcəyini söyləmək üçün belə adının sizin tərəfinizdən çəkilməsinə layiq deyil. Allah qoysa, sizin ağalığınıza göndəriləcəkdir.
Beləliklə, Abbasqulu xan əlindəki Kəlbəli xanı Sisianova təhvil verməyi gecikdirir və bunun qarşılığında imperial məktub formasında əlavə təminatlar tələb edirdi:[22]
...O ki qaldı zatialinizi gec narahat etməkdə ləngliyimə, bunun səbəbi o idi ki, Baba xan[lower-alpha 3] axmaq və anlaşılmaz bir insan olduğundan, onun əlində olan əmanətlərdən kimisə azad edəcəyinə inanırdım...İndi sizdən xahiş edirəm ki, mənə bir yaxşılıq edib öz adamınız vasitəsiylə mənim Naxçıvan xanlığına qəbulum barədə məktub, təlimatlatlar və xələt göndərəsiniz...və həmçinin mayora tez mənim yanıma gəlməsini və mənimlə Naxçıvana getməsini əmr edin.
Sisianov Kəlbəli xana yazmışdı:[23]
…Ali məqamınızdan xahiş edirəm ki, sizdən asılı olan bütün imkanlardan istifadə edərək Ümumrusiya əlahəzrət imperatoru və ali sultanın razılığına əsasən, Ararat patriarxı Daniel katalikosun öz vəzifəsinə qaytarılması üçün kömək edəsiniz. Mənə gəlib çatan xəbərə görə inanıram ki, sizin katalikos Danelin geri qaytarılması üçün imkanlarınız var.
Xan baş komandan knyaz Sisianova yazırdı:[23]
...Beləliklə, iranlılardan məni rədd etdilər, hətta onlar tanrı olsalar belə, mən onlara səcdə etməzdim, çünki mən onları tanıyıram və onlara çox qulluq etmişəm, lakin onlar mənim xidmətimə görə məni gözlərimdən məhrum etdilər və əgər bilsəydim ki, onlar regiondan heç vaxt Zubovun geri dönməsi kimi (necəki Gürcüstanı tərk etmədilər) - hansıki evlərimiz dağıdıldı - geri dönməyəcəklər, mən ruslara xidmət edərdim. Knyaz Tsitsianova mənim haqqımda pis tərəfdən məlumat verildi. Əgər Gürcüstanda ruslar yerləşiblərsə, onların ağaları mənə yazmalıdırlar, mən hələ də zatialinin xidmətinə hazır olacağam. Mən 28-ci gün şahın hüzurunagetməliyəm, amma Şahın ölkəsinə getməyimin səbəbi odur ki, mən Patriarx Danieli Naxçıvana, Predteçevski monastırına gətirim və buna əmin ola bilim.
Fətəli şah Qacar Kəlbəli xana fərman göndərərək ondan Gürcüstandakı "rus tayfasının xəyanətkar davranışlarını" düzəldilməsində və cəzalandırılmasında iştirak etməsini, buradakı hadisələrin gedişatının şahın lehinə olmasına çalışmasını əmr etdi. Lakin Kəlbəli xan şahıən bu tələbini rədd etdi. Şah cavab olaraq Kəlbəli xanı hədələməyə başladı. O, şahın yanında əmanət olan böyük oğlu Nəzərəli bəy Kəngərlinin edam edilməsi, həmçinin də Kəngərli tayfasının Naxçıvandan məcburi şəkildə qovulması ilə hədələnsə də, bunların heç biri onun qərarına təsir göstərmədi. Kor Kəlbəli xan öz qərarının ütsündə əminlikı duraraq ruslarla hərbi münaqişəyə daxil olmaqdan yayındı. 1804-cü ilin martında Qacar ordusunun öncü dəstəsi Pirqulu xanın komandanlığı altında yenidən Naxçıvana daxil oldular. Bu ordu xanlığın paytaxtını da ələ keçirdi. Bundan əvvəlki yürüşdə olduğu kimi bu dəfə də Kəlbəli xan ordunun şəhərə çatmasından əvvəl oranı tərk etdi və İrəvan şəhərinə sığındı.[23]
Fətəli şah Qacar tərəfindən üsyançı xanlara göndərilmiş məktublarda onlardan dərhal tabe olmaq və Təbrizə gəlmək tələb edilirdi. Digər halda şah onları yanında olan xanzadə oğlanların edam ediləcəyi ilə hədələyirdi. 1804-cü ilin yazında Sisianov Naxçıvan xanlığını ilhaq etməyə çalışdı və 5 may tarixində o, aşağıdakə şərtlərlə xanlıqdakı hakimiyyətin ruslara verilməsini təklif etdi:[lower-alpha 4][24]
Lakin Kəlbəli xan bu təklifə qəti cavab verməyi gecikdirirdi. Bunun səbəbi cavabı yubatmaqla ruslarla qacarlar arasında münaqişənin yüksəlməsindən maksimum güzəştlər qoparmaq istəyi idi.[17][25]
Sisianovun bu məktubuna xanın sonrakı dövrdə də hansı cavabı verdiyi məktubun tapılmamasına görə bəlli olmasa da, xanın Tehrana getdiyi və Patriarx Danieli Naxçıvana gətirdiyi bəllidir.[lower-alpha 5]
Lakin İrəvanlı Məhəmməd xan Danielin yerinə Davidi katalikos seçdirdi, Daniel 8 il müddətinə həbs edildi və İrəvana gətirilməsinə icazə verilmədi. Buna görə də Daniel 1804-1805-ci illərdə Naxçıvanda yaşadı. Məhəmməd xanın devrilməsindən sonra Daniel İrəvana döndü. Danielin Naxçıvanda yaşadığı zaman Kəlbəli xan onun üçün kilsə də tikdirmişdi.
Kəlbəli xanın Tehrana getməsindən istifadə edən Fətəli şahın oğlu Abbas Mirzə Abbasqulu xanı Naxçıvan xanlığı taxtına təyin etdi. Bundan bir qədər sonra isə Məhəmməd xan İrəvan xanı taxtından endirildi. Fətəli şah müvvəqqəti olaraq İrəvan xanlığı hakimliyini Kəlbəli xana verdi.
Rusiya imperiyasına tabe olan Cəfərqulu xan Xoyski 8 iyul 1804-cü ildə Sisianov ilə görüşdüyü zaman ona İrəvanda olan Kəlbəli xan Kəngərli ilə Qacar sərkərdəsi Baba xan arasında münasibətlər barədə də əlumat verdi. Baba xan Xoy və Təbrizdən tələsik şəkildə 15 minlik qüvvə toplamış və oğlunun yardımına yollanmışdı. Onlar 14 iyulda Qarniçay ətrafında birləşməyi bacarmışdılar.[27]
Həmin ilin 14 avqustunda Sisianov Abbasqulu xan Kəngərli ilə birlikdə Naxçıvanın ağsaqqallarına, axundlarına, mollalarına və bəylərinə rus vətəndaşlığını qəbul etməyin onlara necə faydalı ola biləcəyindən bəhs edən müraciət göndərdi. Həmin müraciətnamədə Kəlbəli xan barədə bunlar qeyd edilmişdi:[28]
Kəlbəli xana gəlincə, onun nə qədər xarabalar meydana çıxardığını özünüz görürsünüz, tam iki il iranlıları sərhədlərinizə gətirdi, çörəylərinizi zəhərlədi və ərzağınızı yox etdi və ən pisi isə hər şey ola bilər və siz onun hiyləsi ilə İrəvan sakinləri kimi məskunlaşacaqsınız.
Bu əsnada Kəlbəli xan Sisianova öz sədaqətini təmin edən məktublar göndərməyə davam edirdi. 1805-ci ilin yayında onun yenidən Abbas Mirzə ilə münasibətləri korlandı və İrəvana sığındı. Elə İrəvandan Kəlbəli xan Gürcüstana qaçan erməni Yüzbaşı vasitəsiylə ruslara gizli məktublar ötürməyə başladı. Həmin məktublardan birində Kəlbəli xanın Yüzbaşıya söz verdiyi və bağlılıq andı içdiyi bildirilirdi. Yüzbaşı Sisianova bu barədə məlumat vermişdi. Eyni zamanda Yüzbaşı Sisianova onun barədə verdiyi məlumatda Kəlbəli xanın Rusiya imperatorunun himayəsinə daxil olmağı istədiyi, onun bu himayə altında Naxçıvan xanı olmaq istədiyi, bundan sonra isə nə istənilsə edəcəyi, hətta indi İrəvanın ələ keçirilməsi üçün yürüş ediləcəyi halda yardım edə biləcəyi bildirmişdi.[29]
Avqustun 21-də Kəlbəli xan ruslara bir daha bildirir ki, əgər onlar İrəvana doğru irəliləsələr, öz əsgərləri ilə görüşmək və qalanın ələ keçirilməsinə daha çox kömək etmək niyyətindədir. O, öz sözlərini təsdiq edərək, yaxın adamları ilə İrəvan qalasını tərk edərək qala divarları kənarında düşərgə salır. Lakin Sisianov xanlığa yeni yürüş etməyə cəsarət etmir və Kəlbəli xanın təklifini qəbul etmir. 1805-ci il sentyabrın əvvəlində xan Naxçıvana getdi və burada öz adi gündəlik həyatına davam etdi.[29]
Açıq şəkildə Rusiyaya meyil etməsinə baxmayaraq, Kəlbəli xan eyni zamanda Qacar şahına bağlılıqdan meydana çıxan bütün öhdəliklərini də yerinə yetirirdi. Belə ki 1805-ci ildə onun Fətəli şah Qacar tərəfindən Xoy xanlığı ərazisinə hücum etmiş Osmanlı imperiyasının Bəyazid paşasına qarşı hərbi yürüşə göndərildiyi barədə də məlumat vardır. Həmçinin elə həmin ilin noyabrında Kəlbəli xan bir neçə yüz nəfərlik irəvanlı süvarini də dəstəsinə əlavə edərək rus tərəfinə keçmiş Cəfərqulu xanın ailəsini və təbəələrini ələ keçirməyə çalışdı. Belə ki bu şəxslər Araz çayını keçmiş rus dəstəsi ilə birlikdə hərəkət etməkdə idilər.[29]
Sisianovun Bakıda öldürülməsindən sonra Kəlbəli xan sərhəd mühafizə dəstələri və Cəfərqulu xan vasitəsiylə onun yerinə təyin edilmiş Knyaz Qudoviç ilə əlaqə saxlamağa başladı. Qudoviçlə əlaqələrin formalaşdırılması yenə də əvvəllər də olduğu kimi ona Qacar şahı lehinə fəaliyyət göstərməyə əngəl törətmədi. Bu dönəmdə ona 500 nəfərlik Kəngərlilərdən ibarət dəstə toplamaq və Abbas Mirzənin komandanlığına vermək əmr edilmişdi. Bu dəstəyə artıq xan titulu ilə mükafatlandırılmış Nəzərəli xan Kəngərli rəhbərlik etməli idi.[29]
1806-cı ilin 10 oktyabrında Knyaz Qudoviçin əmrindəki komandanlardan biri olan general-leytenant Baron Rosen onu Kəlbəli xan, İrəvan kürdləri kimi qüvvələrin eyni Quba və Dərbənddə olduğu kimi rus vətəndaşlığına daxil olmaq üçün rus ordusunun buraya yürüşə başlamasını gözlədiklərini bildirmişdi. Bununla eyni zamanda Naxçıvan xanı ilə Qacar şahı arasında münasibətlər də getdikcə pisləşməkdə idi. Kəlbəli xanın ruslarla gizli formada danışdığından xəbər tutan Fətəli şah onu Tehrana gəlməyə dəvət etdi. Bundan şübhələnən Kəlbəli xan bu dəvəti qəbul etmədi. 1806-cı ilin 14 noyabrında Knyaz Qudoviç Kəlbəli xanın bu dəvəti qəbul etməməsindən sonra Baba xanın onu məcburi şəkildə Tehrana aparmağa cəhd etdiyini yazmışdı.[30]
1807-ci ilin ilk günlərində Kəlbəli xanın rəhbərlik etdiyi Kəngərli eli İrəvan kürdlərinin rəhbəri Hüseyn ağanın adamları ilə birlikdə İrəvan xanlığının cənub sərhədləri boyunca məskunlaşdılar. Bunun əsas səbəbi Bəyazid paşası və Ərzurum sərəskərinin qüvvələri tərəfindən hücuma məruz qalan bir başqa yerli bəy Abdul ağanın qüvvələrinə yardım etmək idi. Hərbi əməliyyatların tamamlanmasından sonra Kəlbəli xan İrəvanı ziyarət etdi və burada olduğu zaman gözlənilmədən Hüseynqulu xan Qacar tərəfindən həbs edildi. Onun həbs edilməsi Abbas Mirzənin əmri əsasında həyata keçirilmişdi. Çünki Kəlbəli xan onun ordusuna Naxçıvana daxil olmağa icazə verməmişdi. 1807-ci ilin dekabrına qədər Kəlbəli və bütün ailəsi İrəvanda saxlanıldı və o zaman Təbrizdə olan vəliəhd şahzadə Abbas Mirzənin yanına göndərildilər.[30]
Siyasi məntiqə uyğun olmayaraq, gözlənilmədən Abbas Mirzə Kəlbəli xanı həbsdən azad etdi və Naxçıvana xan sarayına göndərdi. Görünür bu azad etmə Kəlbəli xanın bütün mülklərinin müsadirə edilməsi qarşılığında baş vermişdi. Qacar tüfəngçiləri Naxçıvana daxil olduqdan sonra Kəlbəli xan yenidən həbs edildi. O, həbs edildikdən sonra bütün ailəsi ilə birlikdə Tehrana göndərildi. Bundan sonra onun edam edilməsi barədə şayiələr Naxçıvanda dolanmağa başladı.[31]
Onun ailəsindən yalnız Şeyxəli bəy Kəngərli bir neçə köməkçisi ilə birlikdə Qarabağa qaçmağı bacardı. Elə Qarabağda o, bölgədəki rus ordusu komandanı polkovnik Aseyevin yanında əbədi olaraq Rusiya imperiyasına sadiq qalacağına and içdi. Knyaz Qudoviçin tələbi ilə Qarabağın vassal xanı Mehdiqulu xan öz xanlığındakı kəndlərdən bir neçəsini Şeyxəli bəy və adamlarına yaşamaq üçün ayırdı. Bundan sonra Qacar hökuməti Abbasqulu xan Kəngərlini Naxçıvanın yeni xanı olaraq təyin etdi.[32]
Son illərdə Kəlbəli xan Kəngərli ruslar üçün kiçik də osla xidmətlər etdi. Qacar şahının yanına göndərilmiş Mazaroviç özünün diplomatik missiyası zamanı onun yardımlarından razı qalmışdı. Qafqazdakı rus hakimiyyətinin rəhbəri olan Yermelov ilə yaxşı münasibətləri davam etdirmək üçün əlindən gələn hər şeyi edən Kəlbəli xan eyni zamanda Fətəli şah və ya Abbas Mirzənin qəzəbinə tuş gəlməməyi də nəzərə alırdı. Bunu aşağıdakı hal yaxşı göstərir. Rusiyanın İrandakı müvəqqəti işlər vəkilinin katibi Qriboyedov 1819-cu ildə son müharibədə əsir düşmüş rus əsgərlərini İrandan Gürcüstana apararkən Naxçıvanda gözlənilmədən soyuq qarşılanır. Məsələ burasında idi ki, Abbas Mirzə bu əsirlərin Rusiyaya qaytarılmasını müsbət qarşılamırdı və Gülüstan müqaviləsinə əsasən onların sərhədə keçməsi üçün Aleksandr Sergeyeviçə icazə fərmanı verməyə məcbur olsa da, bütün sərhəd komandirləri, o cümlədən Kəlbəli xana Qriboyedovun dəstəsinə köməkdən yayınmaq göstərişi verilmişdi.[33]
Bacarıqlı diplomat olan Kəlbəli xan eyni zamanda çox sayıda memarlıq abidəsinin də tikilməsinə səbbə olmuşdur. Bu abidələrdən başlıcası Naxçıvan xanları sarayıdır. Gürcüstandakı rus nazir və dövlət müşaviri Kovalenski onun barədə Peterburqa bunları yazmışdı:[34]
Bu xan özünün təşəbbüskarlığına, cəsarətinə, natiqlik bacarığına, cəsurluğuna, şeytaniliyinə və xəyanətkarlığına görə məşhurdur.
Eyni zamanda Naxçıvan xanlığının qonşusu olan Axalxtsıx paşalığının paşası rus hakim orqanlarına, Kəlbəli xanı qəzəbinə görə heç bir imperial ordunu dağıtmadan, yırtıcı mahiyyəti ilə hər kəs ilə düşmənlik edəcək şəxs kimi təqdim etmişdi.
Kəlbəli xan çox qüdrətli olduğu üçün Naxçıvan camaatı arasında lovğalanan birinə belə deyilir — Buna bax elə bil Kəlbəli xanın oğludur (ya da qızı).
Arxiv sənədlərində Kəlbəli xanın vəziri ilə söhbətində gözlərinin yaxşı ki kor olduğunu hər tərəfi bağ bağat , gözəl tarixi abidələrlə zəngin olan Naxçıvanın Rus İran müharibəsində necə viran olduğunu görməmişəm dediyi qeyd olunmuşdur. Ehtimal ki Memar Əcəminin tikdirdiyi Naxçıvan Cümə Məscidi məhz bu zaman və ya ikinci rus — İran müharibəsi zamanı dağıdılmışdır.)
1820-ci ildə ölümünü qabaqcadan görən Kəlbəli xan vəzifəsini tərk edərək həcc ziyarətinə getdi. Ailə rəvayətinə görə o, 1823-cü ildə Təbriz yaxınlığında Həcc ziyarətindən qayıdarkən vəfat etmişdir. Böyük oğlu onun varisi oldu, Abbas Mirzənin vəsiyyəti ilə tezliklə onu daha sadiq Kərim xan Kəngərli əvəz etdi.
Kəlbəli xanın 6 oğlu olmuşdur:
O, eyni zamanda İsmayıl xan Naxçıvanskinin,[38] Kəlbəli xan Naxçıvanskinin[39] və Qönçəbəyimin babasıdır. O, həmçinin Hüseyn xan Naxçıvanskinin də ulu babasıdır.[40]
Kəlbəli xan Kəngərli | |||||||||||||||||||||||||||||
Ehsan xan Kəngərli (1789—1846) | |||||||||||||||||||||||||||||
İsmayıl xan Naxçıvanski (1819—1909) | Kəlbəli xan Naxçıvanski (1824—1883) | Qönçəbəyim (1827—?) | |||||||||||||||||||||||||||
Ehsan xan Naxçıvanski (1855 — 1894) | Cəfərqulu xan Naxçıvanski (1859—1929) | Hüseyn xan Naxçıvanski (1858-1919) | |||||||||||||||||||||||||||
Kəlbəli xan Naxçıvanski (1891—1931) | Cəmşid Naxçıvanski (1895—1938) | Davud xan Naxçıvanski (?—1934) | |||||||||||||||||||||||||||
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.