Remove ads
Virus From Wikipedia, the free encyclopedia
Koronavirus — məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan RNT virus qrupudur. İnsanlarda və quşlarda yüngüldən ölümcülə qədər nəticəsi ola bilən tənəffüs yolu infeksiyasına səbəb olur. İnsanlarda yüngül formasına zökəmin bəzi halları daxildir (buna digər viruslar, əsasən rhinoviruslar səbəb olur). Daha ölümcül növləri SARS, MERS və COVID-19 xəstəliyinə səbəb ola bilir. Bu virus inək və donuzlarda diareyaya, siçanlarda isə hepatit və ensefalomiyelitə səbəb olur. Hazırda insanları koronavirus infeksiyasına qarşı qoruyan və ya müalicə edən dərman və ya vaksin yoxdur.
Koronavirus | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Ranqsız: Realm: Riboviria Aləm: Orthornavirae Tip: Pisuviricota Sinif: Pisoniviricetes Dəstə: Nidovirales Yarımdəstə: Cornidovirineae Fəsilə: ???: Koronavirus |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Koronavirus koronaviruslar ailəsinə aiddir. Tam olaraq orthocoronavirinae fəsiləsinin nidovirales dəstəsinin koronaviruslar sinifinə aiddirlər.[3][4] Koronaviruslar superkapsid viruslardır. (+)ssRNA virus və RNT genomuyla kapsid spiral simmetriyaya malikdirlər.[5] Korona virusların genomik ölçüsü 26/32 kilobaz aralığında olur və ən böyük RNT viruslarıdır.[6]
"Koronavirus" adı koron partikullarının (corona) xarakteristika görünüşünə görə koron və ya virus mənasına gələn Latınca (virions) sözündən gəlir.
Koronaviruslar 1960-cı ildə kəşf edilib[7] ilk dəfə toyuqlarda infeksion bronxit virusu, daha sonra insan koronavirusu 229E və insan koronavirusu OC43 olaraq adlandırılan soyuq dəyməsi olan insanların burun boşluqlarında yaranan virus idi.[8] Bu ailənin digər başqa üzvləridə kəşf edilib. 2003-cü ildə SARS-CoV, 2004-cü ildə HCoV NL63, 2005-ci ildə HKU1in, 2012-ci ildə MERS-CoV və 2019-cu ildə 2019-nCoV üzvləri kəşf edilib. Hazırda bu virusların çoxu ciddi tənəffüs yolu infeksiyalarına qarışıb.
Koronavirusun adı latınca korona və yunanca κορώνη (korṓnē, "tac, çələng") deməkdir. Korona virusun Günəş tacını xatırladan görüntüsü olduğundan dolayı elektron mikroskopu ilə baxıldığında virionlara (virusların sahib hüceyrədən kənar formasına) bənzədikləri görülür. Morfologiyası isə virusun səthini dolduran və əsas tropizmini müəyyən edən zülallar tərəfindən peplomerlərlə yaradılır.
Bütün koronavirusların ümumi quruluşunda zülallar, membran və nukleokapsidlər var. Əgər SARS koronavirusu (Güclü tənəffüs sindromu ilə əlaqəli koronavirus) spesifik halda olarsa üzərində olan reseptor sahəsi, virusun reseptoruna, anqiotensin çevirici ferment 2-ə (ACE2) bağlanmasına vasitəçilik edəcək .[9] Bəzi koronavirusların isə (xüsusilə Betakoronavirus kimi alt sinifin üzvləri) hemaqqlutinin esteraz (HE) adı verilən qısa zülalları var.
Virus hüceyrəyə daxil olanda onun hissəcik qılafı örtülmür və virusun genomu hüceyrə sitoplazmasına daxil olur.
Koranavirusun RNT genomu, 5 metivilaniya olmuş qaba və RNT-in həll olunması üçün ribosomlara bağlanmasını təmin edən 3 polyadenylasiyalı quyruğu var.
Koronavirusun genomları, viral genomun əsas hüceyrəsinin texnikasından istifadə edərək yeni RNT kopiyalarının transkripsiyasına imkan verən replikaz adlı zülalı kodlaşdırır. Replikaz koronavirusun ilk zülalıdır; bu zülalda replikazı kodlayan gen, köçürüldükdən sonra köçürülmə gendə olan bir stop kodu ilə dayandırılır. Bu iç içə yazılmış bir yazı kimi tanınır. Bütün mRNT sintezlərini kodlaşdıran monokistronikdir. Koronavirus zülalınının dəqiq quruluşu yoxdur və bu zülal, RNT-yə bağlı RNT-in polimerazında olmayan bir oxuyucu funksiyanı[10] təmin etdiyi üçün replikaya bağlanır.
Genom təkrarlanır və zülalların hamısının yerləşdiyi uzun bir polipotein əmələ gəlir. Koronavirusların tərkibində olmayan bir protein var — bir proteaz — bu polipoteini parçalamağa qadirdir. Bu proses, virusun az sayda nukleotiddə ən çox sayda gen kodlamasına imkan verən genetik formasıdır.[11]
Koronavirusların insandan insana keçməsi, ilk növbədə asqırıq və öskürək nəticəsində yaranan tənəffüs damlaları vasitəsilə yaxın təmaslar nəticəsində baş verdiyi ehtimal edilir.[12]
Koronavirusun elmi adı Orthokoronavirinae və ya Koronavirinae-dır. Koronavirus Koronaviruslar sinifinə aiddir.
Koronavirusların ən son yayılmış ortaq əcdadları e.ə. 8000-ci ildə ortaya çıxıb.[13] Bundan daha da çox olma ehtimalı ola bilər. Digər bir qiymətləndirmədə, bütün koronavirusların ən son ortaq əcdadı (MRCA — bundan sonra belə adladırılacaq), eramızdan əvvəl 8100-cü ilə aiddir. Alfakoronavirus, Betakoronavirus, Qammakoronavirus və Deltakoronavirusların MRCA-sı müvafiq olaraq, təxminən e.ə 2400, 3300, 2800 və e.ə 3000-də ortaya çıxıb. Yarasalar, quşlar və uçan digər onurğalılar koronavirusların daşıyıcılarıdır. Yarasalar Alfakoronavirus və Betakoronavirusların, Quşlar isə Qammakoronavirus və Deltakoronavirusların təkamül keçirməsi və yayılması üçün idealdır.[14]
Yarasa koronavirusu ilə MERS-CoV virusları 1951-ci ildə ortaq əcdaddan ayrılıb.[15] Yarasa koronavirusu və insan koronavirusu OC43 isə 1899-cu ildə ayrılıb. Yarasa koronavirusu 18-ci əsrin sonlarında digər bütün koronavirus növlərindən ayrılıb. Başqa bir qiymətləndirməyə görə, insan koronavirusu OC43 1890-cı ildə yarasa koronavirusdan ayrılıb.[16]
İnsan koronavirusu OC43-ün MRCA-sı 1950-ci illərə təsadüf edir.[17]
MERS-CoV, bir neçə yarasa növünə aid olsa da, bir neçə əsr əvvəl bu növlərdən ayrıldığı ehtimal edilir.[18] İnsan koronavirusu NL63 və yarasa koronavirusunun MRCA-sı 563–822 il əvvələ aid edilir.[19] Ən sıx əlaqəli olan yarasa koronavirusu və SARS-CoV 1986-cı ildə ayrılıb.[20] SARS virusunun təkamül yolunun yarasalarla sıx əlaqəsi olması fikri irəli sürülür.[21][22] Alimlər koronavirusların uzun müddət yarasalara yoluxduğunu daha sonra SARS-CoV virusunun əcdadlarının əvvəlcə Hipposideridae cinsinin növlərinə yoluxduğunu, sonra Rhinolophidae növlərinə, daha sonra civets və nəhayət insanlara yayıldığını irəli sürdülər. [mənbə göstərin]
Alpaka koronavirusuyla insan koronavirusu 229E 1960-cı ildən əvvəl ayrılıb.[23]
Əsasən böyüklər və uşaqlarda bütün ümumi soyuqdəymələrə səbəb olduğu güman edilir. Koronaviruslar, ilk növbədə qışda və erkən yaz fəsillərində şişmiş adenoidlərdən qızdırma və boğaz ağrısı kimi əsas simptomlarla soyuqdəyməyə səbəb olur.[24] Koronaviruslar ya sətəlcəm xəstəliyinə, ya birbaşa viral pnevmoniyaya, ya da ikinci dərəcəli bakterial pnevmoniyaya səbəb ola bilər.[25] 2003-cü ildə kəşf edilmiş insan koronavirusu, kəskin tənəffüs sindromuna (SARS) səbəb olan SARS-CoV, həm yuxarı, həm də aşağı tənəffüs yollarının infeksiyalarına səbəb olduğu üçün özünəməxsus patogenezə malikdir. İnsan koronavirus infeksiyalarının qarşısını almaq və ya müalicə etmək üçün vaksinlər və ya antiviral dərmanlar yoxdur.[26]
İnsan koronaviruslarının yeddi növü məlumdur:
HCoV-229E, -NL63, -OC43 və -HKU1 koronavirusları davamlı olaraq insan populyasiyasında dövr edir və dünya miqyasında böyüklər və uşaqlarda yoluxucu tənəffüs yolu xəstəliklərinə səbəb olur.[27]
2019-nCoV | MERS-CoV | SARS-CoV | |
---|---|---|---|
Demoqrafik | |||
Aşkar edildiyi tarix | Dekabr, 2019 | İyun, 2012 | Noyabr, 2002 |
Aşkar edildiyi yer | Uhan, Çin | Ciddə, Səudiyyə Ərəbistanı | Quandun, Çin |
Yaş ortalaması | 49 | 56 | 39.9 |
Yaş aralığı | 21–76 | 14–94 | 1–91 |
Kişi: qadın nisbəti | 2.7:1 | 3.3:1 | 1:1.25 |
Aşkar olunan xəstəlik | 835† | 2494 | 8096 |
Xəstəliyin ölüm nisbəti | 25† (2.9%) | 858 (37%) | 744 (10%) |
Səhiyyə işçiləri | 16‡ | 9.8% | 23.1% |
Simptomlar | |||
Qızdırma | 40 (98%) | 98% | 99–100% |
Quru öskürək | 31 (76%) | 47% | 29–75% |
Təngnəfəslik | 22 (55%) | 72% | 40–42% |
Diareya | 1 (3%) | 26% | 20–25% |
Boğaz ağrısı | 0 | 21% | 13–25% |
Mexanik havalandırma | 9.8% | 80% | 14–20% |
*: Semptomlara ilk 41 xəstə daxildir. †: 23 yanvar 2020-ci il tarixli məlumat.
‡: 21 yanvar 2020; digər məlumatlar da 21 yanvar 2020. |
Nisbətən yüksək ölüm hallarına malik koronavirus növlərinin epidemiyaları aşağıdakı cədvəldə qeyd edilib:
Epidemiya | Virusun növü | Ölümlər |
---|---|---|
2003-cü ildə kəskin tənəffüs sindromunun yayılması | SARS-CoV | 774[29] |
2012-ci ildə Orta Şərq tənəffüs sindromu koronavirusun yayılması | MERS | 400-dən çox[30] |
Cənubi Koreyada 2015 Orta Şərq tənəffüs sindromu | MERS | 36[31] |
2018 Orta Şərq tənəffüs sindromu | MERS | 41[32] |
2019–20 Uhan koronavirusunun yayılması | SARS-CoV-2 | 1 milyondan çox[33] |
2003-cü ildə Asiyada əvvəlki il başlamış ağır tənəffüs sindromunun (SARS) və dünyanın digər yerlərində baş verən ikinci hadisələrin ardından Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni bir koronavirusun təsbit edildiyini mətbuata açıqladı. Virus rəsmi olaraq SARS koronavirus (SARS-CoV) adlandırıldı. 8000-dən çox insan yoluxdu və onlardan təxminən 10% -i öldü.
2012-ci ilin sentyabr ayında əvvəlcə Novel Koronavirus 2012 adlanan və indi rəsmi olaraq Orta Şərq tənəffüs sindromu koronavirusu (MERS-CoV) adı verilən yeni bir növ koronavirus təyin edildi.[34][35] Ümumdünya Səhiyyə Təşkilatı çox keçmədən qlobal səviyyədə həyəcan təbili çaldı.[36] ÜST-nın 28 sentyabr 2012-ci il tarixli bəyannəməsində qeyd edilib ki virusun insandan insana asanlıqla keçməsi mümkün deyil.[37] Ancaq 12 may 2013-cü ildə Fransada virusun insandan insana keçməsi Fransa Səhiyyə Nazirliyi tərəfindən təsdiqləndi.[38] Bundan əlavə, Tunisdə Səhiyyə Nazirliyi tərəfindən insandan insana keçmə hallarının olduğu bildirildi. Qətər və Səudiyyə Ərəbistanına səfərdən sonra xəstələnən insanlarda bu virusun insandan insana keçməsi təsdiq edildi. Buna baxmayaraq, virusun insandan insana yayılması problemi ortaya çıxdı, çünki yoluxmuş insanların əksəriyyəti virusu yaymırdı.[39] 30 oktyabr 2013 tarixinə qədər Səudiyyə Ərəbistanında 124 yoluxuma və 52 ölüm hadisəsi baş verdi.[40]
Hollandiyanın Erasmus Tibb Mərkəzi virusu ardıcıllaşdırdıqdan sonra virusa yeni bir insan adı verdi — İnsan Koronavirusu — Erasmus Tibb Mərkəzi (HCoV-EMC). Virusun son adı Yaxın Şərq tənəffüs sindromu koronavirusdur (MERS-CoV). 2014-cü ilin may ayında ABŞ-da MERS-CoV infeksiyası ilə əlaqəli yeganə iki hal qeydə alındı, hər ikisi Səudiyyə Ərəbistanında işləyən və sonra ABŞ-yə gedən tibb işçiləri idi, biri İndianada, digəri Florida ştatında müalicə olundu. Bu şəxslərin hər ikisi müvəqqəti xəstəxanaya yerləşdirilib, sonra buraxıldılar.[41]
2015-ci ilin may ayında Koreya Respublikasında MERS-CoV xəstəliyi yayıldı, Yaxın Şərqə səyahət edən bir insan xəstəliyini müalicə etmək üçün Seul bölgəsindəki 4 xəstəxanaya baş çəkdi. Bu, MERS-CoV-nun Yaxın Şərq xaricində ən böyük yayılmalarından birinə səbəb oldu.[42] 2019-cu ilin dekabr ayına olan məlumata görə, 2,668 MERS-CoV infeksiyası laborator müayinələr ilə təsdiqləndi, onlardan 851-i ölümcül idi, ölüm nisbəti təxminən 34,5% təşkil edirdi.[43]
2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində sətəlcəm xəstəliyinin yayıldığı bildirildi.[44] 31 dekabr 2019-cu ildə başlayan virusa Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2019-nCoV adı verildi,[45] daha sonra Virusların Taksonomiyası üzrə Beynəlxalq Komitəsi tərəfindən SARS-CoV-2 olaraq yenidən adlandırıldı.[46][47][48] Bəzi tədqiqatçılar, koronavirusun ən çox yayıldığı yer Huanan Dəniz Bazarı olduğunu bildirdi.
18 fevral 2020-ci il tarixində koronavirusun pnevmoniyasının başlanğıcında 2,009 təsdiqlənmiş ölüm və 75,200 təsdiqlənmiş yoluxma qeydə alındı.[49][50] Uhan ştammı SARS-CoV ~ 70% genetik oxşarlığı olan 2B qrupundan olan Betakoronavirusun yeni bir növü kimi müəyyən edildi.[51] Virusun yarasa koronavirusuna 96% bənzərliyi var, buna görə də yarasaların mənşəyi geniş şübhə altındadır.[52][53]
Koronaviruslar 70-ci illərin əvvəllərindən baytarlıq tibbində patoloji şərtlər kimi qəbul edildi. Quş yoluxucu bronxit istisna olmaqla, əsas əlaqəli xəstəliklər əsasən bağırsaqda olur.[54]
Koronaviruslar ilk növbədə məməlilər və quşların yuxarı tənəffüs və mədə-bağırsaq traktını yoluxdurur. Ayrıca ferma heyvanlarında və ev heyvanlarında bir sıra xəstəliklərə səbəb olur, bəziləri ciddi olur və əkinçilik sənayesi üçün təhlükə yaradır. Toyuqlarda yoluxucu bronxit virusu (IBV) olan koronavirus təkcə tənəffüs yollarını deyil, genitouriya sistemini də hədəf alır. Virus toyuğun müxtəlif orqanlarına yayıla bilər.[55] İqtisadi cəhətdən əhəmiyyətli təsərrüfat heyvanları var ki onların əksəriyyəti koronavirus daşıyıcısıdır. Bunlar arasında donuz və iribuynuzlu heyvan koronavirusları daxildir ki, bunların hamısı gənc heyvanlarda diareya ilə nəticələnir. Pişik koronavirusu əhəmiyyət kəsb edən bir patogendir, lakin bu virusun kortəbii mutasiyası ölümlə və ya əlaqəli bir xəstəlik olan yoluxucu peritonit (FIP) ilə nəticələnə bilər. Eynilə, ferretləri yoluxduran iki növ koronavirus var: ferret bağırsaq koronavirusu epizootik kataral enterit (ECE) kimi tanınan mədə-bağırsaq sindromuna və virusun daha öldürücü sistem versiyası (pişiklərdə FIP kimi) ferret sistemik koronavirus (FSC) kimi tanınır.[56] Yüngül mədə-bağırsaq xəstəliklərinə səbəb olan və tənəffüs xəstəliyinə səbəb olduğu aşkar olunan iki növ it koronavirusu (CCoV) var. Siçan hepatit virusu (MHV), xüsusilə laboratoriya siçanlarının koloniyaları arasında yüksək ölümlə bir epidemik gəmirici xəstəliyinə səbəb olan bir koronavirusdur.[57] Sialodakryoadenitis virusu (SDAV), laboratoriya siçovullarının yüksək yoluxucu koronavirusudur ki, bu da insanlar arasında birbaşa təmas və dolayı yolla aerozol ilə ötürülə bilər.
Donuz kəskin ishal sindromu adlandırılan HKU2 ilə əlaqəli yarasa koronavirusu (SADS-CoV) donuzlarda ishalın yaranmasına səbəb olur.[58]
SARS-CoV kəşf edilməmişdən əvvəl, MHV həm vivo, həm də vitro, həm də molekulyar səviyyədə ən yaxşı tədqiq edilmiş koronavirus olmuşdur. Aparılan tədqiqat araşdırmaları heyvan koronaviruslarının viral patogenezini, xüsusən baytarlıq və zoonotik xəstəliklərlə maraqlanan viroloqlar tərəfindən aşkarlanmasına yönəldilmişdir.[59]
Dünyada yeni bir baytarlıq xəstəliyi, donuz epidemik ishal virusu (PED və ya PEDV) ortaya çıxdı. [mənbə göstərin] İqtisadi əhəmiyyəti bəlli deyil, ancaq donuz ətində də ölümə səbəb olan koronavirus olduğu düşünülür. [mənbə göstərin]
Bütün digər RNT viruslarının genomları ilə birlikdə, koronavirus genomlarında viral kodlanmış RNT-yə bağlı RNT polimeraz tərəfindən viral RNT-nin xüsusi replikasını təmin edən cis-təsir edən RNT elementləri var. Koronavirus replikasiyasına ayrılan quraşdırılmış cis-hərəkət edən elementlər ümumi genomun az hissəsini təşkil edir, lakin bu, koronavirusların bütün RNT viruslarının ən böyük genomuna sahib olmasının bir əksidir. Replikasiya üçün zəruri olan cis hərəkət edən elementlərin sərhədləri kifayət qədər yaxşı müəyyənləşdirilmiş və bu bölgələrin RNT ikincil quruluşlarının getdikcə daha yaxşı həll edilmiş bir mənzərəsi ortaya çıxır. Bununla birlikdə, bu cis fəaliyyət göstərən quruluşların və ardıcıllığın viral replika və ev hüceyrə komponentləri ilə necə qarşılıqlı təsir etdiyini başa düşməyin yalnız erkən mərhələsindəyik və RNT sintezindəki bu cür elementlərin dəqiq mexanist rollarını anlamadan əvvəl çox iş görülməlidir.[64]
Yoluxucu koronavirus hissəciklərinin yığılması, viral və viral RNT-lərin çox miqdarda olan hüceyrə hovuzundan viral genomlu RNT seçilməsini tələb edir. Virus yoluxmuş hüceyrələrdə sintez edilən yeddi-on arası viral mRNA-lar arasında yalnız dolğun uzunluqda olan genomlu RNT koronavirus hissəciklərinə səmərəli şəkildə yığılır. Tədqiqatlarçılar koronavirus genomu kapsidləşməsində iştirak edən cis-hərəkət edən elementlərini və trans-fəaliyyət göstərən viral amilləri aşkar etmişdir. Genom kapsidləşməsi molekulyar mexanizmlərinin başa düşülməsi antiviral strategiyaların və koronavirus genomuna əsaslanan viral ifadə vektorlarının inkişafı üçün vacibdir.[64]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.