Kondaxsaz
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Kondaksaz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd.[3]
Kondaxsaz | |
---|---|
40°42′ şm. e. 44°18′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1830[1] |
Mərkəzin hündürlüyü | 2.050 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon mərkəzindən 11 km məsafədə, Abaran çayının sahilində yerləşir. Alagöz (Araqadz) rayonu təşkil edilənədək (15 mart 1972-ci ilə kimi) Abaran rayonunun tərkibində olmuşdur.
Erməni mənbələrində Qondaksaz[4], Qondaxsaz[5] formalarında, Qafqazın 5 verstlik xəritəsində Kondaxsaz kimi[6] qeyd edilmişdir.
Toponim türk dilində "silah qundağı" mənasında işlənən kondak sözü ilə[7][8] türk dilində "bataqlıq, torpaq (qrunt) suların çıxdığı yerin bataqlaşmış sahəsi, gil" mənalarında işlənən saz sözünün[9][10] birləşməsindən əmələ gəlmişdir. Türk dilində kondak sözü "yanan kükürd qutusu və yanğın vaxtı açılan qov" (rus. пачка из горючей cepы и тpyбa, кoтopyю пeдбpacывaют пpи пoджочах)[8], "həyətə və ya pilləkən altına atılan yandırıcı maddələr toplusu"[11] mənasında da işlənir.
Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə adı dəyişdirilib Rya təzə (Təzə həyat) qoyulmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.