Remove ads
From Wikipedia, the free encyclopedia
Klovis mədəniyyəti — E.ə 11500–11100-cü illərdə Şimali Amerikada mövcud olmuş arxeoloji mədəniyyətdir.[1]
Klovis mədəniyyəti | |
---|---|
Yeri | |
Coğrafi region | Şimali Amerika |
Başlama tarixi | e.ə. 11500 |
Bitmə tarixi | 11100 |
Vikianbarda əlaqəli mediafayllar |
Klovis mədəniyyəti "Klovis ucları", fil sümüyü və fərqli sümük alətlərinin istehsalı ilə xarakterizə olunur. Klovis mədəniyyəti ilə əlaqəli alətlərin əlamətdar xüsusiyyəti onların iki üzlü və yivli olmasıdır. Klovis alətləri təxminən 300 illik bir müddət ərzində istehsal edilmişdir. Mədəniyyət 1932-1937-cı illərdə Nyu-Meksiko ştatının Klovis və Portales şəhərləri arasındakı 1 nömrəli Blackwater məhəlləsində tapılan artefaktlara görə belə adlandırılmışdır. Bu tapıntılar mamont növləri və nəsli kəsilmiş bizon antikusu ilə bilavasitə əlaqəsi olduğuna görə xüsusilə vacib sayılırdı. 1936 və 1937-ci illərə aid in situ tapıntılar arasında dörd daş Klovis ucları zərbə ilə zədələnmiş iki uzun sümük ucları, daş bıçaqlar, Klovis bıçağının nüvəsinin bir hissəsi və daş lopaları üzərində hazırlanmış bir neçə kəsici alət var idi.[2] Mədəniyyətin yayıldığı ərazilərdən mamont, bizon və digər məməli heyvan qalıqlarının aşkarlanması Klovis icmasının əsas məşğuliyyətlərinin ovçuluq olması fikrini irəli sürür. Qalıqların üzərində araşdırma aparan tarixçilər bu qəbilənin 125 fərqli heyvan və bitki növünü istehlak etdiyini bildirirlər.[1][3]
Klovis bölgələri ABŞ-ın çox hissəsində, eləcə də Meksikada, Mərkəzi Amerikanın bəzi hissələrində, Şimali Amerikanın cənubunda müəyyən edilmişdir. Klovislər Amerikanın yerli xalqlarının əksəriyyətinin əcdadı hesab olunur. Belə ki, 1930-cu illərdə Şimali Amerikanın qərbində bir neçə Klovis bölgələrinin (Blackwater Draw, NM və Dent, CO) kəşf edilməsi Klovis xalqının Amerikada geniş yayılmış mədəniyyət yaradan ilk insan sakinləri və əcdadları kimi tanınmasına səbəb oldu.[4] Digər tərəfdən, tədqiqatlar nəticəsində Montanada, Anzick- 1 adlandırılan ərazidən aşkar olunmuş körpə uşağa aid insan dəfninin (bu, mədəniyyətin yayıldığı ərazidəki hələlik yeganə antropoloji tapıntıdır) mitoxondrial və Y-xromosom DNT-sinin paleogenetik təhlili buranın qədim sakinlərinin müasir yerli Amerika populyasiyaları ilə əlaqəli olduğunu göstərib.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.