From Wikipedia, the free encyclopedia
Kinkan (lat. Fortunella;[1] yap. キンカン) – sədokimilər fəsiləsinə aid bitki cinsi.[2]
Kinkan | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Malvids Dəstə: Fəsilə: ???: Kinkan |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Kinkan çox zaman Kumkvat da adlandırılır. Vətəni cənub-şərqi Çin və Hindçindir.
Azərbaycan dilindəki kinkan sözü bu meyvənin yapon dilindəki adından gəlir (yap. キンカン; 金柑). Bu ad yapon kinkanı növü ilə bağlıdır və kinkan cinsinə yapon dilində həmçinin "kinkitsu" (yap. キンキツ; 金橘), yəni qızıl portağal deyilir. Bu ad yapon dilinə Çin dillərindən gəlib (çin. 金桔). Bir sıra dil (məs. ing. kumquats/cumquats və rus. кумкват) "kumkvat" sözünü həmin Çin herogiflərinin Kanton dilindəki oxunuşdan alıb (金 - gām 桔 - gwāt, yəni qızı portağal).[3][4]
Ölçüsünə görə sitrus meyvələrinin ən xırda meyvəlisidir. Portağala oxşayır, lakin diametri 2-3 sm, uzunluğu isə 2,5-4 sm-dir. Bir meyvənin kütləsi 12-15 qr olur. Forması yumru və ya ovaldır. Qabığı nazik, narıncı və ya qırmızı-narıncıdır. Ətirli, şirin və xoşagələn dadlıdır. Dadına görə portağalı xatırladır. Ən çox yayılmış sortlarından Naqami və Meiva göstərilə bilər.
Tərkibində 14,5% karbohidrat, o cümlədən 10,8% şəkər, 0,7% zülal, 0,3% yağ, 2,7% üzvi turşu, 0,6% minerallı maddə (o cümlədən 188 mq% kalium, 0,6 mq% dəmir), 38 mq% C vitamini, 0,09 mq% B1, 0,08 mq% B2, 0,21 mq% β-karotin vardır. 100 qr-ı 65 kkal və ya 272 kCoul enerji verir.[5]
Kinkan bitkisinin mənşəyi Cənubi Çindən gəlir.[6][7] Onu qeyd edən, aşkar olunmuş, ən qədim Çin mənbələri XII əsrə aiddir.[8] O, əsrlər boyu Şərqi, Cənubi və Cənub-Şərqi Asiyada becərilir.[9] Avropaya kinkan ilk dəfə London Bağbançılıq Cəmiyyəti üçün Robert Fortyun tərəfindən 1846-cı ildə gətirilmişdi.[10]
Şəkil | Elmi adı | Ümumi adı | Mənşəyi |
---|---|---|---|
Citrus hindsii | Honq Konq kinkanı | Çin | |
Citrus crassifolia | Meiva kinkanı | Çin, Yaponiya | |
Citrus margarita | oval kinkan, Naqami kinkanı | Yaponiya | |
Citrus japonica | yumuru kinkan, Marumi kinkanı, Morqani kinkanı | Çin, Yaponiya | |
Citrus obovata | Szyansu kinkanı, Fukuşu kinkanı | Çin, Yaponiya | |
Citrus swinglei | Malay kinkan | Malay yarımadası |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.