From Wikipedia, the free encyclopedia
Kinbozan Haruki (金峰山 晴樹?, 24 iyun 1997, Almatı vilayəti) və ya Yersin Baltaqul[1] (qaz. Ерсін Балтағұл) – əslən Qazaxıstandan olan sumoçu. Peşəkar sumo karyerasına 2021-ci ilin noyabrında başlamışdır. Səkkiz turnir və iki aşağı diviziya çempionatında iştirak etdikdən sonra yuxarı makuuçi diviziyasına yüksəlmiş və bunu bacara bilən ilk qazaxıstanlı olmuşdur. Ən yüksək dərəcəsi 2023-cü ilin mayında əldə etdiyi maeqaşira 5 dərəcəsidir. Kise məktəbinin yetirməsidir.
Kinbozan Haruki | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 24 iyun 1997 (27 yaş) |
Doğum yeri | |
Təhsili |
|
İdman növü | sumo |
Vikianbarda əlaqəli mediafayllar |
Yerin 18 yaşına qədər cüdo ilə məşğul olmuşdur. Keçmiş yokozuna Asaşoryunun tövsiyəsindən sonra Yaponiyaya köçmüş, liseydə oxumağa və həvəskar sumo ilə məşğul olmağa başlamışdır.[2] Daha sonra Nihon Universitetinə daxil olmuş və universitetin sumo klubuna qoşulmuşdur.[3] 2019-cu ildə Ümum-Yaponiya çempionatında ikinci yeri tutmuş, növbəti il həmin turnirin ilk 16-lığına daxil olmuşdur.[2]
Yersin universiteti bitirdikdən sonra peşəkar sumo ilə məşğul olmağa qərar vermişdir. O, Ümum-Yaponiya çempionatında ilk səkkizliyə düşmüş həvəskar sumoçu olduğu üçün sandanme dərəcəsi ilə başlamış və aşağı iki diviziyada iştirak etməkdən azad edilmişdir. Kise məktəbinə qoşularak Kinbozan adını götürmüşdür.
Kinbozanın ilk turniri 2021-ci ilin noyabrında Kyuşuda baş tutmuşdur. O, yeddi oyunun hamısında qalib gələrək çempion olmuş və makuşita dərəcəsinə yüksəlmişdir.[4] 2022-ci ilin mayında Osakada keçirilmiş makuşita çempionatında 7 oyunun hamısında qalib gələrək çempion olmuşdur. 2022-ci ilin sentyabrında ikinci ən yüksək sumo diviziyası olan curyo diviziyasına yüksəlmişdir.[5] İştirak etdiyi üç turnirdəki qələbələrindən sonra 2023-cü ilin mayında ən yüksək sumo diviziyası olan makuuçi diviziyasına yüksəlmiş və bunu bacaran ilk qazaxıstanlı olmuşdur.[6] Makuuçi diviziyasındakı debütü zamanı 11 qələbə qazanmış və buna görə "Döyüşkən ruh mükafatı"na layiq görülmüşdür.[7]
2023-cü ilin mayında keçirilmiş soken zamanı Kinzoban daha təcrübəli sumoçularla qarşılaşarkən stres yaşadığını və nəfəs almaqda çətinlik çəkdiyini bildirmişdir.[8] Növbəti turnirdə ozeki Takakeyşo Takanobuya qalib gəlmişdir. Bu, son yeddi ildə bir maeqaşira dərəcəli sumoçunun ozeki dərəcəli sumoçuya qalib gəlməsinə aid ilk hal idi.[9] Buna baxmayaraq, Kinbozan turniri 4–11 hesabı ilə bitirmişdir. Növbəti iki turnirdə də mənfi hesablı performans göstərən Kinbozan sağlamlıq problemləri yaşadığını bildirmişdir.[10]
Kinbozan 2023-cü il boyunca makuuçi diviziyasında yarışmağa davam etsə də, 2024-cü ilə maeqaşira 6 dərəcəsi ilə başlamışdır. Turnirin 12-ci günündə dizindən zədələnmiş və dəhşətli ağrılar hiss etdiyini bildirmişdir.[11] 2024-cü ilin mart turnirinin 4-cü günündə rinqdən kənara yıxılaraq zədələnmiş və növbəti gün turnirdən çəkilmişdir.[12]
Kinbozanın döyüş üslubu itələmə və hücum etmə texnikalarına əsaslanır. Qələbələrinin çoxunu oşidaşi, yorikiri və tsukidaşi üsulları ilə əldə etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.