From Wikipedia, the free encyclopedia
Kavalalı Əminə xanım (ərəb. أمينة خانم, türk. Emine Hanım; 1770 – 1824) — Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın ilk xanımı.
Kavalalı Əminə xanım | |
---|---|
ərəb. أمينة خانم | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1770 |
Vəfat tarixi | 1824 |
Dəfn yeri |
|
Atası | Nüsrətli Əli ağa |
Anası | Qədriyyə xanım |
Həyat yoldaşı | |
Uşaqları |
Tövhidə xanım İbrahim Paşa Tosun Paşa Xədicə Nazlı xanım İsmayıl Kamil Paşa Əbdülhəlim bəy |
Əminə xanım 1770-ci ildə Rumeli əyalətində, Nüsrətli bölgəsində dünyaya gəldi. Atası Kavala sancaqbəyi Nüsrətli Əli ağa, anası isə Kavala əyanlarından Hüseyn ağanın qızı Qədriyyə xanım idi. Cütlüyün Əminə xanımdan başqa, Mustafa və Əli adlı 2 oğlu, Məryəm, Pakizə və İffət adlı 3 qızı vardı. Əminə xanımın ilk evliliyi bölgənin tanınan ailələrindən Əli bəylə baş tutdu. Nikah tarixi dəqiq bilinməsə də, Əminə xanımın 17 yaşında artıq dul qaldığını nəzərə alsaq, bu evliliyin uşaq yaşlarında baş tutduğu məlum olur. İlk həyat yoldaşının hansı səbəblə vəfat etdiyi bilinmir. Ancaq 1787-ci ildə dul qaldığı və həmin il xalası oğlu Mehmed Əli bəylə ikinci evliliyinin baş tutduğu məlumdur.
Mehmed Əli bəylə baş tutan nikahında 1788-ci ildə Tövhidə, 1789-cu ildə İbrahim, 1794-cü ildə Tosun, 1795-ci ildə Xədicə Nazlı, 1796-cı ildə İsmayıl Kamil və 1797-ci ildə Əbdülhəlim adlı övladları dünyaya gəldi. Cütlük bir-birinə dərindən bağlı olsa da, Mehmed Əli bəyin Misirə hərbi birliklə göndərilməsi onları ayırdı (1801). Misirdə baş verən daxili çəkişmələrdən sonra Mehmed Əli bəy Misir hakimi təyin edildi (3 iyul 1805) və Əminə xanım böyük oğulları İbrahim və Tosunu atalarının yanına göndərərək (28 avqust 1805), özü azyaşlı övladlarıyla birlikdə İstanbula gəldi.
3 il boyunca sultan sarayında saray mühitinə alışan Əminə xanım 1808-ci ildə Qahirə sarayına gətirildi. Ancaq burada Mehmed Əli Paşanın onlarla kənizi var idi və bu, cütlüyün münasibətini korladı. 1813-cü ilin sentyabrında Əminə xanım Mehmed Əli Paşa ilə birlikdə Ərəbistan yarımadasına keçdi. Məqsəd bölgədə çıxan vəhhabi üsyanını yatırmaq idi. Bu fürsətdən istifadə edərək, Əminə xanım xidmətçiləri və əşyalarını daşıyan 500 dəvəlik karvanla Ciddədən Məkkəyə yola düşdü və həcc ziyarətini etdi. Mehmed Əli Paşa xanımını Mina dağı yaxınlığında baş qadını kimi qarşıladı və beləcə Əminə xanımın saraydakı yeri əhaliyə nümayiş etdirildi. Karvanın və çadırının möhtəşəmliyi səbəbilə yerli əhali onu "Nil kraliçası" olaraq adlandırmağa başladı.
Ancaq həcc ziyarətindən döndükdən qısa zaman sonra oğlu Tosun Paşa 23 yaşında vəbadan vəfat etdi (28 sentyabr 1816). Əminə xanım gəlini Bamba Qadınəfəndi və nəvələrini himayəsinə alaraq Qahirəyə döndü və qalan ömrünü nəvələrini böyütməklə keçirdi. Əminə xanım 1824-cü ildə Qahirədə vəfat etdi. Cənazəsi Qahirədə İmam Şafii türbəsi yaxınlığındakı ailə məzarlığına dəfn edildi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.