From Wikipedia, the free encyclopedia
Kamuflyaj (fr. camouflage) — gizlənmə, saxlanma üsullarından biridir. Sözün əsl mənası mühitdən gizlənmək, saxlanmaq deməkdir və normalda asanlıqla görünən orqanizm və ya obyektin ətrafdakı əşyaların rənginə müvafiq rəngə düşərək tapılmasının, müəyyənləşdirilməsinin çətinləşməsi deməkdir. Müharibələrdə və təbii həyatda düşməndən gizlənmək və yaxud da düşməni çaşdırmaq üçün istifadə edilən bir strategiyadır.
Bu söz, fransızca camouflage sözündən götürülmüş sözdür və mənası "ətraf mühitə müvafiqləşərək gizlənmək və ya gizlədilmək" deməkdir. Fransızca söz olan bu söz camoufler "gizlənmək" feilindən və sözün axırına +age şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Bu söz italyanca eyni məna verən camuffare felindən götürülmüşdür[1].
Qədim dövrlərdən XVIII əsrə qədər olan nizami orduların geyimləri rəngarəng olub, hər dəstənin rəngləri müxtəlif olmuşdur. Bu, cəbhədəki düşmənlərin və dostların tanınması üçün mühüm bir element idi. Lakin Sənaye İnqilabı ilə inkişaf edən texnologiya və silah sənayesindəki irəliləyişlər nəticəsində gizlənməyin əhəmiyyəti aydın omuşdur.
Təbiətdəki həyatda ovun ovçudan mühafizə olunmaq üçün və ya ovçunun ovunu ələ keçirməsi üçün kamuflyajın təbii refleks kimi istifadə olunması məlumdur (məsələn, buqələmun).
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.