Kalmıkiya
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Kalmıkiya Respublikası (rus. Республика Калмыкия, kalm. Хальмг Таңһч) — Rusiya Federasiyası subyektlərindən biri. Paytaxtı Elista şəhəridir. Kalmıkiya Avropada buddizmin ən çox ibadət edildiyi yerdir.[1]
Kalmıkiya | |
---|---|
Хальмг Таңһч | |
46°34′ şm. e. 45°19′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Elista |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 16 may 1992 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | RU-KL |
Avtomobil nömrəsi | 08 |
Vikianbarda əlaqəli mediafayllar |
Respublikanın ərazisi 75.9 min kvadrat kilometrdir. Əhalisi 327 min nəfərdir. Qərbdən Rostov vilayəti, cənubdan Dağıstan Respublikası və Stavropol diyarı ilə həmsərhəddir. Kalmıkya neft (Vısokov, Göllərarası, Kanışan), təbii qaz (Yermolinsk, Mejev, İni-Burul), xörək duzu (Mojar) və tikinti materialları (Başantin, Arşan, Ulanxol) ilə zəngindir. İqlimi kəskin kontinental olub, isti və quru yaya, az qarlı və soyuq qışa malikdir. İyulun orta temperaturu 23, 26°S, yanvarın isə -8, -5°S-dir. 10°S-lik temperaturlu vegetasiya dövrü 180 gündən 213 günə qədər davam edir. Xəzər dənizinin sahillərində bataqlıqlar yayılmışdır.[2]
Kalmıkya-RSFSR-ın tərkibində 4 noyabr 1920-ci ildə muxtar vilayət kimi formalaşmış, 20 oktyabr 1935-ci ildə isə muxtar respublikaya çevrilmişdir. 1943-cü ildə muxtar respublika ləğv edilmiş, 1957-ci ildə isə bərpa edilmişdir. 1990-cı ilin oktyabr ayından Kalmıkya Respublika formasında fəaliyyət göstərir.
Ölkə üzrə ümumi əhalisi 283 214 nəfər. Respublikanın yerli əhalisi kalmıklar, qazaxlar, ukraynalılar, beloruslar, tatarlar və s.-dir. Orta sıxlıq hər km2-də 3,8 nəfərdir. Sıxlığa görə Yergeni və Stavropol yüksəkliyi fərqlənir (hər km2-də 10 nəfər). Ən az əhali isə Qara torpaqlarda cəmlənmişdir (hər km2-də 1 nəfər). Dağlılar ümumi əhalinin 37%-ni təşkil edir. İri şəhərlərinə Elista, Kaspiyskiy və Qorodovikovsk misaldır.[3].
Xalq | 1926 il min nəfər [4] | 1939-cu il min nəfər [5] | 1959-cu il min nəfər[6] | 1970-ci il min nəfər[7] | 1979 il min nəfər [8] | 1989-cu il min nəfər [9] | 2002-ci il min nəfər[10] | 2010 il min nəfər[11] |
---|---|---|---|---|---|---|---|---|
Kalmıklar | 107,0 (75,8 %) | 107,3 (48,6 %) | ▼64,9 (35,1 %) | ▲110,3 (41,1 %) | ▲122,2 (41,5 %) | ▲146,3 (45,4 %) | ▲155,9 (53,3 %) | ▲162,7 (57,4 %) |
Ruslar | 15,2 (10,7 %) | ▲100,8 (45,7 %) | ▲103,3 (55,9 %) | ▲122,8 (45,8 %) | ▲125,5 (42,6 %) | ▼121,5 (37,7 %) | ▼98,1 (33,6 %) | ▼85,7 (30,2 %) |
Darginlər | … | … | … | ▲5,0 (1,9 %) | ▲8,6 (5,0 %) | ▲12,9 (4,0 %) | ▼7,3 (2,5 %) | ▲7,6 (2,7 %) |
Qazaxlar | … | ▲2,7 (1,2 %) | ▲8,6 (4,6 %) | ▼7,1 (2,6 %) | ▼6,1 (2,1 %) | ▲6,3 (1,9 %) | ▼5,0 (1,7 %) | ▼4,9 (1,7 %) |
Məshəti türkləri | … | … | … | … | … | … | ▲3,1 (1,1 %) | ▲3,7 (1,3 %) |
Çeçenlər | … | … | … | ▲4,8 (1,8 %) | ▲8,1 (2,8 %) | ▲8,3 (2,6 %) | ▼6,0 (2,0 %) | ▼3,3 (1,2 %) |
Avarlar | … | … | … | … | ▲1,9 | ▲3,9 (1,2 %) | ▼2,3 (0,8 %) | ▲2,4 (1,0 %) |
Ukraynalılar | 14,6 (10,3 %) | ▼1,1 | ▲1,6 | ▲3,3 (1,2 %) | ▲3,7 (1,3 %) | ▲4,1 (1,3 %) | ▼2,5 (0,9 %) | ▼1,5 (0,5 %) |
Koreyalılar | … | … | … | … | ▲1,1 | ▼0,6 | ▲1,0 (0,3 %) | ▲1,3 (0,5 %) |
Almanlar | 2.6 (1,8 %) | ▲4,15 (1,9 %) | ▼1,5 | ▲5,2 (1,9 %) | ▲5,5 (1,9 %) | ▲5,6 (1,7 %) | ▼1,6 (0,6 %) | ▼1,1 (0,3 %) |
Tatarlar | 1.0 | ▲2,5 (1,1 %) | ▼1,0 | ▲1,2 | ▲1,3 | 1,3 | ▼1,1 (0,4 %) | ▼1,0 (0,3 %) |
Kumıklar | … | … | … | … | … | 1,5 | … | … |
Belaruslar | … | … | … | ▲1,7 | ▼1,4 | ▼1,3 | … | … |
1000-dən çox adam sayı olan Xalqlar göstərilir | ||||||||
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.